Çarlz Dikkens
Görünüş
Çarlz Dikkens | |||
Doğum tarixi | 7 fevral 1812 | ||
Doğum yeri | Lendport | ||
Vəfat tarixi | 9 iyun 1870 | ||
Vəfat yeri | Qedshil | ||
Dəfn yeri | Vestminster abbatlığı | ||
|
Çarlz Jon Haffem Dikkens (1812-1870; ing. Charles John Huffam Dickens) — ingilis yazıçısı. Dünya ədəbiyyatının klassiki, XIX əsrin ən böyük nəsr yazıçılarından biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Açıq və ya yayındırılan, ifadə edilən və ya edilməyən yalan həmişə yalan olaraq qalır.
- Ah, bu qadınlar! Onlar heç vaxt heç bir şeyi yarımçıq etmirlər və hər şeyi qətiyyətlə mühakimə edirlər.
- Ağıldan məhrum canlı insan ölüdən daha qorxuludur.
- Azğın ehtiraslarına ağılsızlıq və ümidsizlik də birləşən hirsli qadında elə bir şey var ki, heç bir kişi onunla rastlaşmaq istəməz.
B
[redaktə]- Bağlı olduğum insanlardan nəyisə gizlətmək mənim təbiətimə uyğun deyil. Ürəyimi açdığım yerdə dodaqlarımı heç vaxt bağlaya bilmərəm.
- Başqa qadının gözəlliyindən söhbət gedərsə, qadın nələri deməz, nələri etməz!
- Başqalarının mükəmmələşməsinə kömək etməyən insanın özü də mükəmmələşə bilməz.
- Bayramın ən yaxşı hissəsi onun necə keçməsi haqqında söylənilən hekayədir.
- Bərabərliyə calışan dövr yaxşı davranışa yox, ədəbsizliyə şərait yaradır.
- Bir dəfə centlmen olan həmişə centlmendir.
- Bir məmləkətin yüksəlişi ev və ailə məhəbbəti ilə bağlıdır.
- Bir şeydə etibarsız olan hər şeydə etibarsızdır. Mən bir dəfə də olsun, bunun istisna olduğunu görməmişəm.
- Biz insana yalnız onun haqqında düşündüklərimizə görə xüsusi hüquqlar verə bilmərik.
- Biz yaxınlarımızı sevməliyik. İnsana özündən yaxın kim ola bilər?
- Bizə həyat ona görə verilir ki, onu son dəqiqəyə qədər cəsarətlə müdafiə edək.
- Bizim hər birimizə çoxlu hüquqlar verilib və bizim alicənab olmağımız bu hüquqlarla bağlıdır, amma biz bunu dərk etmirik.
- Bizim hər birimizin qəlbində gizlənmiş ağlasığmaz qəribəliklər var və onlar büruzə vermək üçün əlverişli bir fürsət gözləyirlər.
- Bizim şəxsi fikirlərimiz hətta predmetlərin zahiri görünüşünə belə təsir edir. Təbiətə və öz yaxınlarına baxan və hər şeyin tutqun, kədərli olmasını təsdiq edənlər haqlıdırlar. Ancaq qaranlıq tonlar onların bulanıq gözlərinin və qəlblərinin əksidir. Həqiqətdə isə rənglər zərifdir və daha aydın görmə tələb edirlər.
- Bizim vicdanımız – çevik və elastik predmetdir – dartılmaq və ən müxtəlif şəraitə tətbiq edilmək qabiliyyətinə malikdir.
- Bizim zəif ruhumuzun sakitliyini pozmaq üçün çox şey lazım deyil.
- Biznesin birinci qaydası-başqası səninlə necə hərəkət etmək istədiyi kimi, sən də onunla eyni cür hərəkəti et.
- Böyük adamın ciddi hissləri uşaqda gülməli görünər.
- Böyük insanlar nadir hallarda paltarlarına fikir verirlər.
- Bu dünyada bir başqasının yükünü yüngülləşdirən heç kim faydasız deyil.
- Bu əzabların, sınaqların və kədərlərin əsl hekayəsidir və bu cür hekayələr, ümumiyyətlə uzun olur; əgər bu hekayələr sevinc və xoşbəxtlik hekayəsi olsaydı, çox qısa olardı.
- Bütün ömrümüz boyu adam yerinə qoymadıqlarımıza baxıb ən qorxaq və ən nalayiq hərəkətlər edirik.
- Bütün yağan və yağacaq yağışlar cəhənnəm alovunu özündə daşıyan insanın alovunu söndürə bilməz.
- Bütün yollar kəsişir. Məsafə bir təsəvvürdür.
Ç
[redaktə]- Çətinliklər qarşısında geri çəkilmə. Onlara dik bax və dəf edənə qədər bax.
D
[redaktə]- Dəhşətli bir hadisəni gözləyərkən, bütün digər hadisələr və dəyişikliklər heç bir şey deyildir.
- Dəyişiklik dəyişikliklər yaradır.
- Didmək məcburiyyətində olmasan, səni didəcəklər.
- Dil çox yaxşı şeydir, əgər o, qadın dilidirsə.
- Dostum, fiziki qüsurlarınızı mənəvi qüsurlarınızla yalnız əsaslı səbəb olanda əlaqələndirin.
- Dözmək məcburiyyətində qaldığın ədalətsizliyin sonunu görmürsənsə, bundan xarakterin yaxşılaşmayacaq.
- Dul qadınlar qızlardan daha çox ərə gedirlər.
- Dünya belə qurulub: həmişə yaxşı bir işə lağ etməyə hazır olan insanlar tapılacaq.
- Dünya sıxıntı və avaraçılıqdan yox, hərəkətdən ibarətdir.
- Dünyada elə ac insanlar var ki, Tanrı onlara ancaq çörək formasında görünə bilir.
- Dünyada elə bir dağ, elə bir zirvə yoxdur ki, qətiyyət əvvəl-axır onu fəth edə bilməsin.
- Dünyada özünü aldatmaqdan daha pis bir aldatma yoxdur.
- Dünyamız xəyallarımızın qırıldığı məyusluqlar dünyasıdır və bu məyusluqlar daha çox əzizlədiyimiz, bizə şərəf verən ümidlərdə gizlənir.
- Dünyaya sahib olmaq istəyiriksə, xoş niyyətli, iradəli və dözümlü olmalıyıq.
E
[redaktə]- Elə anlar olur ki, cahillik yaxşı şey sayılır.
- Elə kitablar var ki, onların ən yaxşı yeri gövdəsi və üz qabığıdır.
- Elə yalan var ki, o, insanı göyə qaldırır, elə soyuq, acı həqiqət də var ki, o, insanı qurğuşun zəncirlərlə yerə bağlayır.
- Elm və incəsənətdəki bütün ixtiralar və kəşflər, texnologiyanın inanılmaz inkişafının bütün böyük nəticələri arasında kitab çapı birinci yerdədir.
- Ev kiçik bir Mədəniyyət ocağıdır.
- Evə sahib olub içəri girməkdən qorxmaqdansa, evsiz olmaq daha yaxşıdır.
Ə
[redaktə]- Ədəbiyyat xalqa sadiq olmalı, onun tərəqqisi, firavanlığı, xoşbəxtliyi üçün ehtirasla, qeyrətlə ayağa qalxmalıdır.
- Əgər xatirələr indiki zamanda kömək edə bilmirsə, keçmişi yada salmaq faydasızdır.
- Əgər insan öz ruhi keyfiyyətlərinə görə centlmen deyilsə, bu həm zahiri görünüşdə, həm də davranışda özünü göstərəcək.
- Əgər insanın həyat yoluna dönmədən əməl edilsə, bu yol qabaqcadan müəyyən edilmiş bir sonluğa doğru aparar.
- Əksər hallarda həyata keçirilməmiş hadisələrin nəticələri bizə baş verənlərlə eyni reallıq kimi görünür.
