İngilis atalar sözləri

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adət qanun deyil, amma qanun qədər hökmü var.
  • Axırıcı gülən, zəif düşünəndir.
    • He who laughs last thinks slowest
  • Aman deyənə qılınc qalxmaz.
    • A fault confessed is half redressed.
  • Arifə bir işarə bəsdir.
    • A word is enough to the wise.
  • Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır.
  • Arı yox, bal yox; iş yoxdur, pul yoxdur.
  • Azadlıqların artması daha etibarlı və daha yaxşı bir dünyaya gedən yoldur.
    • The advance of liberty is the path to both a safer and better world.

B[redaktə]

  • Beyin hüceyrələri keçici, yağ hüceyrələri isə həmişə sizinlədir
    • Brain cells come and brain cells go, but fat cells live forever
  • Bəbir heç vaxt ləkələrini dəyişməz.
  • Bəzən yaxın olanı tapmaq üçün uzun bir yol qət etməlisən.
  • Bəzi adamlar meşədən keçirlər və odun görmürlər.
  • Bir insan xəyal qurmağı dayandırdıqda ölməyə başlayır.
  • Bir şeir həzz ilə başlar hikmət ilə bitər.
    • A poem begins in delight and ends in wisdom.
  • Bir dəfə xəyanət edən həmişə edər.
  • Biz misallar üzrə deyil, qanunlar üzrə yaşayırıq.
  • Bir neçə yumurta qırmadan omlet bişirmək olmaz.
  • Bir zəncir ən zəif halqası qədər güclüdür.
  • Bu aysberqin görünən hissəsidir.
  • Büdrəmək yıxılmağın qarşısını ala bilər.
  • Büdrəməyən adam uzaq yol gedər.
  • Bütün qızlar yaxşıdır, bəs pis arvadlar haradan gəlir?
  • Bütün yaxşı şeylər qurtarmalıdır.
    • All good things must come to an end.

C[redaktə]

  • Canavarlarla döyüşərkən onlardan biri olmamaq üçün diqqətli olun.
    • Be careful when you fight the monsters, lest you become one
  • Cəhalət hər pisliyin kökü və gövdəsidir.
    • Ignorance, the root and the stem of every evil.
  • Cəhalət ilə dahilik arasındakı fərqin nə olduğunu bilmək istəyirsən? Dahilinin limitləri var, ancaq cəhalətin heç bir limiti yoxdur.

Ç[redaktə]

  • Çeynəyə biləcəyinizdən çox dişləməyin.

D[redaktə]

  • Daha uzağa tullanmaq istəsən, bir neçə addım geri getmək məcburiyyətindəsən. Bu gün, dünəndən qidalanaraq sabaha yol alır.
  • Dalğasız dənizdən bacarıqlı dənizçi çıxmaz.
  • Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir.
  • Dostlarınızı yaxın, düşmənlərinizi daha yaxın tutun.
  • Durğun sular dərindən axır.
  • Dürüst insanın bəhanə gətirməsinə ehtiyac yoxdur.
  • Dürüstlük ən yaxşı siyasətdir.

E[redaktə]

  • Erkən yatmaq və erkən qalxmaq insanı sağlam, zəngin və müdrik edir.

Ə[redaktə]

  • Əgər Günəş kimi parlamaq istəyirsənsə, əvvəlcə günəş kimi yanmalısan.
  • Əgər güzəranın yaxşı keçirsə, demək, həyat yaxşıdır.
    • Life is not bad when you have bread.
  • Əgər sənin üçün vacibdirsə, bir yol tapacaqsan. Əgər deyilsə, o zaman bir bəhanə tapacaqsan.
  • Əldəki bir quş kolda iki quşa dəyər.
  • Ən güclü iki döyüşçü səbr və zamandır.
  • Ən pis yaxşı gün həmişə ən yaxşı pis gündən daha yaxşıdır.
    • The worst good day is always better than the best bad day.
  • Ən yaxşısına ümid et, amma ən pisinə hazırlaş.

