Azərbaycan atalar sözləri/A
Görünüş
Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
B→ |
Həmçinin baxın: Haqqında • |
Ab
- Abad evlər gülüyəm, xaraba evlər bayquşu.
- Abad kənd tüstüsündən bəlli olar.
- Abad məclis aşığından bəllidir.
- Abad yerin bülbülü, xarabanın bayquşu.
- Abadan kənd tüstüsündən bəlli olar.
- Abanın qədri yağışda məlum оlar.
- Abbas Abbasdan, Abbas da kor Abbasdan.
- Abbasıdan beş şahı çıxardır.
- Abbasını bəyənməyən beş şahı çıxardar.
- Abdaldan paşa olmaz, taxtadan maşa.
- Abdal at mindi, özünü bəy sandı.
- Abdal düyündən, uşaq oyundan usanmaz.
- Abdal, qar yağır! - Dayanmışam titrəməyə.
- Abdal nə bilir ki, heyva kaldır?
- Abdal ol, səni görən dəlü sansın.
- Abdal oynayanda qar yağar.
- Abdal təkkədə, Hacı Məkkədə olar. [1]
- Abdalın qarnı dоyunca, gözü qapıda оlar.
- Abidi şeytan başdan çıxardar.
- Abır harda, çörək orda.
- Abır-həya olan yerdə bərəkət də olar.
- Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
- Abır olmayan yerdə, çörək olmaz.
- Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
- Abırsızdan abrını gözlə.
- Abırsızdan abrını saxla.
- Abrını yeyib, həyasını da belinə bağlayıb.
Ac
- Ac acı aldı, acdan ləlöyün törədi.
- Ac acı dalayar, tox toxu yalayar.
- Ac adam acıqlı olar.
- Ac adam özünü oda vurar.
- Ac adam yol kəsər
- Ac adamı qurd yeməz.
- Ac aman bilməz.
- Ac ayı oynamaz.
- Ac bayıra qaçar, yalavac evə girər.
- Ac bəydən tоx it yaxşıdır.
- Ac deyər doymaram, tox deyər acmaram.
- Ac doğrayar, tox yeyər.
- Ac donuz darıdan çıxmaz.
- Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
- Ac eşşək atdan bərk qaçar.
- Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
- Ac əsnəyər, tox gərnəşər.
- Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam
- Ac hara, paxaç hara.
- Ac it gəlmiş, tox itin dalın yalayar.
- Ac qalmaq bоrclu оlmaqdan yaxşıdır.
- Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
- Ac qarnına soyuq su?
- Ac qatıq istəməz, yuxulu yastıq.
- Ac qazanar, tоx yeyər.
- Ac qılınca çapar.
- Ac qоyun, viran dəyirman sahibinə baş ağrısıdır.
- Ac qudurğan olar, çılpaq oynağan.
- Ac qulağım, dinc qulağım.
- Ac qurd aslanı basar.
- Ac qurd balasını yeyər.
- Ac qurd sürünün ortasına girər.
- Ac nə yeməz? Tox nə deməz?
- Ac ol, dinc ol.
- Ac ölməz, gözü qaralar, bоrclu ölməz, üzü saralar.
- Ac özünü оda vurar.
- Ac saxla, yalavac saxla, yaxşı saxla.
- Ac tоxun üzünə baxmaqla dоymaz.
- Ac toyuq özünü taxıl bazarında görər.
- Ac toyuq yuxusunda darı görər.
- Ac tоyuğun yumurtası tərs düşər.
- Ac yalavac qudurğan olar.
- Ac - yanından qaç!
- Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
- Aca nə halal, nə haram?!
- Aca ürək vermə, çörək ver.
- Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.
- Acan gedər, susuyan gələr.
- Acanda çobana yetiş, yorulanda sarbana.
- Acdan xeyir gəlməz.
- Acdan ummaq olmaz.
- Acgöz adam açıq gözdən kiprik qоpardır.
- Acgöz, yalançı toruna düşər.
- Aciz adam qоrxaq оlar.
- Acı ayran nəhrə dibində, qara kişmiş bəylər cibində.
- Acı bibəri qurd yeməz.
- Acı danışan şirin söz eşitməz.
- Acı dil yarası qılınc yarasından pis оlar.
- Acı dindirmə, toxu tərpətmə.
- Acı işlətmə, toxu təprətmə.
- Acı söz ürək bulandırar.
- Acı sözü bir batman bal ilə yemək оlmaz.
- Acıq gələr göz qızarar, Acıq gedər üz qızarar.
- Acıqla iş görən zərərin çəkər.
- Acıqlı başda ağıl olmaz.
- Acıqlı, başı neylər? Ağıllı, daşı neylər?
- Acıqlı dilənçinin torbası boş qalar.
- Acıqlı duran ziyanla oturar.
- Acıqlı qalxan ziyanlı oturar.
- Acıqnan dövlət yola getməz.
- Acıqnan itirərsən, səbirnən gətirərsən.
- Acığı gələn su içər.
- Acığı udanın ağzı bal dadar.
- Acığın əvvəli dəlilik, axırı peşmançılıq.
- Acığın gəlir çəpər çək, xоşun gəlir qəlyan çək.
- Acın andı and olmaz.
- Acın arzusu bir qarın çörəkdir.
- Acın gözü çörək təknəsində olar.
- Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
- Acın qarnı doyar, gözü doymaz.
- Acın qursağında çörək durmaz.
- Аcın nəyi vаr gicə vеrə.
- Acın zəhləsi sudan gedər.
- Acından dəyirmana baxır, kibirliyindən şahid almır.
- Acından günоrta durur, bığını yağ ilə burur.
- Acından ölüb cənnətə gedincə, tоxluqdan ölüb, cəhənnəmə get.
- Acını dadmayan şirini bilməz.
- Acla əcəli gələn birdir.
- Acla əcəli gələn söyləşər.
- Aclığı yoxsul çəkər.
- Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
- Aclıq adama oyun öyrədər.
- Aclıq ayıya darayı oxudar.
- Aclıq bir il gedər, minnət min il.
- Aclıq ilə tоxluğun arası bir parça çörəkdi.
- Aclıq nəyi yedirtməz? Toxluq nəyi dedirtməz?
- Aclıq sofiliyi pozar.
- Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
- Aclıqda darı çörəyi halvadan şirin olar.
- Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər.
- Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
- Aclıqla ölüm təklifsiz qonaq kimi qəfil gəlir.
- Acmısan soyuq su iç.
- Acmış eşşək qatırdan yeyin gedər.
Aç
- Açaram sandığı, tökərəm pambığı.
- Açıq ağız aç qalmaz.
- Açıq başa qoz dəyər, örtülməsə tez dəyər.
- Açıq qaba it dəyər.
- Açıq qapını döyməzlər.
- Açıq süfrə təklif istəməz.
- Açılmamış süfrənin bir eybi var, açılmışın min.
Ad - Af
- Abır olmayan yerdə çörək olmaz.
- Abrını itirən, şənliyini də itirər.
- Ad adamı bəzəməz, adam adı bəzəyər.
- Adam ac оlanda pendir-çörək də ləzizdir.
- Adam adama gərəkdir.
- Adam adama lazım olar.
- Adam adamdır, olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu.
- Adam adamdır, оlmasa da pulu, heyvan heyvandır, atlas оlsa da çulu.
- Adam adamı bir kərə aldadar.
- Adam adamın rəhmanı, adam adamın şeytanı.
- Adam adamın şeytanıdır.
- Adam adıyla tanınar.
- Adam ağzından söz, qazan altından köz.
- Adam aldadan həmişə başı aşağı olar.
- Adam aşını-işini bilməlidir.
- Adam gərək Ömərə də ağlasın, Əliyə də.
- Adam gözləməklə səbirli оlar.
- Adam hər düşməndən bir ağıl öyrənər.
- Adam işi böyüdər, iş adamı böyütməz.
- Adam qоcalanda ikinci dəfə uşaq оlur.
- Adam min acını udar bir şirinin xatirinə.
- Adam оdur, "Dur get"i "Buyur əyləş"dən tez başa düşsün.
- Adam odur ki, iqrarından dönməyə.
- Adam оğlu hiyləgərdir, kimsə bilməz fəndini.
- Adam olana bir söz yetər.
- Adam olmayan başqalarını adam saymaz.
- Adam öz tayını tapmasa, günü ah-vay ilə keçər.
- Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
- Adam özünü bir acıyanda gözlər, bir giciyəndə.
- Adam paxıl olmasa bağ çəpəri neynir.
- Adam paltar ilə tanınmaz.
- Adam pulu bir dоst üçün qazanar, bir də düşmən üçün.
- Adam pulu qazanar, pul adamı qazanmaz.
- Adam sözdən, uşaq gözdən.
- Adam sözünü adama deyər.
- Adam tоrbanı dibindən silkələməz.
- Adam var, dağı gəz, adam var, yağı gəz.
- Adam var, dağı gürznən dağıdar, adam var, söznən.
- Adam var, dayaz gəzər, adam var, dərin gəzər.
- Adam var, gödən dağıdır, qurdun adı bədnamdır.
- Adam var gözdən qızar, adam var sözdən qızar.
- Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı.
- Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
- Adam var ki, rəhmət aparar, adam var ki, lənət aparar.
- Adam var ki, yemək üçün yaşayır, adam var ki, yaşamaq üçün yeyir.
- Adam yanıla-yanıla öyrənir.
- Adama söykənmə – ölər, divara söykənmə – uçar.
- Adamı adam eyləyən paradı, parasız adamın yüzü qaradı.
- Adamı başdan, ağacı yaşdan.
- Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.
- Adamı dindir, sonra qiymətini ver.
- Adamı dinlə, heyvanı iplə.
- Adamı qılınc öldürməz, tənəli söz öldürər.
- Adamı söz, kababı köz yandırar.
- adamı sözündən tutarlar, heyvanı buynuzundan.
- Adamı tanıyan qurd yesin.
- Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
- Adamın axır günü gərək xoş olsun.
- Adamın ayağından çəkən çox olar.
- Adamın başına nə gəlsə dilindəndir.
- Adamın başına nə gəlsə özündəndir.
- Adamın bir özü, bir sözü.
- Adamın dəlisi daşa güc elər, öküzün dəlisi başa.
- Adamın dinməzindən yaramaz koxa tikdilər.
- Adamın dostu dar gündə bəlli olar.
- Adamın düşməni - öz dili.
- Adamın hüsnünə baxma, ağlına bax.
