İmam Səccad

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
  • Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə.[1]
  • Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır.[2]
  • Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.[3]
  • Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.[4]
  • Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.[5]
  • Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil.[6]

Mənbə[redaktə]

  1. İqbalul-əmal, c.1, səh.157
  2. Biharul-Ənvar, c.52, səh.122, hədis 4
  3. Mişkatul-ənvar, səh.79
  4. əl-Kafi, c.2, səh.231, hədis 3
  5. Biharul-Ənvar, c.72, səh.336, hədis 24
  6. Biharul-Ənvar, c.69, səh.378, hədis 31

Məqalə ilə əlaqəli digər Vikimediya səhifələri:

Vikpediya-da İmam Səccad haqqında məqalə var.