F[redaktə]

  • Fanatik bir adam düşüncəsini dəyişdirə bilməyən və mövzunu dəyişməyi bacarmayandır.
    • A fanatic is one who can' t change his mind and won't change the subject.

G[redaktə]

  • Gələcəyinizi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır.
  • Gözəl quşu gözəl edən yalnız gözəl tükləri deyil.
    • It is not only fine feathers that make fine birds.
  • Gözəllik baxanın gözündədir.
  • Gözəllik dərinin dərinliyidir.
  • Gözlərinizi ulduzlarda, ayaqlarınızı yerdə saxlayın.
  • Gülsən dünya səninlə gülür, ağlasan, sən tək ağlayarsan.
  • Gülüş ən yaxşı dərmandır.
  • Gündə bir alma həkimi uzaqlaşdırır.
  • Günorta yeməyindən sonra bir az otur, axşam yeməyindən sonra bir mil gəz.

H[redaktə]

  • Hamı çölə çıxanda dost içəri girər.
  • Hasarın o biri tərəfində ot həmişə daha yaşıl olur.
  • Heç bir insan ada deyil.
  • Heç sevməməkdənsə, sevib itirmək daha yaxşıdır.
  • Heç vaxt bir kitabı üz qabığına görə mühakimə etməyin.
  • Heç yerə dönməyən insan uzağa gedər.
  • Hər bir nailiyyət cəhd etmək qərarından başlayır.
  • Hər kəs dünyanı dəyişməyi düşünür, amma heç kim özünü dəyişdirməyi düşünmür.
  • Hər kəsin üç xarakteri var; ortaya çıxardığı, sahib olduğu və sahib olduğunu düşündüyü.
  • Hər şeyin gözəlliyi var, amma hamı bunu görmür.
  • Hərəkətlər sözlərdən daha yüksək səslə danışır.
  • Həyat ilə əlaqədar öyrəndiyim hər şeyi üç söz ilə yekunlaşdıra bilərəm : həyat davam edir.
    • In three words I can sum up everything I've learned about life : it goes on
  • Həyat velosiped sürmək kimidir. Tarazlığı qorumaq üçün hərəkət etməlisən.
  • Həyatda ən böyük ləzzət, başqalarının edə bilmədiyiniz şeyləri etməkdir.
  • Hüquq məntiqsiz zəkadır
    • Law is mind without reason.
  • Hürən it nadir hallarda dişləyir.

X[redaktə]

  • Xəyal edə biləcəyin hər şey gerçəkdir.
  • Xəyalları reallaşdırmağın ən asan yolu oyanmaqdır.
  • Xəyalpərəsti öldürə bilərlər, ancaq yuxunu heç vaxt öldürə bilməzlər.

İ[redaktə]

  • İki səhv bir doğru etməz.

K[redaktə]

  • Kasıb o adam deyil ki, az şeyi var, kasıb o adamdır ki, çox şey istəyir.
  • Keçmişdən öyrən, bu gün üçün yaşa, gələcək üçün ümid et.
  • Kiçik yanğınların qarşısını almaq asandır.
  • Kimin ağlı çoxdursa, onu idarə etmək üçün daһa çox ağıl gərəkdir.
  • Kişilər heç xatırlamaz, qadınlar isə heç vaxt unutmazlar.
  • Korlar ölkəsində tək gözlü adam kraldır.
    • In the country of the blind, the one-eyed man is king.