- Adamın malı gözünün qabağnda gərək.
- Adamın öz əli, öz kisəsi.
- Adamın öz yavan çörəyi, özgənin plovundan yaxşıdır.
- Adamın təknədə də çörəyi tək olmasın.
- Adamın ürəyindəkini bilmək olmaz.
- Adamın üzünə baxarlar, halın xəbər alarlar.
- Adamın yerə baxanı, suyun lal axanı.
- Adamlar içində nəsihət - məzəmmət deməkdir.
- Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan - yalanı.
- Adət qanun deyil, amma qanun qədər hökmü var.
- Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan.
- Adı gözəl olanın özü də gözəl olar.
- Adı it dəftərində də yoxdur.
- Adım mənim İsmətdir, hər nə versən qismətdir.
- Adımı güvəc qoy, amma ocaq üstə qoyma.
- Adımı sənə qoyum, səni yana-yana qoyum.
- Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı.
- Adın nədir? -Dərviş. - Pul ilə olur hər iş., pulun varsa giriş, pulun yoxdur sürüş.
- Adın nədir? - Nökər. -Niyə durmusan bekar? Aç qapını, ört qapını.
- Adın nədi – Rəşid, bir de, bir eşit. [2]
- Adını çək, qulağını bur.
- Adını mən verdim, yaşını tanrı versin.
- Adını mənə qoydu, məni yana-yana qoydu.
- Aftafa görməyən, lüləyən görəndə xornar.
- Aftafa görməyən, lüləyənə şıllaq atar.
Ah
- Ah-vayla çıxar kasıbın canı, ölənəcən deyər: - Allah kərimdir!
- Ahıl ilə daş daşı, cahil ilə bal yemə.
- Ahıl öküz cütə getməsə, uşaqlar acından qırılar.
- Ahıla gedən quyruq yeyər, cahıla gedən yumruq.
Ax
- Ax, mənim kisəm, minnətsiz yesəm.
- Axacaq qan damarda durmaz.
- Axan su yolunu tapar.
- Axar çaya getsə, qurudar.
- Axar su gedər, qalmaz.
- Axar su murdarlıq götürməz.
- Axar suya dayanma, hər deyilənə inanma.
- Axçalı (pullu) adamdan dağlar da qorxar.
- Axır-axır, çıxar paxır.
- Axırkı peşmanlıq fayda verməz.
- Axmaq adam oğurluq keçi ilə gəzməyə çıxar.
- Axmaq adam özünə düşməndir, özgəyə necə dost olar?!
- Axmaq axmağı tapar.
- Axmaq baş bəlalı olar.
- Axmaq başın səfasını ayaqlar çəkər.
- Axmaq da sükut edəndə ağıllı görünər.
- Axmaq it aya hürər.
- Axsaq at yüyrək ,olar.
- Axsaq eşşəyin kor nalbəndi olar.
- Axsaq qoyuna nə dağ, nə aran?
- Axşam axıra, sabah naxıra.
- Axşam oduna gedən çox olar.
- Axşam səbri xeyir olar.
- Axşamın xeyrindən, səhərin (gündüzün) şəri yaxşıdır.
- Axşamın xeyrindənsə, sabahın şəri.
- Axşamın işini sabaha qoyma.
- Axşamın sirrini dan bilər.
- Axtaxana böyüdü, dağda dana böyüdü, sən niyə böyümədin?!
- Axtaran tapar, yoğuran yapar.
- Axtarmaqla deyil, rast gəlməklədir.
- Axund özü elər, özgəyə öyüd verər.
Ağ
- Ağ ağca qara gün üçündür.
- Ağ almanı soyarlar, ağ boşqaba qoyarlar,
Çağrılmamış qonağı, qaş qabaqla qovarlar. - Ağ at arpa yeməz?
- Ağ atla cahil ağaya qulluq eləmə.
- Ağ ayranı itə tökərlər, qara kişmişi cibə.
- Ağ ciyər olma, ər ol, ər!
- Ağ divara hansı rəng çəksən tutar.
- Ağ dolağım sağ olsun, tapılmayan qız olsun.
- Ağ evi görəndə qara evi yaddan çıxartma.
- Ağ evi görüb, qara evi yandırmazlar.
- Ağ gün adamı ağardar, qara gün qaraldar.
- Ağ gün ağardır, qara gün qaraldır.
- Ağ gün hara gedirsən? Ağarmağa. Qara gün hara gedirsən? Qaralmağa.
- Ağ gün qara günü yaddan çıxardar.
- Ağ gün üz ağardar.
- Ağ itin həllaca zərəri var.
- Ağ itin pambıq satana zərəri var.
- Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
- Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
- Ağ qoyunu görənlər içi dolu yağ sanar.
- Ağ qoyunun qara quzusu da olar.
- Ağ libas tez çirklənər.
- Ağ otdan - balta sapı, biri sındı - birini tax.
- Ağ parçaya ləkə tez düşər.
- Ağ pulu qara gün üçün yığarlar.
- Ağ şəkər, qara şəkər, bir damarı suya çəkər.
- Ağ üzdə qara xal zinətdir, qara üzdə ağ xal - nibət.
- Ağ üzüm, qara üzüm, başını dibindən üzüm.
- Ağa ağ deyiblər, qaraya qara.
- Ağa-ağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
- Ağa buyurur sür dərəyə, sür dərəyə.
- Ağa da özüdür, ağacan da.
- Ağa dedi yatma,tənbəl dedi:Yaxşı,ondA];a dincəlim.
- Ağa dediyin nədir, bəyənmədiyin nədir?
- Ağa deyir "sür dərəyə", sür dərəyə.
- Ağa gətirər navala, xanım tökər çuvala.
- Ağ göyərçin qara qarğaya qismət olub.
- Ağa ilə bostan əkənin tağı çiynində bitər.
- Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
- Ağa nə bilir oraq nədir?
- Ağa Nəzərəm, belə gəzərəm, bir yumruğa qırxın əzərəm.
- Ağac acı, can şirin.
- Ağac bar verdikcə başını aşağı əyər.
- Ağac başında qora, bilmədim düşdüm tora.
- Ağac böyüdükcə suyu çox aparar.
- Ağac dibindən su içər.
- Ağac əkənə rəhmət oxunar.
- Ağac əkənin ömrü uzun olar.
- Ağac əyildi-sındı, igid əyildi-öldü.
- Ağac gətirənin əvvəl özünü döyərlər.
- Ağac kökü üstə bitər.
- Ağac kökündən su içər.
- Ağac kölgəsiz olmaz, insan sevgisiz.
- Ağac körpə olanda qara yeldən qoruyarlar.
- Ağac meyvəni dəyənə qədər böyüdər.
- Ağac nazikliyindən sınsa da, adam yoğunluğundan sınar.
- Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər.
- Ağac olan yerdə budaq sınar.
- Ağac öz kökü üstə bitər.
- Ağac səmtinə yıxılar.
- Ağac sınanda baltalı da gələr, baltasız da.
- Ağac sınanda budaq nəyə gərəkdir?!
- Ağac yaş ikən əyilməsə, əyilməz.
- Ağac yeyən sıpa bir də xırmana girməz.
- Ağac yıxılan gün səs eylər.
- Ağac yıxılanda baltalı da gələr, baltasız da.
- Ağacı baltalayanda "sapı məndəndir" demiş.
- Ağacı çox olan kəndin məzarı az olar.
- Ağacı əlinə alarsan oğru və it özünü bildirər.
- Ağacı kəsərlər, öz səmtinə yıxılar.
- Ağacı qurd içindən yeyər.
- Ağacı meyvəsindən tanıyarlar.
- Ağacı yarpaqları bəzəyər.
- Ağacın iki başı var.
- Ağacın qurdu özündən olmasaydı, min yaşardı.
- Ağacın yumşağını qurd yeyər.
- Ağaclar başın tərpədəndə söyüd deyər: - mən də, mən də.
- Ağaclı kəndi sel basmaz.
- Ağalıq istəyənin verimi gərək, Ululuq istəyənin dözümü gərək.
- Ağalıq verimlədir, igidlik vurumla!
- Ağam bir xatun aldı, davanı satın aldı.
- Ağan eşşək də olsa, "hoş" demə.
- Ağanın malı çıxar, muzdurun canı.
- Ağası güclü olan qul asi olar.
- Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən ağlamağı.
- Ağaya söz anlatmaq - dağı yerindən qopartmaq.
- Ağçalı adamdan dağlar da qorxar.
- Ağı gördün, qaranı unutdun?!
- Ağı qaradan seçəndə gəl.
- Ağıl ağıldan üstün olar.
- Ağıl başda ikən evin avadan.
- Ağıl başın böyüklüyündə deyil.
- Ağıl bazarda satılmaz.
- Ağıl gücdən üstündür.
- Ağıl insana sərmayədir.
- Ağıl kişinin bəzəyidir.
- Ağıl var, kamal yox.
- Ağıl var - pul yox, pul var - ağıl yox.
- Ağıl yaşda deyil, başdadır.
- Ağıl yaşda olmaz, başda olar.
- Ağıla gələn başa gələr.
- Ağıla paxıllıq olmaz.
- Ağıldan yavandır, cibdən yağlı.
- Ağılın zənni, cahilin yəqinindən yaxşıdır.
- Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlını alıb.
- Ağıllı adam yüksəkdən danışmaz.
- Ağıllı ağıl eləyincə dəli vurdu keçdi.
- Ağıllı, araba ilə dövşan ovuna gedər.
- Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.
- Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər.
- Ağıllı baş bəlasız olar, doğru yol - qərəzsiz.
- Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
- Ağıllı bir dəfə aldanar.
- Ağıllı bizi tapmaz, dəli bacadan yağar.
- Ağıllı çırmanınca, dəli vurdu, çayı keçdi.
- Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
- Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.
- Ağıllı düşmən nadan dostdan yaxşıdır.
- Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.
- Ağıllı evlənincə, dəli bir oğul da doğurdu.
- Ağıllı evlənincə, dəlinin oğlu olar.
- Ağıllı ədəbi ədəbsizdən öyrənər.
- Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.
- Ağıllı fikir edincə, dəli Kürdən keçər.
- Ağıllı fikirləşincə dəli çayı keçdi.
- Ağıllı fikirləşincə, dəlinin bir oğlu oldu.
- Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
- Ağıllı işinə baxar, axmaq dişinə.
- Аğıllı kаmаl ахtаrаr, ахmаq vаr-dövlət.
- Ağıllı kasıba dəli deyərlər, dövlətli dəliyə "bəli" deyərlər.
- Ağıllı kişi qışın qeydinə yayda qalar.
- Ağıllı kişini falçılar sevməz.
- Ağıllı qəm yeyər, ağılsız qamçı.
- Ağıllı qonşun yoxdursa, kitabla söhbət et.
- Ağıllı neylər malı, ağılsız neylər malı?!
- Ağıllı olan bir dəfə aldanar.
- Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
- Ağıllı uşaq özünü bələkdə göstərər.
- Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
- Ağıllınız Xıdır ağa, barmağın saldı bardağa.
- Ağıllınız kimdir? Qabaqdakı zəncirli.
- Ağıllısı hansıdır, qabaqda gedən dəli.
- Ağıllıya işarə, dəliyə kötək.
- Ağıllıya qırx gün dəli desən, dəli olar.
- Ağıllıyla çəkişmək cahillə halva yeməkdən yaxşıdır.
- Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir.
- Ağılsız baş əlindən səfil ayaq nələr çəkər...[3]
- Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
- Ağılsız dostun olunca, ağıllı düşmənin olsun.
- Ağın adı var, qaranın dadı.
- Ağır ayaq baş əyər.
- Ağır basmayınca yüngül qalxmaz.
- Ağır daş batman gələr.
- Ağır gəldi, yüngül qalxar.
- Ağır günün daşı ağır olar.
- Ağır qazan geç qaynar.
- Ağır otur, "ağa" desinlər.
- Ağır otur, batman gəl.
- Ağır tərpən, ağır dur.
- Ağır yükün zəhmini qatır bilər.
- Ağırı qoyub yüngülü götürmə.
- Ağırlıq - qızıl qala, yüngüllük - başa bəla.
- Ağırlığın yer götürər, ruzusun allah yetirər.
- Ağız açdı, gövhər saçdı.
- Ağız deyəni qulaq eşitmir.
- Ağız torba deyil ki, büzəsən.
- Ağız yandıran aşı qaşıq tanıyar.
- Ağız yeməsə, üz utanmaz.
- Ağıza gələn qazancdır.
- Ağızdan çıxan başa dəyər.
- Ağızdan çıxanı qaytarmaq olmaz.
- Ağızdan ağıza doğru xəbər yoxdur.
- Ağıznan plov bişməz, yağ ilə düyü gərək.
- Ağladan yanına get, güldürən yanına getmə.
- Ağladım bacarmadım, güldüm günümü keçirdim.
- Ağladırsa fələk, bir gün güldürər.
- Ağlama ölü üçün, ağla dəli üçün.
- Ağlamaqla gülmək bacı-qardaşdır.
- Ağlamaqla kişi qeyrətsiz olar.
- Ağlamayan uşağa məmə verməzlər.
- Ağlamayan uşağa süd verməzlər.
- Ağlamayana çörək verməzlər.
- Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
- Ağlayanda elə ağla ki, əzizi ölmüş kimi, güləndə elə gül ki, əzizi gəlmiş kimi.
- Ağlayanda imam üçün də ağla, yezid üçün də.
- Ağlayanın bir dərdi var, gülənin beş.
- Ağlı olan, qışın qeydinə yayda qalar.
- Ağlını eşşək ağlına verərsən, çəkər arpa zəmisinə.
- Ağrılarda göz ağrısı, hər kişinin öz ağrısı.
- Ağrımayan baş yastıq istəməz.
- Ağrımayan başa dəsmal bağlamazlar.
- Ağrısız başa saqqız yapışdırma.
- Ağrımayan başma dəsmal bağlama.
- Ağsaqqal sözünü axıra saxlar.
- Ağzı aşa yetişəndə başı daşa yetişər.
- Ağzı bağlı qaba milçək düşməz.
- Ağzı əyrini boynunun ardından tanıyarlar.
- Ağzı ilə quş tutur.
- Ağzım nə yeyib ki, üzün nə utana?
- Ağzım yandı, barı aşım aş olaydı!.
- Ağzım yaradır, sulaya bilmərəm.
- Ağzıma aş, qarnıma - daş.
- Ağzımı bir aş yandırsın ki, aş ola, başımı bir daş yarsın ki, daş ola.
- Ağzın açdı, gözün yumdu.
- Ağzına bax tikə kəs.
- Ağzına söz atıblar.
- Ağzına su alıb.
- Ağzına şirə sürtüblər.
- Ağzında diş qalmayıb.
- Ağzından dürr tökülür.
- Ağzından qan iyi gəlir.
- Ağzından sifdə çıxardanda gümüş çıxart, amma heç dinməsən qızıldı.
- Ağzından söz qapıblar.
- Ağzından süd iyi gəlir.
- Ağzını açdı, gövhər saçdı.
- Ağzını xeyirliyə aç!
- Ağzını qoyub allah yoluna.
- Ağzını tutsan, burnu dillənər.
- Ağzının xörəyi deyil.
- Ağzının qaytanı yoxdur.
Al
- Al almaya daş atan çox olar.
- Al qapıda, sat qapıda.
- Al ver deyiblər, al vermə deməyiblər.
- Ala it çaqqalın dayısıdır.
- Ala it gedər, qara it gələr.
- Ala itdən (köpəkdən) məşhurdur.
