Ölüm

Vikisitat saytından
"Ölüm bağı", Hüqo Simbergin rəsm əsəri (1906)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Afrika mənşəli amerikalıların əsarət altına alınması qaçılmaz tarixi fakt olsa da , onların ölüm təhlükəsi qarşısında göstərdikləri cəsarət, aşılmaz kimi görünən çətinliklər qarşısındakı gücləri, başqalarını imansız ümidsizliyə sürükləyən şəraitlə qarşılaşdıqda imanları və onların zalım şəraitdə gözəlliyin və dahiliyin oyadan olması da həvəsləndirmirdi. Aberjhani
  • Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya. Nəsirəddin Tusi
  • Allah bütün düşmənləri onun ayaqları altına atanadək o hakimiyyət sürməlidir. Sonda o, axırıncı düşmən olan ölümü məhv edəcək. Müqəddəs Kitab, 1 Korinflilərə 15:25, 26

B[redaktə]

  • Birinin ölümü digərinin həyatının başlanğıcıdır. Mişel Monten
  • Biz mövcud olanda, ölüm hələ olmur. O zaman ki, ölüm gəlir, artıq biz mövcud olmuruq. Beləliklə ölüm nə dirilər, nə də ölülər üçün var. Epikür
  • Bu vaxt taxtdan gələn gur səs eşitdim: «Budur, Allahın çadırı insanlarladır. O, onlarla məskən salacaq, onlar da Onun xalqı olacaqlar. Allah Özü onlarla olacaq. O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi». Taxtda oturan dedi: «Budur, Mən hər şeyi təzə edirəm». Sonra əlavə etdi: «Yaz, çünki bu sözlər doğru və etibarlıdır». Müqəddəs Kitab, Vəhy 21:3-5

D[redaktə]

  • Doğum ölüm üçündür. Teluqu atalar sözləri
  • Doğanlar həm yaşamağı həm də ölümü qəbul edərlər və arxalarında uşaqlar buraxarlar; beləcə ölüm yenidən doğular. Herakleitos

E[redaktə]

  • Ey həyat,ölümə minnətdar ol! Səni ona görə sevirəm. Blez Paskal:Fransız riyaziyyatçısı

F[redaktə]

  • Faydasız həyat- vaxtsız ölümə bərabərdir. Höte

G[redaktə]

  • Gələcəyimiz naminə daim əlləşib-vuruşuruq,ağlımıza da gətirmirik ki, can atdığımız gələcəyin son ucunda bizi ölüm gözləyir. Moris Meterlink

H[redaktə]

  • Harada olursunuz olun, hətta uca (möhkəm)qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Qurani Kərim)
  • Hər şey ölümə məhkumdur: bu, qanundur, cəza deyil. Seneka
  • Həyat daha absurd olduqca ölüm daha ağır olur. (J.P.Sartr)
  • Həyatda ölümdən başqa hər şeyi düzəltmək olar. Miqel de Servantes
  • Həyatın anlamını bilmədən ölümün nə olduğunu necə dərk edə bilərik? (Konfutsi)
  • Həyatın bütün sirlərini dərk etdikdən sonra ölməyə can atacaqsan, belə ki, ölümün özü də həyatın bir sirridir. D.X.Cübran

X[redaktə]

  • Xoşbəxt illər itmiş illərdir; hərəkət etmək üçün iztirab gözləyirik. Hərəkət anlayışı, ilkin şərt olaraq iztirab məfhumuyla uzlaşır; yeni bir əsəri xəyal etmək üçün əvvəlcə çəkiləsi iztirabları düşünürük. Həyatda qarşılaşacağımız ən yaxşı şeyin iztirab olduğunu dərk etdiyimiz zaman da heç qorxmadan, sanki, bir qurtuluşu xəyal edərcəsinə ölümü düşünürük. Marsel Prust

İ[redaktə]

  • İnsanların çoxu həyatının sonunda geriyə dönüb baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir etmədən və zövq almadan keçib gedən şeyin əslində həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, ümidlərlə aldadılan insan ölümün qucağına qaçar. Artur Şopenhauer

Q[redaktə]

  • Qalib kimi yaşa, bacardığın qədər yaşa, orada əbədi ölüm səni həmişə gözləyəcək. Tit Lukretsi Kar
  • Qəhrəmanlıq - həyat tərzi deyil, bir ölüm növüdür. Qabriel Laub

M[redaktə]

  • Madam ki ölümün önünə keçilə bilməz, o zaman nə vaxt gəlirsə gəlsin. Lukretsi
  • Mən varkən ölüm yoxdur, ölüm varkən mən yoxum, o halda qorxacaq nə var? Tit Lukretsi Kar
  • Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. Benedikt Spinoza

Ö[redaktə]