Q[redaktə]

  • Qadağan olunmuş meyvə həmişə ən şirindir.
  • Qan sudan daha qalındır.
  • Qaçmazdan əvvəl yeriməyi öyrənin.
  • Qəbul etmək əziyyət çəkməkdir.
    • To perceive is to suffer.
  • Qələm qılıncdan itidir.
    • Words cut more than swords.
  • Qismətinizə razılaşın ; insan hər şeydə birinci ola bilməz.
    • Be content with your lot ; one cannot be first in everything.
  • Qlobal istiləşmə qadın kimidir harada nə edəcəyi məlum deyildir
    • global warming is like a woman,one never knows what it is going to do

M[redaktə]

  • Mən yalnız bir şeyi bilirəm: o da heç bir şey bilməməyimdir.
  • Məni mühakimə etməzdən əvvəl, özünün mükəmməl olduğundan əmin ol.
  • Mənim kürəyimi qaşısan, mən də sənin belini qaşıyaram.
  • Müştəri hər zaman haqlıdır.
    • The customer is always right.
  • Müvəffəqiyyət bir müvəffəqiyyətsizlikdən digərinə həvəsinizi itirmədən gedə bilməkdir.
    • Success is the ability to go from one failure to another with no loss of enthusiasm.

N[redaktə]

  • Nəzakətli olun çünki tanış olduğunuz hər kəs çətin bir mübarizə aparır.
    • Be kind, for everyone you meet is fighting a hard battle.

Ö[redaktə]

  • "Ölüm həmişə bədəni izləyən bir kölgədir.
  • Ölüm insanın başına gələ biləcək ən pis hadisə deyil.
    • Death is not the worst that can happen to men.

P[redaktə]

  • Pis işçi həmişə öz alətlərini günahlandırır.

R[redaktə]

  • Roma bir gündə tikilməyib.
  • Romadasansa, Romalılar kimi davran.
    • When in Rome do as the Romans do

S[redaktə]

  • Səhər bir saat itirəcəksən və bütün günü onun ardınca qaçacaqsan.
  • Səhər yeməyini özün ye, günorta yeməyini dostunla böl, axşam yeməyini isə düşməninə ver.[1]
  • Sərvət müdrik insanın qulu, axmaqın ağasıdır.
  • Söz verəndə fikirləş, verdinsə, daha düşünmə.
  • Sükut ən güclü qışqırıqdır.

Ş[redaktə]

  • Şanssızlığa dözə bilərsiniz, çünki xaricdən gəlir və təsaüdfidir, ancaq bizi incidən şey etdiyimiz səhvlər üçün üzülməkdir.
  • Şüşə evlərdə yaşayanlar daş atmamalıdır.

T[redaktə]

  • Təhlükəsiz olmaq üzr istəməkdən yaxşıdır.
  • Təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silahdır.
  • Tək gedən çox yol gedər.
  • Təzəsini almamış köhnə ayaqqabılıarını atan yalın qalar.

U[redaktə]

  • Udmadan əvvəl çeynəyin.
    • Chew before you swallow.
  • Uğur sənin istədiyini əldə edir. Xoşbəxtlik sənin əldə etdiyini istəyir.
  • Uzaq bir məsafədən cəsur görünmək asandır.
    • It is easy to be brave from a safe distance.

Ü[redaktə]

  • Ürəyinizi izləyin və hara getdiyinizə baxın.

Y[redaktə]

  • Yaxşı dost bütün ən yaxşı hekayələrinizi bilir. Ən yaxşı dost isə bunları səninlə yaşayıb.
  • Yaxşı dostlarınız varsa, güzgüyə ehtiyacınız yoxdur.
  • Yalançılığı tərgitmək tiryəki tərgitmək qədər çətindir.
  • Yaşadığın həyatı sev. Sevdiyin həyatı yaşa.
  • Yaşlanmaq hər vaxt yanında müdriklik gətirmir. Bəzən də tənhalıq gətirir.
    • Age doesn`t always bring wisdom, Sometimes age comes alone
  • Yavaş-yavaş getməkdən qorxmayın, sadəcə hərəkətsiz dayanmaqdan qorxun.
  • Yoxluq qəlbi daha da həvəsləndirir.
  • Yuvarlanan daş mamır yığmır.

Z[redaktə]

  • Zaman heç vaxt yenidən gəlmir.
  • Zamanın və çayın axarı bizi gözləmir.
  • Zəncir yalnız ən zəif halqası qədər güclüdür.

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.361