- Ala itin balası qara olar, yanılsa boynu ala olar, hürəndə anası kimi olar.
- Ala qarğa olmağı bəs deyil, həkimlik də eləyir.
- Ala qarğa şux tərlanı bəyənməz.
- Ala qayada bostan uru olubdur.
- Alacağı bir piltədir, pambığın batmanını soruşur.
- Alacağın olsun, ala qarğada olsun.
- Alan aldanmaz, satan allanar.
- Alça mənim, gilas mənim, tut mənim, gavalıda da gözüm var.
- Alçaq ata hamı minər.
- Alçaq dağa qar yağmaz?!
- Alçaq yer igidi xor göstərər.
- Alçaq yerdə təpəcik özün dağ sanar.
- Alçaq uçan ucaya qonar, uca uçan alçaq qonar.
- Alçaqda yatma-sel aparar, ucada yatma - yel aparar.
- Aldığı bir iynədir, dəmirin batmanını yoxlayır.
- Aldım qoz, satdım qoz, mənə qaldı çaqqaçuq.
- Aləm aləmlədir, keçəl qız da xalamla.
- Aləmə it hürər, bizə çaqqal.
- Aləmə it hürər, bizə Mazandaran çaqqalı.
- Aləmə oğruyam, sənə ki doğruyam.
- Alət işlər, əl öyünər, qılınc işlər, qol öyünər.
- Alim olmaq asandır, adam olmaq çətin.
- Alimin bir günü, cahilin min ili.
- Alıcı quş dimdiyindən bilinər.
- Аlın təri ucаldаr əri.
- Allah adama ya ağıl verər, ya dövlət.
- Allah bir qapını bağlayanda, bir qapını açar.
- Allah bir, söz bir.
- Allah bir yandan bağlasa, bir yandan açar.
- Allah böyüklərin xasiyyətini kəssin.
- Allah bu əli o biri ələ möhtac eləməsin.
- Allah bu gözü o gözə möhtac eləməsin.
- Allah buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymaz.
- Allah dağına baxar, qar yağdırar.
- Allah demiş: səndən hərəkət, məndən bərəkət.
- "Allah" deyən namurad qalmaz.
- Allah dərdi çəkənə verir.
- Allah dəvəyə qanad versəydi, dam-divarı yıxardı.
- Allah eşşəyə buynuz versə idi, dünyanı dağıdardı (versə, vırar ölkəni dağıdar).
- Allah əsilsizə düşürtməsin.
- Allah əyməyəni bəndə əyə bilməz.
- Allah haqqı nahaqqa verməz.
- Allah heç kimi arxasız eyləməsin.
- Allah ilanın əməlini bilib ayağını qarnında yaradıb.
- Allah insanın ömründən kəsib baxtına calasın.
- Allah istəyən danaya qurd dəyməz.
- Allah kasıbdan kəsər, varlıya verər.
- Allah kərimdi, quyusu dərindi.
- Allah qarğa deyil ki, göz oya.
- Allah qonağının öz qisməti var.
- Allah min dərd verib, min bir dərman.
- Allah möminə hər şeyi bağışlar.
- Allah ona qoturluq versin, dırnağ verməsin.
- Allah ona verdiyi canı ala bilməyir.
- Allah sağ əli sol ələ möhtac eləməsin.
- Allah sağ gözü sol gözə möhtac eyləməsin.
- Allah saxlayanı qurd yeməz.
- Allah tənbəl kimsəni sevməz.
- Allah tənbəli sevməz.
- Allah yolunda yox, şeytan yolunda çox.
- Allah var, rəhmi də var.
- Allah verə, bazar ola.
- Allah verəndə bacadan da tökər.
- Allah verəndə yox yerdən də verər.
- Allah verəndə peyğəmbər də üstünə bir çəngə atar.
- Allah verməyəndə, bəndə neyləsin?
- Allah verməyənə peyğəmbər neyləsin?!
- Allah verməz qara quluna, o da qalar vuruna-vuruna.
- Allah vuran ağacın səsi çıxmaz.
- Allaha inanmayana bəndələr də inanmaz.
- Allahdan buyruq, ağzıma quyruq.
- Allahdan gizlin deyil, bəndədən nə gizlin.
- Allahdan qorxmaz, bəndədən utanmaz.
- Allahdan nə gəlsə xoşdur.
- Allahı çağıran məhrum qalmaz.
- Allahın bədnəzərdən xəbəri yoxdur.
- Allahsız yerdə otur, böyüksüz yerdə oturma.
- Alma ağacından alma düşər, armud ağacından - armud.
- Alma arvadın dulunu, dalınca gələr qulunu.
- Alma öz ağacından uzaq düşməz.
- Almadığın heyvanın quyruğundan yapışma.
- Almaq aldanmaqdı, vermək hünərdi.
- Almanı göyə at, yerə gəlincə, ya nəsib!
- Almanı soy ye, armudu say ye.
- Almazı palçığa atsalar, yenə almazdır.
- Alt daşı ağır olar.
- Alt dəyirman güclü olar.
- Altın həsir, üstün həsir, yat, yetim, tərləyəsən.
- Altmışda zurna öğrənən qəbrində çalar.
- Altun əli bıçaq kəsməz.
- Altunu od sınar, əri altun.
Am - An
- Aman deyənin boynun vurar.
- Aman istəyənə əl qaldırmazlar.
- Ana ağaca çıxanda, qızı budaq-budaq gəzər.
- Ana, bala ucundan canını oda yaxar.
- Ana kimi yar olmaz, Vətən kimi diyar.
- Ana səbri böyükdür.
- Ana ürəyi – dağ çiçəyi.
- Anadan əmdiyim süd burnumdan gəldi.
- Anadan əziz yenə anadır.
- Anadan yaxşı yavər olmaz.
- Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər.
- Analı qızın işi görünər, anasız qızın dişi.
- Analı quzu, xınalı quz.
- Ananın ərköyün oğlu hambal olar.
- Ananın səbri tükənməz olur.
- Anası gəzən ağacları balası budaq-budaq gəzər.
- Anasına bax qızını al, qırağına bax bezini al.
- Anasından ayrı düşən quzunu qurd yeyər.
- Anasızın gördüyü iş danlaqsız bitməz.
- Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
- Anlayana bir bəsdir, anlamayana min azdır.
- Anlayana da qul olaram, anlamaza da, dad yarımçıq əlindən.
- Anlayana qul ol, anlamayana ağa olma.
- Anlayanın quluyam, anlamayanın ağası.
- Anlayanla daş daşı, anlamazla bal yemə.
- Anlamaz eşşəkdən də (heyvannan da) pisdir.
Ap - Ar
- Aparanda el aparar, yel aparar, sel aparar.
- Ara sözü ev yıxar.
- Araba cırıldamaqdan, ban cırıldayır.
- Araba qoş, çarxa dur, mərd igidə arxa dur.
- Araq adamı ardan da qoyar, yardan da.
- Araz! Altını da bilirəm, üstünü də.
- Arxalı köpək qurd basar.
- Arif olan buluddan da nəm çəkər.
- Arifə bir işarə.
- Arifə bir işarə, qanmaza min toppuz
- Arifə işarə, kötüyə balta.
- Arifə işarət, cahilə daş at.
- Arı yeyib, namusu atıb dalına.
- Arı yuvasına çöp uzatmazlar.
- Arıq hara, qoruq hara.
- Arığa batman da yükdür.
- Artıq tamah baş yarar.
- Arpa əkən buğda biçməz.
- Аrpа olsun, büğdа olsun - təhnə dolu olsun.
- Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?!
- Arpa verilməyən at qamçı gücü ilə yeriməz.
- Arpa yemiş at mənzil kəsər.
- Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı.
- Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.
- Arsız kişidən arsız arvad yaxşıdır.
- Arsız nədən arlanar?!
- Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş.
- Arşın gətir, bez apar, çuval gətir, qоz apar.
- Arşın olmayan yerdə çərək də ölçüdür.
- Artıq aş - ya qarın ağrıdar, ya baş.
- Artıq mal - gözmü çıxarır?!
- Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
- Artıq tikə baş yarar.
- Arvad evinə girənin qapısı alçaq olar.
- Arvad iki olanda ev süpürülməmiş qalar.
- Arvad ilə at igidin baxtına.
- Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da.
- Arvad malı başa toxmaq kimi dəyər.
- Arvad tutan yolun axırı yoxuşa qalxar.
- Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
- Arvad var ev yığar, arvad var ev yıxar.
- Arvadı ahıl gözüylə, atı - cahil gözüylə.
- Arvadı bəd olanın saqqalı tez ağarar.
- Arvadı əri saxlar, pendiri dəri.
- Arvadın axır hiyləsi ağlamaqdır.
- Arvadın biri - əla, ikisi - bəla.
- Arvadın deyingəni kişini tez qocaldar.
- Arvadın isməti, ərin izzəti.
- Arvadsız ev, susuz dəyirman.
- Arzu niyyətdən doğar.
As
- Asılsan da, uca budaqdan asıl.
- Aslan ağzından şikar alınmaz.
- Aslan qocalanda başına çaqqallar toplaşar.
- Aslan qocalanda siçan yuvasını gözləyər.
- Aslan tülkü kölgəsində yatmaz.
- Aslan yatağında tülkülər yatır.
- Aslan yatışından da bəllidir.
- Aslanın nə erkəyi, nə dişisi.
- Asta gedən yorulmaz.
- Asta vur, Rasta vur.
Aş
- Аş vеrmişəm аşımı vеr, yаş vеrmişəm yаşımı vеr.
- Aşiqə Bağdad uzaq deyil. [4]
At
- At almağa cahıl gedər, qız almağa ahıl.
- At almamış axur çəkmə.
- at almamış nalını alır.
- At ayağı külək olar, ozan dili yüyrək.
- At bəslənirkən, qız istənirkən.
- At igidin yoldaşıdır, silah onun qardaşı.
- At izi it izinə qarışmaz.
- At minəndə vərəm olmaz.
- At oğurlanandan sonra axur nəyə gərək.
- At olmasa, nal nəyə gərək?
- At olmasa, nə meydan.
- At olmayan yerdə eşşək də atdır.
- At ölər nalı qalar, İgid ölər namı qalar.
- At ölüb, itlərin bayramıdır.
- Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
- Ata-ana sözünə baxmayan xoş gün görməz.
- Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
- Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
- Ata-anamı itirdim, özümü yara yetirdim.
- Ata-ananın canı övlada bağlı olar.
- Ata malına göz dikən ac olar.
- Ata olmasan, ata qədri bilməzsən.
- Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
- Ata palan, eşşəyə yəhər yaramaz.
- Atam gündəni sayır, anam gündədən kəsir.
- Atan alim idi, sənə nə, özündən danış!
- Atan ilə atamı demə, özün ilə özümü de!
- Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
- Atası turşu yemiş, balasının dişi qamaşmış.
- Atasından nə xeyir gördük ki, balasından nə xeyir görək.
- Atasını tanımayan Allahını da tanımaz.
- Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
- Ataya oğul, anaya qul.
- Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
- Atı qamçı aparmaz, arpa aparar.
- Atılan ox geri qayıtmaz.
Av - Ay
- Avamların azarı, mollaların bazarı.
- Avara adam kordur.
- Avara qonaq ev sahibini də avara qoyar.
- Avazın yaxşı gəlir, oxuduğun Quran olsa?
- Ay aydın, onun da üzündə ləkə var.
- Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var.
- Ay həmişə bulud altında qalmaz.
- Ay işığını gündən alır.
- Ay qaynana,elə bil, gəlin olmamısan?!
- Ay qonaq, olaydı yağ, bişirəydim qayğanaq, vay tava dərdi!
- Ay müştəri, müştəri, qızıldandır dişləri!
- Ay - ulduz göyə yaraşar.
- Ay var, gün var, tələsməyə nə var?!
- Ay var - ili gözlər, il var - ayı gözlər.
- Ay zamana, zamana, oxu qoydun kamana, eşşəklər arpa yeyir, at həsrətdir samana.
- Aya deyər: - Sən cıxma, mən çıxım! Günə deyər: - Sən çıxma, mən çıxım!
- Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır.
- Ayaq dəyməyən daş olmaz, bəla görməyən baş.
- Ayaq girməyən yerə baş girməz.
- Ayaq üstə ölmək diz üstə yaaşamaqdan yaxşıdır.
- Ayaq yalın, qanqal qalın.
- Ayaqqabı dar olanda dünya başa zindan olar.
- Ayağı ilə gələnə ölüm olmaz.
- Ayağı nərdivana bir-bir qoyarlar. [5]
- Ayağına daş toxunsa, məndən bilər.
- Ayağını isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin!
- Ayağını yorğanına görə uzat.
- Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
- Aydan arı- sudan duru.
- Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
- Aydınlıqda yaşayan çox yaşayar.
- Ayı ilə meymun - bir-birinə uyğun.
- Ayı kim gördü? - Kor Mahmud.
- Ayı qandı, abid qanmadı.
- Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
Az
- Az-az ye, həmişə ye.
- Az bilmək istəmirsənsə, çox oxu.
- Az danışmaq ədəbdəndir.
- Az düşünən çox danışar.
- Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq.
- Az оlsun, nəqd оlsun.
- Az olsun, üz olsun.
- Az olsun, saz olsun.
- Az olsun, yaxşı olsun.
- Az ye, öz çörəyini ye.
- Az yeyən mələkdi, çоx yeyən hələkdi.
- Az yeyənin azarı da az olar.
- Az yeyər – arıqlar, çоx yeyər – zarıldar.
- Az yeyərəm – görmərəm həkimi, düz dоlannam – görmərəm hakimi.
- Az yeyir küsür, çox yeyir qusur.
- Aza dedilər:-hara gedirsən? Dedi:-Çоxun yanına.
- Aza qane оl, çоxu Allahdan istə.
- Aza qane оlmayan çоxa yetişməz.
- Azacıq aşım, ağrımaz başım.
- Azana yоl göstərsən, sənə yön öyrədər.
- Azançı çəkər sоyuğu, mоlla yeyər tоyuğu.
- Azar batman-batman gələr.
- Azar batman-batman gələr, misqal-misqal çıxar.
- Azar da kasıbı tapar.
- Azar tənbəllikdən bezardır.
- Azarladım – ölmədim, üzüldüm–öldüm.
- Azarlı arvadı əri istəməz.
- Azarlı tələsər, armud vaxtında yetişər.
- Azarlı yanında armud yemə.
- Azarlıq olsun, bezarlıq olmasın.
- Azarlının qоrxusu ölənəcəndir.
- Az-az ye, həmişə ye.
- Azdan az qırılar, çoxdan çox.
- Azdan az оlar, çоxdan çоx.
- Azdan az verərlər, çoxdan çox.
- Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.
- Azı bilməyən, çoxu һeç bilməz.
- Azın qədrini bilməyən, çoxun da qədrini bilməz.
- Aznan çоxun оyunu оlmaz.
İstinadlar
- ↑ Rzayev X. Atalar sözü. 2 cilddə, I c, Bakı:Nurlan, 2004, s.21
- ↑ Atalar sözü. Azərbaycan fоlklоrunun ilkin nəşrləri sеriyası. Tərtib еdəni: Məmmədvəli Qəmərli. Bakı - “Səda” - 2003;
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.15
- ↑ Atalar sözü:/ H. Qasımzadənin redaktəsi ilə. Bakı: Yazıçı, 1982, s, 64.
- ↑ Marağayi Abbasqulu. Əmsali–Türkanə (Atalar sözləri və xalq məsəlləri). Bakı –“Yazıçı” - 1992