Ağıl, zəka, elm
From Wikiquote
- Ağıllı bildiyini söylər, dəli söylədiyini bilməz.
- Adamı – yaşdan, ağacı - başdan.
- Baxmaqla öyrənmək olsa, itdən qəssab olar.
- Bilsəm ki, hara yıxılacam, ora pambıq döşərəm.
- Bir gün duz yediyin yerə qırx gün salam ver.
- Bu hələ kamilləri, gör necədir cahilləri.
- Qızınmadıq istisinə, kor olduq tüstüsünə.
- Keçmişi oxumaq gələcəyi öyrənmək üçündür.

