Əbül Fərəc
Görünüş
Əbül Fərəc ibn Harun (1226-1286)- Marağa rəsədxanasında da çalışmış xristian mənşəli Suriya tarixçisi, yakovit patriarx, xristianlığı qəbul etmiş və yəhudi millətinə mənsub olan Yuhanna Qriqori - Qərb mənbələrində işlədiyi rəsədxananın adı ilə - Bar-Ebrey, Şərq mənbələrində isə Əbül Fərəc ibn Harun adı ilə tanınır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
[redaktə]- Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan, ən qiyməli daşı salıb itirə bilərsən, ən sadə biliyi səndən heç kəs ala bilməz.
Ə
[redaktə]- Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar.
G
[redaktə]- Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan sözü ilə yoxlayarlar.
H
[redaktə]- Həddindən artıq canfəşanlıq olan yerdə yalan olur.
- Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur.
- Həzm olunmayan yemək onu yeyən adamı yeyir.
- Hiyləgər adam sıyrılmış qılınca bənzəyir.
X
[redaktə]- Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur...
O
[redaktə]- O adam ki, özünə lazım olduğundan artıq pul yığmağa can atır, o, pulu özgəsi üçün yığır.
Ö
[redaktə]- Özünü qarınqululuğun və əxlaqsızlığın torundan qoruyan adam-əsl qüvvərli adam hesab olunur.
- Özünü ləyaqətlə aparan adam vicdan əzabından azaddır. [1]
T
[redaktə]- Təlim ağıllı adamın ağlını artırar.
S
[redaktə]- Səbirsizlik və laqeydlik yalnız hərəkətlərdə deyil, həm də sözdə də özünü göstərir.
- Sərxoşluq - bütün pis adətlərin anasıdır.
- Suyun çoxluğu əkinə zərər verdiyi kimi, yeməyin də çoxluğu bədənə zərər verir.
Y
[redaktə]- Yaxşı yuxu, yumşaq qarın və tərləmə - uzun ömrün şərtləridir.
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.127