Ağıl

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Acıq gəldi - ağıl qaçdı. Tatar atalar sözləri
  • Ağ gəlsə də, ağıl gəlmədi. Türkmən atalar sözləri
  • Ağıl ağıldan üstün olar. Azərbaycan atalar sözləri/A
  • Ağıl ana südüylə verilməyincə, özgəsindən gözləmə. Udmurt atalar sözləri
  • Ağıl ayırır, məhəbbət birləşdirir. Əbu Turxan
  • Ağıl başda ikən evin avadan. Azərbaycan atalar sözləri/A
  • Ağıl, bədənin əfəndisidir. Alfred De Viqni
  • Ağıl bir dağdır ki, oradan uzaqlar görünür. Rus atalar sözləri
  • Ağıl bütün gediləcək yolları bilsə belə, yenə eşq yolunu bilə bilməz, çaşar qalar. Mövlana Cəlaləddin Rumi
  • Ağıl çox - pul yox, ağıl yox - pul çox. Azərbaycan atalar sözləri
  • Ağıl da təbiət kimi boşluq sevmir. Viktor Hüqo
  • Ağıl danışanda çox söz gərək deyil. Alman atalar sözləri
  • Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir. Onore de Balzak
  • Ağıl düşüncədən hesab edildiyindən də uzaqdır. Napoleon Bonapart
  • Ağıl geyimdir - köhnəlməyən, bilik mədəndir - tükənməyən. Qırğız atalar sözləri
  • Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
  • Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz. Əbu Turxan
  • Ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq olmaz. Qabusnamə
  • Ağıl insan üçün ən gözəl zinətdir. Zeynalabdin Şirvani
  • Ağıl insan üçün möhkəm bünövrədir. Zeynalabdin Şirvani
  • Ağıl insana ağılsız yaşamağını görmək üçün yox, ağıllı yaşamaq üçün verilir. Vissarion Belinski
  • Ağıl insanın düşdüyü vəziyyətdən cox olmalıdir ki, insanı qurtara bilsin. Napoleon Bonapart
  • Ağıl insanın gözü, qüdrət isə əlləridir. Baltazar Qrasian
  • Ağıl, insanın mənəvi silahıdır. Vissarion Belinski
  • Ağıl, istədiyin şeyə nail olmaq üçündür. Fyodor Dostoyevski
  • Ağıl istədiyinə nail olduğu üçün ağıldır. Fyodor Dostoyevski
  • Ağıl kişinin bəzəyidir. Azərbaycan atalar sözləri/A
  • Ağıl kişiyə sərmayədir. Türk atalar sözləri
  • Ağıl kordursa, gözlərdən nə fayda? Ərəb atalar sözləri
  • Ağıl qızıldan da qiymətlidir: az tapılır, çox faydalıdır. Po Çü
  • Ağıl qızıldır, fikir - gümüş. Qırğız atalar sözləri
  • Ağıl qüvvət üçün sükandır. Əbu Turxan
  • Ağıl mülkünə sahib olan şəxs dünyanı olduğu kimi görür. Zeynalabdin Şirvani
  • Ağıl olan yerdə şərəf də olar. Əfqan atalar sözləri
  • Ağıl olan yerdə zora ehtiyac yoxdur. Heydər Əliyev
  • Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda. Türk atalar sözləri
  • Ağıl olsun hər şey olar. Əfqan atalar sözləri
  • Ağıl padşahı qəfəsi qırdımı, quşların hər biri bir istiqamətə uçar. Mövlana Cəlaləddin Rumi
  • Ağıl sahibi olan hər hansı bir şəxs bütün eyiblərdən uzaq olur. Zeynalabdin Şirvani
  • Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq. Corc Herbert
  • Ağıl saqqalda deyil, başdadır. Rus atalar sözləri
  • Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür. Mövlana Cəlaləddin Rumi
  • Ağıl təbiətin vergisi deyil, təcrübənin nəticəsidir. Əfqan atalar sözləri
  • Ağıl tənbəl adama xoşbəxtlik gətirməz. Hind atalar sözləri
  • Ağıl və bilik uğrunda hər şeyi qurban verməyə hazır olan adam heç şey itirməz. Epiktet
  • Ağıl və dərrakə arasında düşündüyümüzdə də böyük məsafə var. [1] Napoleon Bonapart
  • Ağıl və ehtiras zərif bir bədəndə mübahisə etdikdə, on haldan doqquzunda ehtiras qalib gələcək. Uilyam Şekspir
  • Ağıl və hiss bir-birinə ehtiyacı olan, ölü və əhəmiyyətsiz iki gücdür. Vissarion Belinski
  • Ağıl və vicdan öz hüquqlarından məhrum edilə bilməz. Onlara böhtan atmaq olar, ancaq onları aldatmaq olmaz. Yohann Volfqanq Göte
  • Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım. Napoleon Bonapart
  • Ağıl yaşda deyil, başdadır. Azərbaycan atalar sözləri/A
  • Ağıl yaşda olmaz, başda olar. Azərbaycan atalar sözləri/A
  • Ağıla gələn başa gələr. Azərbaycan atalar sözləri/A
  • Ağıla mümkün qədər çox qida verməyə çalışın. Lev Tolstoy
  • Ağıla rüsvayçılıq kimi görünən, ürək üçün gözəllik kimidir. Fyodor Dostoyevski
  • Ağılda zarafata yer yoxdur. Uilyam Şekspir
  • Ağıldan dərrakəyə qədər olan yol hamının düşündüyündən daha uzun olur. Napoleon Bonapart
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
  • Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
  • Ağılın zənni, cahilin yəqinindən yaxşıdır. Azərbaycan atalar sözləri/A
  • Ağılla göz ürəyin aynasıdır. Ərəb atalar sözləri
  • Ağılla hərəkət etmək üçün insanın üç yolu var; birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol - təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
  • Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlını alıb. Azərbaycan atalar sözləri/A
  • "Ağılmı, pulmu?" Dedi. Mən pul dedim. Mən olsaydım ağılı seçərdim dedi. Haqlısan dedim; Hər kəs ehtiyacı olduğu şeyi seçər. Bob Dilan
  • Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır. (ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
  • Ağlı qısa olanın dili uzun olar. Özbək atalar sözləri
  • Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir. Deni Didro
  • Ağlımız tanrının bir hədiyyəsi isə və inancımız haqqında eynisini fərz etsək, tanrı bizə uzlaşmayan, zidd iki hədiyyə vermişdir demək. Deni Didro
  • Ağlın bağlamadığı dostluğu, ağılsızlıq asanca poza bilər. Uilyam Şekspir
  • Ağlın başına gəlincə peşman olacağın bir işi əsla etmə. Mövlana Cəlaləddin Rumi
  • Ağlın qavradığı və inandığı hər şeyi etmək mümkündür. Napoleon Bonapart
  • Ağlın varsa, bir başqa ağılla dost ol da, işlərini məsləhətləşərək et. Mövlana Cəlaləddin Rumi
  • Ağlına ağıl qoş, cəhdinə - səbir. Özbək atalar sözləri
  • Allah insana ağıl veribsə, nə verməyib? Əgər ağıl verməyibsə, nə verib! Əhmədağa Əhmədov
  • Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
  • Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi

B[redaktə]

  • Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
  • Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axar su boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heç bir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın. Yohann Volfqanq Göte
  • Bütün nemətlərin başlanğıcı və son həddi ağıldır. Epikür

C[redaktə]

Ç[redaktə]

D[redaktə]

  • Dedim ki, ürəyim elmdən xəbərsiz olmayıb. İndi ki, ağlın gözü ilə baxıram-məlum olur ki, hələ heç bir çey bilmirəm. Nəsirəddin Tusi
  • Dərin fikirlər dəmir mismar kimidir. Ağla elə möhkəm batır ki. sonra onu dartıb çıxarmaq da olmur. Deni Didro
  • Dünyada elə bir bilik varmı ki, heç bir ağıl sahibi ona şübhə etməsin? Bertran Rassel
  • Düzgün fikirləşib doğru tədbir tökmək, ağıl və təmkinlə hərəkət etmək hər şeydən üstündür. Kəlilə və Dimnə

E[redaktə]

  • Elm tükənməyən bir xəzinədir; ağıl əksilməyən, köhnəlməyən bir libas. [2] Əli

Ə[redaktə]

  • Əgər ağıl olmasaydı, hissiyyat bizi yorardı. Ağıl məhz hissiyyatımızı cilovlamaq üçündür. Uilyam Şekspir
  • Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır. Mövlana Cəlaləddin Rumi
  • Ən böyük müsibət ağıl kəsərkən tapılanı itirməkdir. Xudu Məmmədov
  • Ən gözəl ədəb - əxlaq, ən şiddətli yoxsulluq - axmaqhq, ən vəhşi vəhşət - özünü bəyənmək, ən zəngin dövlət isə - elm və ağıldır. Əli
  • Ən kamil ağıl - ola biləcək və ola bilməyəcək şeyləri bir-birindən ayıra bilməkdir. Kəlilə və Dimnə
  • Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
    • Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
    • İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
    • Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi

F[redaktə]

  • Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo

H[redaktə]

