Məzmuna keç

Alfred Adler

Alfred Adler
Doğum tarixi 7 fevral 1870
Doğum yeri Rudolfsheim
Vəfat tarixi 28 may 1937
Vəfat yeri Aberdin
Dəfn yeri Vyana mərkəzi qəbiristanlığı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Alfred Adler - (7 fevral 1870 - 28 may 1937) - Avstriya psixoloqu, yəhudi mənşəli psixoterapevt.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açarlarını hara qoyduğunu itirməyə davam edən və ya unudan evdar qadınlar, adətən, evdar qadın rolunu qəbul etmək istəməyən qadınlar olur.
  • Aşağıdan yuxarıya doğru istək tükənməzdir. Filosoflar və psixoloqlar nə düşünürlərsə - özünü qoruma, həzz prinsipi, bərabərləşdirmə haqqında - bütün bunlar yuxarıya doğru böyük hərəkatın uzaq təsvirlərindən başqa bir şey deyil.
  • Ayrı-seçkiliyə məruz qalmaqdan və şəxsiyyətini itirməkdən qorxan insan, həll edə bilməyəcəyinə inandığı problemin yaratdığı fiziki və ya psixi əlamətlərə tab gətirərək özünü müdafiə etməyə çalışır.
  • Bir başqasının diqqətini çəkmənin ən asan yolu onun haqq və hüquqlarını qarantiyaya alınmış kimi hiss etdirməkdir.
  • Bir ideya üçün ölmək onun üçün yaşamaqdan daha asandır.
  • Çətin insanlarla rəftar etməyin sadə qaydası, insanın öz üstünlüyünü sübut etmək üçün mübarizə apardığını xatırlamaqdır və siz onunla onun nöqteyi-nəzərindən davranmalısınız.
  • Çox böyük bir çətinliyin ruhda əmələ gətirdiyi gərginlikdir ki insanda plan qurma qabiliyyətinə ən maksimum səviyyədə hərəkətə keçirib o anda çətinlikdən çıxmağa və rahatliq əldə etməyə səbəbiyyət verir.
  • Düzgünlüklə qarşı-qarşıya gəldikdə, bacarıqsızlıq daha yüksək məqsədə çatmaq üçün stimul olur.
  • Əgər ailədə müəyyən uşaq ona etinasızlıq göstərildiyini və ya nəzərə alınmadığını hiss edərsə, onda “hər şeydən əl çəkməliyəm” hissini ifadə edərək, aşağılıq hissləri yarana bilər.
  • Əgər insan səfehlik edirsə , bu, yalnız özünü aşağı hiss etdiyinə və faydalı bir işdə başqaları ilə rəqabət aparmaq üçün özündə kifayət qədər güc hiss etmədiyinə görədir . Ona görə də faydasız işlərlə məşğul olur.
  • Əgər təbiət qanunlarına görə baxsaq insan çox qabiliyyətsiz bir varlıqdır.
  • Hələ tam başa düşülməmiş olsa da dinin də birgə yaşama məcburiyyətindən meydana gəldiyi görünür, dində müqəddəşləşdirilmiş birgə yaşama formaları digər şəkildə anlayaraq başa düşərək qavrama düşüncəsini əvəz edərək fərdlər arasında ünsiyyət əmələgətirici rol oynayır.
  • Həm hipnoz edəbilmə və edilebilmə tamamən kor-koranə itaətlə əlaqədar vəziyyətlərdir.
  • Həmyaşıdlarına əhəmiyyət verməyənlər həyatda ən böyük çətinlikləri yaşayırlar və başqalarına ən böyük maneədirlər. Bütün insan bədbəxtlikləri onlardan qaynaqlanır.
  • Hər istəmə bir əksiklik duyğusu ilə əlagədardır və insanda bir doyğunluq, rahatlıq və tamlıq meydana gətirmə yönəlməsinin əmələ gəlməsinə yol açır.
  • Həyat bizə bağışlanmamışdır, bir məsuliyyət olaraq verilmişdir.
  • Həyatda hər şeyin bir üsulu var və problemi həll etmək üçün düzgün metodu tapmalıyıq.
  • Həyatdakı əsas təhlükə, həddindən artıq ehtiyat tədbirləri görməyinizdir.
  • İdeya uğrunda ölmək ona uyğun yaşamaqdan asılıdır.
  • İkinci uşaqlar həmişə birinci olmağa çalışacaqlar. Onlar həmişə rəqabət şəraitində olurlar.
