Məzmuna keç

İmam Hüseyn

Hüseyn ibn Əli
Tam adı Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi
Doğum tarixi 9 və ya 10 yanvar 626 (Hicri: 3-4 Şaban 4)
Doğum yeri Mədinə
Vəfat tarixi 10 oktyabr 680 (Hicri: 10 Məhərrəm 61)
Vəfat yeri Kərbəla
Dəfn yeri İmam Hüseyn türbəsi
Vikipediya məqaləsi

Hüseyn ibn Əli — İslam peyğəmbəri Məhəmmədin nəvəsi, Əli ibn Talibin oğludur. Şiə İslamın üçüncü imamı və beşinci məsumudur. İslam dövlətinin Əməvi imperiyasına çevrilməməsi üçün mübarizə etmiş, lakin Əməvilər tərəfindən Kərbəlada şəhid edilmişdir.


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl, ancaq haqqa uyğun gəlməklə kamil olar.
  • Ağlamayın, göz yaşı tökməyin, mənim getməyimlə sizin dərd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-kədərinizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın.
  • Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar.
  • Allaha qul olanlar, başqasına qul olmazlar.
  • Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır.
  • Allahdan başqa heç bir yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin.
  • Alimin nişanələrindən biri də öz sözünü tənqid etməsi və müxtəlif görüşlərin həqiqətindən xəbərdar olmasıdır.
  • Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur.
  • Comərdlik edən ucalar, xəsislik edən isə alçalar.
  • Әn pis adam axirətini dünyasına satan şəxsdir.
  • Əsl xəsis, salam verməkdə xəsislik edən kimsədir.
  • Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma.
  • Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. İmtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar.
  • İnsanların ən comərdi istənilmədən verəndir.
  • Qardaşım İmam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.
  • Qiyamət günü, yalnız dünyada Allahdan qorxan kimsə rahat ola bilər.
  • Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.
  • Səni sevən, pis işlərdən səni çəkindirər; sənə nifrət edən isə səni bu işlərə təşviq edər.
  • Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın.

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar

[redaktə]