- Əməksevərlik-hər bir işin ruhu və rifahın rəhnidir.
- Ən alilərə nifrət, bu, ən aşağıların qeyri-iradi sitayiş haqqıdır.
- Ən yaxşı zəmanətçilər, şübhəsiz ki, pul və mallardır.
- Əsl sevgi - bu kor sədaqətdir, cavabsız itaətkarlıq, özünü alçaltma, özünə və bütün dünyaya sual vermədən ruhunu əzab verənə verməkdir.
F
[redaktə]- Fağır olsan, istədiyinə nail olacaqsan.
- Faydasız peşmanlıqdan daha kəskin bir peşmanlıq yoxdur.
G
[redaktə]- Görünən şeylərə yox, yalnız sübutlara inanın.
- Görünüşlərə heç vaxt etibar etməyin, həmişə yalnız faktlara əsaslanın. Bundan yaxşı qayda yoxdur.
- Göz yaşları ağciyərlərinizi təmizləyir, üzünüzü yuyur, görmə qabiliyyətinizi gücləndirir və əsəblərinizi sakitləşdirir. Ona görə də yaxşı-yaxşı ağlayın!
- Göz yaşları, toza batmış qaba ürəyimizin tozunu yuyan yağışdır.
H
[redaktə]- Hamı kimi məndə də elə bir hiss olurdu ki, sanki, sıx pərdə həyatda maraqlı və gözəl olan hər şeyi gizlədərək mənə yalnız küt, cansıxıcı ağrı qoyur.
- Heç vaxt "heç vaxt" demə.
- Həddindən artıq çox yemək mədəni korladığı kimi, çox yaxşı həyat da xarakteri korlayır.
- Həkimlər nadir hallarda özləri özlərini müalicə edir, ruhani əsabələr xütbələrini həmişə yerinə yetirmir, qanunşünaslar isə öz təşəbbüsləri ilə qanunla dolaşığa düşməyi sevmirlər, bilirlər ki, bu kəskin alət etibarsızdır, istifadə vaxtı böyük xərclər tələb edir və çox vaxt layiq olanları yox, layiq olmayanları təmizləyir.
- Həqiqət həmişə cəsarətlidir.
- Hər bir uğursuzluq insana öyrənməli olduğu bir şeyi öyrədir.
- Hər cür sədəqə, onu qəbul edəni dilənçi vəziyyətinə salır.
- Hər hansı bir oyunda hoqqabazlıq oyunçu üçün cəzasız keçmir.
- Həyat bir-birinə qaynaqlanan çoxlu hissələrdən ibarətdir.
- Hiyləgər insanlar öz hesablamalarını başqalarına aid etməklə çox pis vəziyyətə düşürlər.
X
[redaktə]- Xarakterləri və baxışları uyğun gəlməyən nikah xoşbəxt nikah ola bilməz.
- Xatirə onu saxlayana aiddir, o heç kimdən oğurlanmamış və alınmamışdır.
- Xeyirxah işlər görmək üçün itirilmiş fürsəti əsrlərlə davam edən peşmançılıq əvəz edə bilməz.
- Xəstəlik və kədər asanlıqla insandan insana keçir, lakin yer üzündə gülüş və şən əhval-ruhiyyədən başqa yoluxucu bir şey yoxdur.
- Xoşbəxtlik heç bir səbəb olmadan gülümsəmir. Müəyyən dərəcədə onun gülümsəməsinə kömək etməliyik.
- Xoşbəxtlik koması cah-calallı soyuq saraydan daha yaxşıdır və harada sevgi varsa, orada hər şey var.
- Xüsusi vacib bir günün həyatınızdan silindiyini təsəvvür edin və həyatınızın başqa bir şəkildə necə dəyişə biləcəyini düşünün.
İ
[redaktə]- İnsan xoşbəxtdir və ya bədbəxtdir, o yalnız buna cəhd göstərə bilər; cəhdlərsiz uzanıb ölməkdən başqa heç nə edə bilməzsən.
- İnsan heç bir yerdə özündən yaxşı dost tapa bilməz.
- İnsan təbiətinin müşahidələri məni inandırdı ki, özünə inanmaq üçün hər cür əsası olan insan, başqalarının ona inanmasını istəyirsə, heç vaxt öyünməməlidir.
- İnsanda yalnız iki bağlılıq olmalıdır: öz xanımına və qadın cinsinə.
- İnsanlar qarşılıqlı razılıq əsasında xoşbəxt olmaq əvəzinə öz aralarında didişirlər.
K
[redaktə]- Kimin tərbiyə etməsindən asılı olmayaraq, uşaqlar haqsızlığı çox ağrılı qarşılayırlar. Haqsızlıq kiçik olsa da, uşağın özü də, dünyası da kiçikdir. Onun üçün yırğalanan oyuncaq at, bizim üçün ucaboy İrlandiya atı kimidir.
- Kiminsə taleyinə bizimlə görüşmək yazılıbsa, yolun mürəkkəbliyindən və uzaq olmasından asılı olmayaraq, o bizimlə mütləq görüşəcək.
- Küləyə verilmiş fikirləri cəmləmək o qədər də asan deyil.
Q
[redaktə]- Qadınlar hirslənməsə, hər şeyi ikicə sözlə izah edə bilirlər.
- Qoy sənin heç vaxt sərtləşməyəcək bir ürəyin, heç vaxt pisləşməyəcək bir xarakterin və heç vaxt zərər verməyəcək bir münasibətin olsun.
- Qürur, ən pozğun və alçaldılmış, eyni zamanda ən yüksək və özünə inamın qüsurudur.
M
[redaktə]- Mən belə qərara gəldim ki, əgər mənim dünyam sizin dünyanınız ola bilmirsə, o zaman sizin dünyanızı özümünkü edərəm.
- Mən bir dənə də olsun amerikalı centlmen tanımıram. Bu iki sözü birlikdə işlətdiyimə görə Allah məni bağışlasın.
- Mən heç vaxt dəqiqliyə və qaydaya vərdiş etmədən, çalışmadan və tam olaraq bir məqsədə diqqət yetirmədən nail ola bilməzdim.
- Mən heç vaxt və heç bir halda öyrənməkdən bezməmişəm. Bu o qədər də çətin bir şey deyildir. Sadəcə olaraq, dərk edirdim ki, necə də az bilirəm.
- Mən inanıram ki, əsl sevgi və sədaqət son nəticədə dünyadakı hər cür pisliyə və müsibətlərə qalib gələcək.
- Mən qorxaqlıqdan əvvəllər edilməsi lazım olmayan şeyi etdiyim kimi, indi də açıq-aşkar edilməli olan şeyi etmədim.
- Mən onu ağıllara, vədlərə, sülhə, ümidlərə, xoşbəxtliyə, ola biləcək hər cür ruh düşkünlüyünə qarşı sevdim.
- Mən onunla cüzi də olsa xoşbəxt deyildim. Mən yalnız qəbirə qədər ondan ayrılmamağın mənim üçün hansı xoşbəxtlik ola biləcəyini düşünürdüm.
- Mən onu sevirdim... Və hələ də onun xatirəsini sevirəm... Elə sevirdim ki, onu guya çox xoşbəxt olduğuma inandıra bilim. Əgər onu unuda bilsəm, xoşbəxt ola bilərdim... Əgər mənim onu unutduğumu bilsə, mən buna dözə bilmərəm...
- Mənə heç vaxt heç nə görünmür. Bunun üçün təxəyyül lazımdır, o isə məndə yoxdur.
- Mənim əzizlərim, iştahanızı azaldın və siz insan təbiətinə qalib gələcəksiniz.
- Mənim ümumiyyətlə, idarə edən insanlara inamım çox azdır.
- Müstəqil və özünə güvənən insan taleyin zərbələrini inadla dəf edir.
N
[redaktə]- Nə etməyinizdən asılı olmayaraq xarici görünüşünüzü qoruyun.
- Nə qədər çox çalışsan, o qədər xoşbəxt olarsan.