  • Hafizə ona deyilir ki, ağıl, təsəvvür, təfəkkür və ya təxəyyül vasitəsilə ümumiləşdirilib yığcamlaşdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlanıla bilsin. Nəsirəddin Tusi
  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
  • Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox. Sokrat
  • “Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. Nəsirəddin Tusi
  • Hirs - düşməndir, ağıl - dost. Qaraqalpaq atalar sözləri
  • Hirs qabaqda gələr, ağıl - arxada. Türkmən atalar sözləri
  • Hirsli başda ağıl olmaz. Azərbaycan atalar sözləri/H
  • Hisslər ağılın əsiridir. Lakin onu bil ki, ağıl da ruhun əsiridir. Mövlana Cəlaləddin Rumi

X[redaktə]

  • Xasiyyət – ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyətdir. Nəsirəddin Tusi
  • Xəyal ağlın ayaqlarıdır. Əgər onu cilovlamasaq, ağıl yanlış yolla aparar. Xun Tszi-En
  • Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. Qaston Levis
  • Xoş rəftar ağlın yarısıdır. Əli
  • Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. Esxil

İ[redaktə]

  • İnsan ağlı məhduddur, amma insanlığın ağlı, yəni bəşəriyyətin ağlı sonsuzdur. Vissarion Belinski
  • İnsan yalanla ülfət etdikdə, ağıl və istedad onu tərk edir. Vissarion Belinski
  • İntriqa zəiflərin gücünü təşkil edir, zərər vermək üçün hətta axmaqların ağlı kifayət qədər çatır. Uilyam Şekspir

K[redaktə]

  • Kimsədən ağıl alacaq qədər axmaq deyiləm. Mənə qalsa sən ağıl vermədən əvvəl, geri qalanının sənə çatıb çatmayacağını hesabla. Bob Dilan

Q[redaktə]

  • Qadın ağlı qarşısında qapını bağla- o, pəncərədən qaçacaq; pəncərəni bağla - o, açar deşiyindən çıxacaq; deşiyi bağla- o, bacadan uçacaq. Uilyam Şekspir
  • Qadını gözəlliyi xatirinə almaq doğru deyildir. Gözəlliklə iffət az halda bir yerdə olar, çünki gözəl qadına gözü düşən çox olar, ağıllarının zəifliyindən davam gətirə bilməyib gönü siya verərlər. Belə evlənmələrin aqibəti ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dünyada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirlərə əl atmaq, qəm və kədərə batmaqla nəticələnər. Nəsirəddin Tusi
  • …Qadının ağlına bir şey gəldisə, o bunu mütləq edəcək, başını yaracaq, amma edəcək. Uilyam Şekspir
  • Qətiyyətli iradəsi çatışmayanın ağlı da çatışmır. Uilyam Şekspir
  • Qəzəbin yox, ağılın səsi ilə hərəkət et. Uilyam Şekspir

L[redaktə]

  • Lal brilyantlar qadın ağlına hər cür bəlağətli danışıqdan daha güclü təsir edir. Uilyam Şekspir

M[redaktə]

  • Mənə bəzi şeylərin ağlımızı aşdığını söyləsələr də, bu, axmaqlıqlara inanmağa gətirib çıxarmaz. Şübhəsiz ki ağlımızı aşan şeylər var, amma ağılımıza zidd olan hər şeyi və ona zidd olan nə varsa, cəsurca rədd edirəm. Deni Didro

O[redaktə]

  • Oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli

Ö[redaktə]

  • Övladı tərbiyə etmək yalnız onu bəsləməkdən və böyütməkdən yox, eyni zamanda onun ürəyini, ağlını istiqamətləndirməkdən ibarətdir. Bunun üçün isə ananın xarakteri, elmi, inkişafı, bütün insani maraqların mümkünlüyü lazım deyilmi? Vissarion Belinski

P[redaktə]

S[redaktə]

  • Sevgi çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir.[3] Deni Didro
  • Sevimli predmetində olmayan şeyi görəndə sevgi tez-tez səhv edir. Amma bəzən məhz sevgi onda müşahidəyə və ağıla əlçatan olmayan gözəl və böyük şeyləri kəşf edir. Vissarion Belinski
  • Sükut təfəkkürün bağı, fərasətin əlaməti və ağlın meyvəsidir. Əli

T[redaktə]

  • Tələsik qərar verməyin. O zaman sizin də hər kəsdən fərqiniz qalmaz. Həyatın kiçik bir parçasına baxıb hamısı haqqında qərar verməkdən qaçının. Qərar ağılın dayanması halıdır, qərar verdinizmi, ağıl düşünməyi, başqa sözlə inkişafı dayandırar. Buna baxmayaraq ağıl insanı daim qərara məcbur edər. Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər. Lao-tszı
  • Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox. Nəsirəddin Tusi
  • Təvəkkül ona deyilir ki, yerinə yetirilməsi insan qüdrəti və imkanı xaricində olan işlərdə, xalqın ağlı işləməyən, qəti bir fikir söyləmək mümkün olmayan hallarda tələsmə və yubanmaya, artıq və əskikliyə yol verilməsin, vəziyyəti dəyişməyə meyl göstərilməsin. Nəsirəddin Tusi