  • İnsan dərk etdiyindən çox şey bilir.
  • İnsan olmaq, daima öhdəsindən gəlməyə çalışan bir aşağılıq hissinə sahib olmaq deməkdir.
  • İnsanın ruhi həyatı onun seçdiyi məqsədə görə şəkil alir.
  • İnsanların özlərini yaxşı hiss etməsi, özünə və başqalarına yaxşı münasibət bəsləməsi üçün onlar dəyərli, sevilən, istənilən və ehtiyaclı olduqlarını dərk etməlidirlər. Hər kəs insan cəmiyyətinin əhəmiyyətli bir üzvü olduğunu bilmək və hiss etmək istəyir.
  • İnsanlarla ünsiyyət qurmağı, inam və cəsarətlə faydalı peşə ilə məşğul olmağı, cinsi həyatını ictimai hisslərə uyğun ifadə etməyi bacaran insan nevrotik infeksiyaya qarşı immunitetlidir.
  • İstək əksiklik duygusundan özünü qurtarıb tam olma yolunda ruhda əmələ gələn bir kiçik hərəkətdir.
  • Kimisə başa düşmək üçün onun ən güclü hisslərinin nə olduğunu bilməliyik.
  • Kortəbii olaraq tanınmayan, lakin zorla tətbiq edilən istənilən hakimiyyət saxtadır.
  • Qısqanclıq tamamilə fərqli bir məsələdir, bu daha mürəkkəb və təhlükəli bir münasibətdir, çünki heç bir vəziyyətdə fərd üçün faydalı ola bilməz. Üstəlik, qısqanclıq güclü və dərin bir tərbiyəsizliyin nəticəsidir. Bir qayda olaraq, qısqanc bir insan, tərəfdaşını saxlamamaqdan qorxur və onu idarə etmək və təsir etmək istədiyi anda, müxtəlif qısqanclıq təzahürləri ilə yalnız zəifliyinə xəyanət edir.
  • Mənalar situasiyalarla müəyyən edilmir, biz vəziyyətlərə verdiyimiz mənalarla özümüzü müəyyən edirik.
  • Mükəmməllik axtarışı və ya aşağılıq hissi bir xəstəlik deyil, səy və böyümə üçün sağlam və normal bir stimuldur.
  • Mütləq həqiqətə gedən yol sadəcə həddən artıq dərəcədə səhvlərdən keçir.
  • Normal insanlar çox yaxşı tanımadığınız insanlardır.
  • Oyun oynamaqdan qaçan uşaqlarn ruhi vəziyyətlərində mütləq bir anormalliq vardır.
  • Öz prinsipləri uğrunda mübarizə aparmaq həmişə onlara uyğun yaşamaqdan daha asandır.
  • Özümüzü başqalarının yerinə qoya bilmiriksə digərləri ilə ünsiyyət qura bilməyimiz mümkün deyil.
  • Özünü tanımaq və dəyişdirmək insan üçün öhdəsindən gəlinəsi ən çətin işdir.
  • Prinsipləriniz üçün mübarizə aparmaq onlara uyğun yaşamaqdan daha asandır.
  • Ruh təbiət qanununa tabe deyildir, çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir.
  • Sadəcə azadlıqdır ki, köksündən güclü insanlar çıxardır, təzyiq isə insanı öldürür, məhvə yönəldir.
  • Təhsil üçün yalnız bir məqsəd ola bilər, o da cəsarət üçün təhsildir.
  • Tək uşaq öz tərbiyəsinin tam mərhəmətindədir.
  • Təlimçi şagirdinə xas olan gücə inanmalı və bütün bacarığını şagirdinə bu gücü yaşatmağa çalışmalıdır.
  • Uşaqlara lağ etmək onların inkişafina vurulmuş ən böyük zərbədir.
  • Uşaqlarda çox vaxt... yoldaşlıq və dostluq hissi yoxdur. Bütün bunlar onlara sevginin dadını almadıqları üçün gəlir, özlərini düşmən torpağında hiss edirlər və davranışları da hiss etdikləri kimidir.
  • Uşağın yolu kamilliyə can atmaq və üstünlüyə nail olmaq üçün azaddır.
  • Ümumiləşdirmə meyli həyat tərzinin qurulmasında ümumi və çox vaxt həlledici səhvdir.
  • Ürəyinin ardınca get, amma beynini də özünlə apar.
  • Yalan danışan uşağın arxasında sərt valideyni görmək asandır.
  • Yalnız normal insanlar o qədər də yaxşı tanımadığınız insanlardır.

İstinadlar

[redaktə]