At
Vikisitat saytından
- At oğurlanandan sonra axur nəyə gərək. - Azərbaycan atalar sözləri
- İşlək at arpasını artırar. - Azərbaycan atalar sözləri
- Yüyürək at özünə qamçı vurdurmaz. - Azərbaycan atalar sözləri
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. - Azərbaycan atalar sözləri
- Yaxşı at nalı gözlər, yaxşı igid dalı. - Azərbaycan atalar sözləri
- Qadın, kitab, at borc verilməz. - İtalyan atalar sözləri