İmam Kazım

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.
  • Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.
  • Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmə adətini qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər.
  • Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.[1]
  • Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.[2]
  • Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-taala ilə görüşər.[3]
  • Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.[4]
  • Müsibət səbr edən üçün bir, dözümsüzlük edən üçün isə ikidir.[5]
  • Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir.[6]
  • Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar.[7]
  • Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir.[8]

Mənbə[redaktə]

  1. Əlamud-Din, səh.305
  2. Camiul-Əxbar, səh.313, hədis 870
  3. Biharul-Ənvar, c.67, səh.242, hədis 82
  4. Biharul-Ənvar, c.78, səh.323, hədis 23
  5. Tuhəful-Uqul, səh. 414
  6. Tuhəful-Uqul, səh. 399
  7. ət-Tovhid, səh.407, hədis 5
  8. Tuhəful-Uqul, səh. 409

Məqalə ilə əlaqəli digər Vikimediya səhifələri:

Vikpediya-da İmam Kazım haqqında məqalə var.