İmam Rza
Görünüş
İmam Rza | |||
Doğum tarixi | 12 aprel 770 | ||
Doğum yeri | Mədinə | ||
Vəfat tarixi | 5 sentyabr 818 | ||
Vəfat yeri | Tus | ||
Dəfn yeri | İmam Rza türbəsi | ||
|
İmam Riza — Əli ibn Musa səkkizinci məsum.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlın ən üstün mərtəbəsi, insanın öz nəfsini tanımasıdır.
- Ailəsini dolandırmaq üçün ruzi axtaranın savabı, Allah yolunda cihad edənin savabından daha böyükdür.
D
[redaktə]- Dostlara qarşı təvazökar, düşmənlərə qarşı ehtiyatlı, camaata gülərüz ol.
E
[redaktə]- Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq.
H
[redaktə]- Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.
X
[redaktə]- Xəsis üçün rahatlıq yoxdur, paxıl üçün sevinc yoxdur, padşahlar üçün sədaqət yoxdur, yalançı üçün mərhəmət yoxdur.
İ
[redaktə]- İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir.
- İnsanlar yeməklərini azaldıb, həddindən artıq yeməsələr, onların orqanizmi müxtəlif xəstəliklərdən əziyyət çəkməz.
- İnsanları sevmək ağlın yarısıdır.
- İşdən əvvəl düşünmək sizi peşmançılıqdan xilas edir
K
[redaktə]- Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.
M
[redaktə]- Mömin üç xüsusiyyətə malik olmadıqca mömin olmaz; Rəbbindən bir sünnə, Peyğəmbərindən bir sünnə və imamından bir sünnə. Rəbbindən olan sünnə sirri gizlətməkdir. Peyğəmbərin sünnəsi xalqla yaxşı münasibət qurmaqdır. İmamından olan sünnə bəla və çətinliklərə səbr etməkdir.
N
[redaktə]- Nadan adamın dostu əziyyətdədir.
P
[redaktə]- Peyğəmbərin sitatlarından biri də təmizlikdir.
S
[redaktə]- Səxavətli adam insanların yeməyindən yeyər ki, onun yeməyindən də yesinlər.
- Sərvətin ən yaxşısı ləyaqəti qorumaq üçün xərclənir.
- Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər.