İbn Sina
Vikisitat saytından
- Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.
- Yarımçıq savadı olan savadsızdan da savadsızdır.
- Kainatın ruhu həqiqətdir.
- Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz.
- Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru.
- Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
- Zaman keçmir, keçən bizik.
- İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir.