Məzmuna keç

Aleksandr Pop

Aleksandr Pop
Doğum tarixi 21 may 1688
Doğum yeri London
Vəfat tarixi 30 may 1744
Vəfat yeri Twickenham
Dəfn yeri London
Vikipediya məqaləsi

Aleksandr Pop (21 may 1688 – 30 may 1744) – İngilis şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək.
  • Axmaqlar heyran olur, ağıllı insanlar isə razılıq ifadə edirlər.
  • Axmaqlar kiməsə lağ etməyə bilməzlər.
  • Axmaqlar tanrıların getməkdən qorxduğu yerə tələsirlər.
  • Baxışlarımız bizim saatlarımıza bənzəyir: hamısı fərqli vaxtları göstərir, amma hər kəs yalnız öz saatına inanır.
  • Bəhanə yalandan daha pisdir, çünki bu, bizim sadiq qaldığımız bir yalandır.
  • Bir ağac, hər hansı bir şahzadədən daha soyludur.
  • Bizi ömrü boyu müşayət edən ümid, hətta ömrün son saatında belə bizi tərk etmir.
  • Bütün axmaqlar kimisə ələ salmaq üçün səbirsizlənirlər.
  • Bütün təbiət insana məlum olmayan bir sənət kimidir.
  • Cazibədarlıq gözə çarpar, fəzilət isə ruhu fəth edər.
  • Çünki qızarmaq bəzən fahişəni fəzilətli qadına qovuşdurduğu kimi, təvazökarlıq da axmağı ağıllı adam kimi göstərə bilər.
  • Dar düşüncəli insanlar dar boyunlu şüşələrə bənzəyir; nə qədər az tutsalar, bir o qədər yüksək səslə tökürlər.
  • Dəniz ayırdığı ölkələri birləşdirir.
  • Doğru olan, haqlı olandır.
  • Dünyanı yaddan çıxaranı dünya da unudar.
  • Əksər qadınların xarakteri yoxdur: onlar ya sarışındırlar, ya da qaraşınlardır; bu onları bir-birindən ayırmağın ən yaxşı yoludur.
  • Ən ciddi insanlar ən çox güvənənlərdir.
  • Gözəllik gözə dəyir, ləyaqət isə qəlbi fəth edir.
  • Gözəllik, tək bir saçla belə bizi arxasından sürüyər.
  • Gündəlik həyatda adətən xoş adlandırılan xarakter nəzakət və yalandan ibarətdir.
  • Hakimiyyəti, uzaqgörənliyi və son səbəbləri olmayan Allah tale və təbiətdən başqa bir şey deyil.
  • Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür.[1]
  • Heç bir şey gözləməyənlər nə xoşbəxtdir, heç xəyal qırıqlığına uğramazlar.
  • Hər hansı bir araşdırmaya bir az fikir versək, bu, bizə həzz verməz.
  • Hər bir insan digərindən fərqlidir və hər gün bir insan dünənindən fərqli olur.
  • Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız.
  • Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir.
  • Xəstəlik bir növ erkən qocalıqdır.
  • İdman istirahəti deyil, zehni gücləndirir.
  • İnadçı bir adam fikirləri tutmaz, fikirlər onu tutar.
  • İnsan səhv etdiyini etiraf etməkdən utanmamalıdır, çünki belə bir etiraf sadəcə bir ifadədir, başqa sözlə, bu gün dünənkindən daha ağıllıdır.
  • İnsanı əsarət altına alan hər şey onun ləyaqətinin yarısını məhv edər.
  • İnsanlar mələk, mələklər də Tanrı olmaq istəyərlər.
  • Kim yalan danışarsa, özünü çətin vəziyyətə salır, çünki o, bundan sonra azı iyirmi dəfə yalan danışmalıdır ki, birinci yalanın üstünü örtsün.
  • Qərarlar əksər halda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz. Amma yenə öz qərarımıza etimad edirik.
  • Qəzəb həmişə öz səhvlərini başqalarında axtarır.
  • Qəzəblənmək, başqasının səhvlərini öz üzərinizdən götürmək deməkdir.
  • Qəzəblənmək başqalarının səhv hesablamalarına görə məsuliyyət daşımaq deməkdir.
  • Məhəbbət bütün ürəkləri açan açar kimidir.
  • Namuslu bir adam, Tanrının ən soylu əsəridir.
  • Nə bəxtiyardır heç nə gözləməyən insan, çünki o, heç vaxt məyus olmaz
  • Nizam səmanın ilk qanunudur.
  • O, incidənləri sevir, amma təhqirə nifrət edir.
  • Oxuduğumuz kitab, bizi fikrən yüksəldib, içimizi yaxşı duyğularla doldurmalıdır.
  • Partiya azlığın xeyrinə çoxların axmaqlığıdır.
  • Özünə heyran olan insanın gözləri qədər böyüdən mikroskop yoxdur.
  • Ruhlar saleh bir meyl hiss edəndə, sevgi azadlıq olanda, təbiət qanun olanda nə xoşdur.
  • Səhv etmək insanın, bağışlamaq tanrıların mülküdür.
  • Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər.
  • Sözlər ağacların yarpaqlarına bənzəyir: çox olanda meyvəsi azdır.
  • Şər insanla yoldaşlıq edəndə yalnız birinci gün bunu rüsvayçılıq bilirsən, sonrakı günlərdə buna elə vərdiş edirsən ki, hətta onu qucaqlayıb öpə də bilirsən.[2]
Tarixlər dostlardan daha çox itlərin sədaqət nümunələri ilə doludur.
  • Tanrı: "Nyuton olsun!" dedi və hər şey işıqlandı.
  • Tarix dostlardan daha çox itlərin sədaqətinin nümunələri ilə doludur.
  • Təbiət və Təbiətin qanunu, qaranlıqda gizli idi.
  • Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır.
  • Ümid insanı ömrü boyu müşayiət edir, ölüm anında belə onu tərk etmir.
  • Üzr, yalandan daha qorxunc, daha pisdir; üstü örtülmüş bir yalandır çünki.
  • Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi hədiyyəsidir.
  • Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir.
  • Yalan danışan öhdəsinə götürdüyü işin çətinliyini dərk etmir: bu ilk yalanı ört-basdır etmək üçün daha iyirmi yalan uydurmalı olacaq.

İstinadlar

[redaktə]
  1. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  2. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,