  • Ölüm, bəzən bir cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür. Seneka
  • Ölüm bir statistik və dövlət işi oldumu, dünya işləri artıq yaxşı getmir deməkdir. Camus
  • Ölüm ən böyük gerçəkdir. Bunu siyasətçilər də görməlidir, baş prokuror da görməlidir, hamımız faniyik. Bülənt Arınç
  • Ölüm gələcək deyə acı çəkmək ən böyük axmaqlıqdır. Epikür
  • Ölüm gələcək və sənin gözlərinə baxacaq. Cesare Paves
  • Ölüm gəlmədən həyatın, xəstəlikdən əvvəl məşğuliyyətin, qocalıqdan əvvəl sərvət və zənginliyin qədrini bilin. Məhəmməd peyğəmbər
  • Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir. Boetsi
  • Ölüm həyatda böyük itki deyil. Əsl Böyük itki, yaşayarkən içimizdə ölənlərdir. Robin Şarma
  • Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. Stiv Cobs
  • Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidi ilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşa gələn deyildir. Xosrov Ruzbeh
  • Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilər. Mişel Monten
  • Ölüm kişidirsə, axıra qədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. Müəmmər əl-Qəzzafi
  • Ölüm olmasaydı, həyat bütün gözəlliyini itirərdi. Qoqol
  • Ölüm ölü üçün yox, diri üçün dəhşətlidir. Epikür
  • Ölüm soyuq bir gecədən başqa bir şey deyil; həyat isə isti və bürkülü bir gün. Henrix Heyne
  • Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli. Hüseyn Cavid
  • Ölüm varlı-kasıb tanımır, ucdantutma hamının qapısını döyür. Ölümdən savayı hər şeyin çarəsi var. Mirzə Əliəkbər Dehxuda
  • Ölüm -yaradılmışın Yaradana qovuşmasıdır,şəbi-ərus,yəni toy gecəsidir. Mövlana Cəlaləddin Rumi
  • Ölüm - yolçunun dincəlməsi, bütün səylərinin sonudur. Umberto Eko
  • Ölümdən qorxan demək artıq yaşamır. İ.Zeyme
  • Ölümdən niyə qorxursan, qorxma, əbədi varsan. Yunus Əmrə
  • Ölümdən yox, boş həyatdan qorxmaq lazımdır. Bertolt Brext
  • Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi.[1] İbn Sina
  • Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək. Xalqının rüsvayçılığını bütün dünyadan götürəcək. Yehova Özü bunu deyib. Müqəddəs Kitab, Əşiya 25:8
  • Ölümü gecikdirmək sonsuzluğu qısaltmaz. Tit Lukretsi Kar
  • Ölümün bizim üçün heç bir əhəmiyyət kəsb etmədiyinə inanmağa alışın, çünki bütün yaxşılıq və pislik hisslərdədir və hiss ölümlə başa çatır. Buna görə də ölümün bizim üçün heç bir şey olmadığına dair həqiqi inam fani həyatı ona sonsuz bir zaman əlavə etməklə deyil, ölümsüzlük arzusunu əlindən alaraq xoşbəxt edir. Çünki ölümdə qorxacaq bir şey olmadığına tam əmin olan insanın həyatda qorxacaq bir şey tapması üçün heç bir səbəb yoxdur. Deməli, ölümdən qorxduğunu deyən də axmaqdır, gələndə ağrılı olacağı üçün deyil, onu intizar çəkmək ağrılıdır; Çünki mövcud olduğu zaman heç bir yük olmayan şey, gözlənilən zaman heç bir məqsədə ağrı vermir. Buna görə də pisliklərin ən qorxulusu olan ölüm bizi maraqlandırmır; çünki biz mövcud olduğumuz müddətdə ölüm yoxdur, ölüm olanda isə biz artıq mövcud deyilik. Epikür
  • Ölümün olduğu dünyada hər şey qeyri-ciddidir. Frans Kafka
  • Ölümsüzlüyün birinci şərti ölümdür. Stanislav Eji Lets

P[redaktə]

  • Pis həyat pis ölümə gətirib çıxarır. Z.Moyer

S[redaktə]

  • Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli

Ş[redaktə]

T[redaktə]

  • Təbiətin sonsuz canlılığına haqq qazandıracaq bir fəlsəfəyə ehtiyacı əvvəlkindən daha kəskin hiss etdim. Atomun tükənməz fəaliyyətində, bitkilərin sonsuz bacarıqlarında, heyvanların tükənməz məhsuldarlığında, körpələrin aclığında və hərəkətində, uşaqların gülüşündə və oyununda, gəncliyin sevgi və sədaqətində, narahat şöhrətpərəstlikdə, ataların və anaların ömürlük fədakarlığı, alimlərin cəsarətsiz tədqiqatlarında və onların iztirablarında dahi peyğəmbərlərin çarmıxa çəkilməsində və övliyaların şəhadətində - hər şeydə həyatın böyüməyə və əzəmətə olan ehtirasını, əbədi yaradılış dramını gördüm. Mən özümü molekulların rəqsi və xaosu kimi deyil, o əzəmətli prosesin qısa və kiçik bir hissəsi kimi düşünməyə başladım... Ruhumun daha ədalətli bir qəlibə salınaraq məni yaşatacağını bilə-bilə ölümlə az qala barışdım. .. və mənim kiçik dəyərimin birtəhər insanların mirasında qorunub saxlanacağını anladım. Bir ölçüdə Böyük Kədər Məndən kənar oldu və hər yerdə: ölümü gördüyüm yerdə, indi hər yerdə həyatın təntənəsini gördüm. Vill Dürant

U[redaktə]

  • Uşaqlar qaranlıqdan hansı səbəbdən qorxurlarsa, insanlar da o səbəbdən ölümdən qorxurlar, yəni onlar orada nə olduğunu bilmirlər. Frensis Bekon

V[redaktə]

  • Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq. Epikür
  • Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə. Marsel Prust

Y[redaktə]

İstinadlar[redaktə]

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014