U[redaktə]

  • Uşağı mehribançılıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır,xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə... Nəsirəddin Tusi
  • Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir. Fyodor Dostoyevski

Ü[redaktə]

Y[redaktə]

  • Yaxşı arvad malda, böyüklükdə, ev dolandırmaqda kişinin şəriki olar, ər bir yerə getdikdə onun yerini tutar. Arvadın ən yaxşısı odur ki, ağıl, dəyanət, iffət, həya, ismət, riqqət və nəzakətdə, ərinin sözünə baxmaqda, fədakarlıqda, dostluqda tayı-bərabəri olmaya, qohum-əqrəbaları arasında vüqarlı, hörmətli, hümmətli hesab edilə, doğumlu ola, tərbiyə verməkdə, səliqə yaratmaqda, pul xərcləməkdə, təsərrüfatı idarə etməkdə mahirlik göstərə, qayğıkeşliyi, mehribanlığı, şux təbiəti, xoş xasiyyəti ərinin könlünü açmağa, dərdini dağıtmağa səbəb ola. Nəsirəddin Tusi
  • Yalana aludə olan insanı ağıl və istedad tərk edir. Vissarion Belinski
  • Yer kürəsinin yaşıllıq və həyatla necə və hansı proseslərlə büründüyünü, buludların, dumanların və yağışların necə əmələ gəldiyini, bu yer kürəsinin bütün dəyişikliklərinə nəyin səbəb olduğunu və hansı ilahi qanunların səbəb olduğunu bilmək, şübhəsiz ki, saf bir zövqdür. Nizam açıq-aşkar qarışıqlıq içərisində qorunur. Fırtınanın və vulkanın səbəbini araşdırmaq və onların əşyaların təsərrüfatda istifadəsinə işarə etmək — buludlardan şimşək çaxıb onu təcrübələrimizə tabe etmək — olduğu kimi istehsal etmək ülvi bir məşğuliyyətdir. İncəsənət laboratoriyasındakı mikrokosmos və hərəkətləri və İlahi Ağılın onlara verdiyi qanunlara uyğun olaraq dəyişən, şeylərin kainatını təşkil edən görünməz atomları ölçmək və çəkmək. Əsl kimya filosofu xarici dünyanın bütün müxtəlif formalarında yaxşılıq görür. O, sonsuz müdrikliyin rəhbər tutduğu sonsuz qüdrətin əməllərini araşdırarkən, bütün alçaq xurafatlar, bütün məntiqli xurafatlar onun zehnindən yox olur. O, insanı kosmosda bir nöqtəyə sabitlənmiş atomlar arasında bir atom görür və bununla belə ətrafdakı qanunları dərk edərək onları dəyişdirmək; zaman keçdikcə bir növ hökmranlıq və maddi məkanda bir imperiya əldə etmək və sonsuz kiçik miqyasda bir növ yaradıcı enerjinin kölgəsi və ya əksi kimi görünən və ona fərqlilik hüququ verən bir güc tətbiq etmək istəyir. Allahın surətində yaradılmış və ilahi ağılın qığılcımı ilə canlandırılmışdır. Kimyəvi axtarışlar idrakı ucaltsa da, təxəyyülü incitmir və həqiqi hissləri zəiflətmir. Onlar zehnə dəqiqlik vərdişləri bəxş etməklə bərabər, onu faktlara diqqət yetirməyə məcbur etməklə yanaşı, onun bənzətmələrini də genişləndirirlər və əşyaların xırda formaları ilə tanış olsalar da, onların son məqsədi təbiətin böyük və möhtəşəm obyektlərinə malikdirlər. Onlar kristalın əmələ gəlməsini, çınqılın quruluşunu, gil və ya torpağın təbiətini nəzərə alırlar və onlar bizim dağ silsilələrimizin müxtəlifliyinin səbəblərinə, küləklərin görünüşünə, ildırım fırtınalarına, meteoritlərə, zəlzələlərə, vulkanlara və şairə və rəssama ən heyrətamiz obrazlar təqdim edən bütün hadisələrə aiddir. Təbiətimizin ən böyük səciyyəvi xüsusiyyətlərindən biri olan biliyə olan o sönməz susuzluğu yaşadırlar — hər bir kəşf faktların tədqiqi üçün yeni sahə açır, nəzəriyyələrimizin qeyri-kamilliyini bizə göstərir. Ədalətli şəkildə deyilir ki, işığın dairəsi nə qədər böyükdürsə, onu əhatə edən qaranlığın sərhəddi də bir o qədər böyük olar. Hemfri Devi

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  2. Kamal Camalov. Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri. Bakı,2009
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.363