Andre Jid
Vikisitat saytından
- Açılmamış qanadların böyüklüyü naməlumdur.
- Axmaq görünməyə çalışmaq ən böyük ağıllıqlıqdır.
- Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın o etsin, siz etməyin.
- Gerçəyi axtaranlara güvən və onların tapdıqlarından şübhə et.
- Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.
- Həyat yaşla yox, yaşamaqla aydın olur.
- Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək: Budur yaxşılıq.
- Hər İsveçrəli öz buzlağını içində daşıyır.
- Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır.
- Müdrik adam, hər şeyə çaşan adamdır.
- Olmadığın biri olaraq sevilməkdənsə, olduğun biri olaraq nifrət edilmək daha yaxşıdır.
- Özü özünün xoşbəxtliyinə mane olmaqda insan fövqəladə bacarıqlıdır.
- Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz.
- Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir.