Alqayıt

Vikisitat saytından
Alqayıt
Doğum tarixi 1939
Doğum yeri Daşkənd, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 2013
Vəfat yeri Xırdalan, Azərbaycan
Dəfn yeri Xırdalan qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Alqayıdam, nə altunam, nə zərəm,

Ləl yerinə həqiqəti gəzərəm.
Ürəyimi parçalasa, dözərəm,
Böhtan əli vicdanıma dəyməsin.

B[redaktə]

  • Bir daha qapımı döyməsin nadan,

Sahibi məhv olmuş bir otağam mən.
Həyasız yanında susa bilmərəm,
Utancaq yanında utancağam mən.

D[redaktə]

  • Dosta vəfasızsan söyləyib atma,

Qartalı uçuşdan əyləyib atma.
Alqayıt, dərsən də iyləyib atma
Saxla təravəti güldən yadigar.

Ş[redaktə]

V[redaktə]

  • Vətən gözlərimdə oddu-ocaqdı,

Tükənməz sərvəti qucaq-qucaqdı.
Qorxma, əbədilik yaşayacaqdı
Könül nəyin varsa, eldən yadigar.

Xarici keçidlər[redaktə]

  1. Alqayıt, "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011. səh.6.