Azərbaycan atalar sözləri/Ü
Görünüş
←U | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
V→ |
Həmçinin baxın: Haqqında • |
- Ümid həyatın sərmayəsidir.
- Ürək dənizdən dərindir.
- Ürək istəyəni əl eylər.
- Ürək ki var şüşədir, sındırarsan kim yamar?!
- Ürək götürməyəni, əl götürməz.
- Ürək öz dostunu tanıyar.
- Ürək yanar, göz yaşarar.
- Ürək yanmasa, gözdən yaş çıxmaz.
- Ürəkdə olmayanı dil deməz.
- Ürəkdən ürəyə yol var.
- Ürəyi yanan yaxşı fatihə verər.
- Ürkütməsən sanamaq olmaz.
- Üstü bəzək, altı təzək.
- Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
- Üz döndü, göz döndü.
- Üz döndü, könül döndü.
- Üz görən iman görməyib.
- Üz göstərsən qohumluq iddiası edər.
- Üz götürüb gedəni vuraraq saxlamaq olmaz.
- Üz ki var – ətdəndir.
- Üz ki var - ürəyin aynasıdır.
- Üz üzdən utanar.
- Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.
- Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
- Üz vermə - arsız olar, az vermə xırsız olar.
- Üz vermə - astar da istər.
- Üz göstərsən qohumluq iddiası eylər.
- Üzdə gülür, dalda hürür.
- Üzə gülür, ayaqdan çəkir.
- Üzərliksən varsan, yetmiş dərdə davasan, o yerdə ki, varsan, qada-balanı qovarsan.
- Üzrü günahından artıq.
- Üzü bəzək, içi təzək.
- Üzü üstə gələniarxası üstə çevirməzlər.
- Üzük nişanəsindən ürək nişanəsi yaxşıdır.
- Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə.
- Üzük-üzük oynayan gecələr yatmaz.
- Üzün qara olması ayıb deyil, ürək qara olmasın.
- Üzünü xalqa çevirənin arxası mökkəm olar.
- Üzüyü qaşça tanırlar.