O
[redaktə]- O, havayı pul almağı sevmirdi. Çörəyini vicdanla qazanmaq fikri ona böyük zövq verirdi, amma yoxsul olduğundan, həzdən imtina etmək onun cibinə görə deyildi.
- Onun sifəti gözəl deyildi, amma son dərəcə açıq və gülərüz idi. Bu isə hər cür gözəllikdən yaxşıdır.
- Onun sifətində alyanaqlıq o dərəcədə çatışmırdı ki, adama elə gəlirdi ki, onun üzü kəsilsə, sifətindən qırmızı yox, ağ qan axacaq.
- Onun siması o qədər kövrək və qüsursuz, o qədər incə və həlim, təmiz və gözəl idi ki, sanki, yer onun mühiti, kobud maddi varlıqlar isə ona uyğun deyildi.
- Otaqda üç xanım və bir centlmen oturmuşdu. Mən pəncərənin yanında dayanmışdım. Aradan heç beş dəqiqə vaxt keçməmişdi, məndə belə bir təəssürat yarandı ki, onların hamısı – yaltaq və fırıldaqçılardır və onlar özlərini elə göstərirlər ki, başqalarının yaltaq və fırıldaqçı olduğunu guya bilmirlər. Çünki, bunu qəbul edən özünün də yaltaq və fırıldaqçıya olduğunu təsdiq etmiş olur.
Ö
[redaktə]- Özgəsinin qayğıları özgə paltarını geyinmək kimidir: rahat, atılanda isə heyfsilənmirsən.
- Özümü xatırladığımdan bəri, ruhumda ədalətsizliklə sona çatmayan bir mübahisə apardım.
P
[redaktə]- Pis başlanğıc heç vaxt yaxşı sonluğa gətirib çıxarmır.
- Pis insanlar olmasaydı, yaxşı vəkillər olmazdı.
S
[redaktə]- Sadəlövhlük geniş qurşaqlı uşaq önlüyünə çox yaraşır, amma ənliyə və mirvari boyunbağına uyğun gəlmir.
- Sevgi, bütün insan zəifliklərindən ən maraqlısı və ən bağışlanasıdır.
- Sivilizasiya və barbarlıq dünyamızın təkəbbürlü olmasına səbəb olur.
- Sual verməyən yalan eşitməz.
T
[redaktə]- Təsəvvür edin ki, həyatınızdan çox vacib bir gün silinib. Bundan sonra həyatınızın necə davam edə biləcəyini düşünün.
Ü
[redaktə]- Üzücü həqiqət budur ki, hətta böyük insanların da kasıb qohumları olur.
- Ürəyinizi artıq açdığınız insanlara heç vaxt dodaqlarınızı bağlamayın.
V
[redaktə]- Vətən yalnız bir ad, yalnız bir söz olsa da, o güclüdür və hətta ruhları itaət etdirə bilən sehrbazın əzəmətli sehrlərindən də güclüdür.
- Vicdan əzabı həm böyüklər, həm də uşaqlar üçün ağırdır.
Y
[redaktə]- Yadda saxlayın ki, tamahkar və fırıldaqçı adam vaxtında bu keyfiyyətlərindən əl çəkə bilməyib və nəticədə ölümə məhkum edilib. Bu, hamımızın öləcəyi faktı qədər dəyişməzdir.
- Yalan elə yalandır. Haradan gəlməsindən asılı olmayaraq, pis haldır. Çünki o, yalanın atasından gəlir və ona da gətirir.
- Yanan şamın yanında həmişə mığmığa və cücülər fırlanır. Şamın burada nə günahı var?
- Yüksək mövqe tutan heç də həmişə yüksək, aşağı mövqe tutan isə aşağı olmur.
Z
[redaktə]- Zəngin istedadları və nəcib hissləri olan, onlar üçün real istifadə tapa bilməyən, özünə kömək edə bilməyən, xoşbəxtliyinə qayğı göstərə bilməyən bir insandan kədərli nə ola bilər?