Şəms Təbrizi
Vikisitat saytından
- Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən necə əlini uzatmazsan ? Allah səni insanlara sevdirmək istəyir, Allah sənin dağılmış parçalarını yığır. Eşqə nankorluq etmə!!
- Allah sənin qapından eşq sarayına bir insan gətirirsə , o insana sən necə mən səni sevmirəm deyə bilərsən?
- Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır.
- Bəzən arxaya dönüb baxmalıdır insan; Haradan gəldiyini unutmaması üçün.
- Bir an gözlə, arxana dön və unutduqlarını xatırla.. İtirdinsə axtar,qırdınsa üzr istə, qırıldınsa bağışla...Çünki həyat çox qısa.
- Bir insan Allahdan başqa hec kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz.
- Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın.
- Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də.
- Ey eşq! Sən elə bir hissən ki, dünya toxları, sənin aclarındır.
- Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi?
- Əgər sussan danışmağın daha işıqlıq olar.Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir.
- Əvvəlcə sevgini anlayaq.
- Gəncliyimdə axtardığımı yaşlılığımda tapdım , neyləyərsən. Ya mən erkən gəldim ya sən gecikdin, neyləyərsən. Qədər!
- Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi?
- Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.
- Hər şey insanoğluna fəda ikən insanoğlu isə özünə cəfa olmuşdur.
- Hər insan üçün bir aşiq olma zamanı vardır , bir də ölmək zamanı.
- Hər yolun bir ədəbi vardır. Allahı sevməyin də bir ədəbi vardır.Dərviş yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki.
- İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir.
- İşimiz Allaha qalıbsa, olmuş bil..
- Mənə görə aşiq elə olmalıdır ki, qalxınca hər tərəfdə atəşlər alovlansın hər tərəfdə qiyamətlər qopsun.
- Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı.
- Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən.
- Otunu, sununu bilmədiyin könüllərdə qoyun güdmə! Yoxsa qaçıracağın keçilərə çobanlıq edə bilməzsən!
- Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...
- Sevməyə layiq olmayanı xatırlayaraq qiymətli etmə. Dönməkmi istəyir, bir şans daha vermə. Unutma; Sevgi ürəkli olana yaraşar.
- Şeytanda insandakı xüsusiyyətlərin biri xaric hamısı vardır. Şeytanda əskik olan tək nemət eşqdir. Şeytanın insan dözə bilməməsi eşqsizliyindəndir.