Məzmuna keç

Azərbaycan atalar sözləri/Q

K Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
L
Sister Projects. Həmçinin baxın: Haqqında •


  • Qabağa keçirsən, deyirlər bicdir, dala qalırsan, deyirlər gicdir.
  • Qabağım qovurğa qovurur, dalım saman sovurur.
  • Qabağına baxmayanın ayağına daş dəyər.
  • Qabil şagird ustad olar ustada.
  • Qaçağı el saxlar.
  • Qaçan da Allahı çağırır, qovan da.
  • Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
  • Qaçırılan fürsət bir də düşməz ələ.
  • Qaçmaq da hünərdəndir.
  • Qaçmaq da hünərdir, qovmaq da.
  • Qadın bənnadır, kişi fəhlə.
  • Qafil başın ağrısını beyin bilər.
  • Qafil quşun ovçusu çox olar.
  • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • Qala içəridən alınar.
  • Qalan işə qar yağar.
  • Qamış bizim eldə bitər, sümsüyünü ləzgi çalar.
  • Qamış ola, çamış ola, görməmiş ola...
  • Qan eylə qanun ilə.
  • Qan yol verməz.
  • Qanacaqlı həm qanar, həm qandırar.
  • Qanadı quşdan kirə istəməz.
  • Qanan ilə daş daşı, qanmaz ilə yemə aşı.
  • Qanan kim, qandıran kim?
  • Qanana bir söz yetər, qanmayana yüz oxu.
  • Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
  • Qanı qan ilə yumayıblar.
  • Qanı su ilə yuyarlar.
  • Qanlıdan qada əskik olmaz.
  • Qanlını qan tutar.
  • Qanmaza hörmət edərsən, deyər:-Məndən qorxur.
  • Qanmaza qoşulanı qanmaz çağırarlar.
  • Qanmaza yumruğunu əvvəl düyünlə, sonra söz qandır.
  • Qanun zora tabedir
  • Qapan it dişin göstərməz.
  • Qapıdan qovursan, bacadan gəlir.
  • Qapılan qapanın, tapılan tapanındır.
  • Qar dağa çıxar dadlanar.
  • Qar gedəndən sonra qaranın üstü açılar.
  • Qar ili - var ili
  • Qar yağmağıynan qarğa ağarmaz.
  • Qara gün adamı tez qocaldar.
  • Qarlı qış barlı olar.
  • Qara dolaşaya qırmızı papuş yaraşmaz.
  • Qara eşşək, ağ palan?!
  • Qara eşşəyin başına yüyən vuranda qatır olmaz.
  • Qara günün ömrü az olar.
  • Qara xəbər tez yayılar.
  • Qara qız bəzənincə toy əldən gedər.
  • Qara qız gəlin oldu, ürəyi sərin oldu.
  • Qara qız gəlməsəydi, külbəni kim odlardı.
  • Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz.
  • Qara qızın baxtı olsaydı, anadan ağ doğulardı.
  • Qara qul özünü öldürdü ki, ağasına zərəri olsun.
  • Qara qula şahlıq versən, əvvəl nənəsinin əmcəyini kəsər.
  • Qara məni basınca mən qaranı basım.
  • Qarabaxt dağlara çıxanda dağları duman alar.
  • Qaraca üzüm var, doğruca sözüm.
  • Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
  • Qaraçı qaraçıya öpüş verməz.
  • Qaraçının koyxası qaraçı olar.
  • Qaradan artıq boya olmaz.
  • Qaraquş sümüyü ölçər udar.
  • Qaraquşa xeyir öz dimdiyindən toxunar.
  • Qaranlıqda halva yeyənin sirrini Xuda bilir.
  • Qardaş qardaşı bıçaqlar, dönüb yenə qucaqlar.
  • Qardaş qardaşın yoxluğun istər, ölümün istəməz.
  • Qardaş yaman gündə arxadır.
  • Qardaş olaq, tən (yarı) bölək.
  • Qardaşım xandır, xatunu sevinsin.
  • Qardaşın necə adamdır? Yoldaş olmamışam.
  • Qarğa çəmdək üstə yığılar!
  • Qarğa döşün çəkməklə qaz olmaz.
  • Qarğa gəldi kəklik yerişi yeriyə, öz yerişin də itirdi.
  • Qarğa ilə dost olanın yediyi peyin olar.
  • Qarğa, qarğa məndə qoz var!
  • Qarğa qarğanın gözünü çıxartmaz.
  • Qarğa qarğaya deyər üzün qaradır.
  • Qarğa nədir qaşığı nə ola, birə nədir büzüyü nə ola?!
  • Qarğa özü nədir ki, qarıltısı da nə ola?
  • Qarğa özün quş bilir, xaşıl özünü aş.
  • Qarğadan gözəl quş istədilər, balasını göstərdi.
  • Qarğalar mənim toyuğumdu, yumurtasın görmərəm.
  • Qarğanı yüz il bəslə, yenə tərlan olmaz.
  • Qarğıdalı unu it qudurdar.
  • Qarğış tökən alqış görməz.
  • Qarğışlı baş çox yaşayar.
  • Qarı dizinə döyməklə dəvə pambıqdan çıxmaz.
  • Qarı düşmən dost olmaz, əyridi bir damarı.
  • Qarı var - arpa unundan aş elər, qarı var - buğda unun daş elər.
  • Qarın başa bəladır.
  • Qarın başdan aşağıdır - deyiblər.
  • Qarın doyuran aşı göz tanır.
  • Qarın qardaşdan irəlidir.
  • Qarın səndən aşağıdır.
  • Qarınlar doyandan sonra yetimlər yada düşər.
  • Qarnı tox olan qayğısız olar.
  • Qarnım doyandan sonra bal da olsa yemərəm.
  • Qarnım üçün deyil, qədrim üçündür.
  • Qarnımdaykən qanımı yeyər, çölə çıxar canımı.
  • Qarnın doymayan yerdə aclığını bildirmə.
  • Qarışqadan ibrət al; yaz ikən qışı düşün.
  • Qarışqanın il yığıntısını baqqal bir dəfəyə tərəziyə qoyar.
  • Qarışqanın ölümü yetəndə qanad gətirər.
  • Qarpız doyumluq üçün deyil, sərinlik üçündür.
  • Qarpız kəsməklə ürək böyüməz.
  • Qarpız qarın doyurmaz.
  • Qarpız-qovun yata-yata böyüyər.
  • Qarpız yediyi bəs deyil, hələ tumunu da çırtlayır.
  • Qart köpək yedəyə gəlməz.
  • Qaş düzəldən yerdə vurdu gözün də çıxartdı.
  • Qaş-daşı sərraf tanır, nə bilər hər divanə.
  • Qaşıq çömçədən irəli olub.
  • Qaşıqla aş verib sapıyla göz çıxarma.
  • Qaşına baxma, gözünə bax, ağzındakı sözünə bax.
  • Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır.
  • Qaşqası böyük olanın sözü çox danışılar.
  • Qatıq süzülü - şoru qalar, ayran süzülü - nəyi qalar?
  • Qatır atasını görməsəydi, özünü xanzadə bilərdi.
  • Qatır nə bilir xatır?
  • Qatırdan soruşdular: dədən kimdir? Dedi: nənəm atdır.
  • Qaydanı pozan peşiman olar.
  • Qayğı ilə borc ödənməz.
  • Qayış bilər kotan nə çəkir.
  • Qaynanamı bağda ilan vuraydı, qaynatama Məkkə qismət olaydı. [1]
  • Qayınananın gücü qızına çatar.
  • Qaynayan qazan qapaq tutmaz.
  • Qaz uçdu, qarğa qondu.
  • Qaz vur, qazan doldur.
  • Qazan daşanda çömçənin biri bir tümənə gedər.
  • Qazan deyər: dibim qızıldır, Çömçə deyər: bulanmışam çıxmışam.
  • Qazan qarası gedər, üz (namus) qarası getməz.
  • Qazan qazana deyər: üzün qara olsun!
  • Qazan olmayan yerdə güvəc də qazandır.
  • Qazan üstüörtülü qaynar.
  • Qazana nə qoysan çömçəyə o gələr.
  • Qazanan qazandığını yesə xan, bəy acından ölər.
  • Qazanc qudurdu, mayanı basdı.
  • Qazanclı yük yüngül olar.
  • Qazandığın darı olsun, çuvalın səbət?!
  • Qazanmayınca qazan qaynamaz.
  • Qazı ağadan alacağın olsun, nə verər, nə danar.
  • Qazı da bilir, quzu da.
  • Qazı evində girdəkan boldur, amma sayı var.
  • Qazıdan qardaş olmaz.
  • Qazının çörəyini qarışqa da yeməz.
  • Qazının yanına tək gedən şad qayıdar.

Qe - Qə

[redaktə]
  • Qeyrəti olan torpağı qızıla döndərər.
  • Qeyrəti olmayanın isməti də olmaz.
  • Qeyrətli kişi bəlaya düşər.
  • Qədirbilməzin başmağın cütləyəndə deyər: o yana dur, gözümü çıxartmışdın.
  • Qəlb ki var, şüşədir, sındırma, yamamaq olmaz.
  • Qəlb odur ki, qəlbindəkin deməyə...
  • Qəlbdən - qəlbə yol olu.
  • Qəlbi dolu olanın, dili uzun olar.
  • Qəlblər örtülü olar.
  • Qələbə birlikdədir.
  • Qələbə sevinc gətirər.
  • Qələm düşmən əlindədir.
  • Qələm əyri yonulsa da doğru yazar.
  • Qələm fikrin tərcümanıdır.
  • Qələm qılıncdan itidir.
  • Qələm sözdən kəskindir.
  • Qələm tutan əl dilənməz.
  • Qələm yazanı kağız udar.
  • Qələm yazanı qılınc poza bilməz.
  • Qələmə gətirən eşşəyin qabıq gəmirən qoduğu olar.
  • Qələmin ucu - qılıncın gücü.
  • Qələndər dərd əlindən dağa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb.
  • Qəlp mal yiyəsinə qayıdar.
  • Qəlp odur ki, qəlbindəkini deməyə.
  • Qəlyan çəkəni ilan vurmaz.
  • Qəlyanı çəkənə ver.
  • Qəm dağı yerindən qopardar.
  • Qəm hara gedirsən? Qəmin yanına.
  • Qəm insanı əridər.
  • Qəm qəmi çəkər, qum nəmi.
  • Qəm-qüssə adamı qocaldar, şadlıq cavanlaşdırar.
  • Qəm səni yeyər, sən qəmi yeyincə.
  • Qəmli ürək ölməsə də dirilməz.
  • Qənaət xəzinədir.
  • Qənaət tükənməz bir dövlətdir.
  • Qərib dərdin tək ağlar.
  • Qərib dostu olmayandır.
  • Qərib it hürəndə özünə hürər.
  • Qərib it hürəndə uzun hürər.
  • Qərib it quyruğu döşündə gəzər.
  • Qərib it yeddi məhəllədən qovular.
  • Qərib iti yad məhəllədən qovarlar.
  • Qərib itin quyruğu paçasının arasında olar.
  • Qərib quşa yuvanı Allah yetirər.
  • Qərib quşun yuvası olmaz.
  • Qərib quşun yuvasını Tanrı öz əliylə tikər.
  • Qəribə bir salam min tüməndən yaxşıdır.
  • Qəribi baxışından tanıyarlar.
  • Qəribi bu yerdə ağlamaq tutar.
  • Qəribi vurmuşlar, "Vay, vətən" demiş.
  • Qəribin boynu bükük olar.
  • Qəribin dostu olmaz.
  • Qəribin boynu uzun olar, dili qısa.
  • Qəribin kimsəsi yox, Allahı vardır.
  • Qəribin sözü gerçək olar.
  • Qəribin yaxşılığını gizlədib, pisini yayarlar.
  • Qəriblik ağıl artırar.
  • Qəriblik cənnət olsa, yenə Vətən yaxşıdır.
  • Qəriblikdə ölənin börkü nişanə gedər.
  • Qəşənglik vardan olur, olmasa hardan olur.
  • Qətrandan olmaz şəkər, olsa da cinsinə çəkər.
  • Qəza bəd gələndə quymaq da diş çıxardar.
  • Qəza ilə oyun olmaz.
  • Qəza işin işlər, bizə qalar təşvişlər.
  • Qəzadan qaçmaq olmaz.
  • Qəzadan riza gərək.
  • Qəzanın beş barmağı var, işini işlədəndə ikisini adamın gözlərinə soxar, ikisini qulaqlarına, birisini də ağzına, adam nə görər, nə eşidər, nə də danışa bilər.
  • Qəzanın işini bilmək olmaz.
  • Qəzəbin cana ziyanı var.

Qi - Qı

[redaktə]
  • Qiblə pakdı.
  • Qisas qiyamətə qalmaz.
  • Qismət də var, hümmət də var.
  • Qismət göydən zənbillə enməz.
  • Qismət olan qaşığa çıxar.
  • Qismətdə olan gəlir.
  • Qismət olsa gələr Yəməndən, qismət olmasa çıxar dəhəndən.
  • Qismətdən artıq yemək olmaz.
  • Qismətdən qaçmaq olmaz.
  • Qiyamət günü mənim əlim olsun, sənin yaxan.
  • Qiyamət o gün qopar, biri yeyər, biri baxar.
  • Qiyamətdə haqqın əli olsun, batilin yaxası.
  • Qiymətdə əvvəl qonşunu soruşarlar.
  • Qiymətdən düşmək istəmirsənsə, heç kəsin qiymətdən düşməsinə çalışma.
  • Qiymətli yük yüngül olar.
  • Qıfıl oğru üçün deyil, doğru üçündür.
  • Qıldığın namaz hürkütdüyün qurbağaya dəyməz.
  • Qılıqlı quzu yeddi ana əmər, qılıqsız birindən də qalar.
  • Qılınc bağlayanındır, at - minənin.
  • Qılınc gücüylə müsəlman olub.
  • Qılnc həmin qılıncdır, qul həmin qul deyil.
  • Qılınc kəsməyəni çörək kəsər.
  • Qılınc qınında paslanmaz.
  • Qılınc öz qınını kəsməz.
  • Qılınc yarası gedər, kök salar dil yarası.
  • Qılınc yarası sağalar, sağalmaz dil yarası.
  • Qılıncdar qılıncdan da ölər.
  • Qılıncından qan damır.
  • Qılıncının dalı da kəsir, qabağı da.
  • Qılıncla oyun olmaz.
  • Qılncsız qırğına getdik.
  • Qıraqda qalan qotur olar.
  • Qırağına bax bezin al, nənəsinə bax qızın al.
  • Qırx arxın suyunu bir arxa calayır.
  • Qırx bacanağı bir it parçaladı.
  • Qırx beşə saxla saman, çəkmə aman.
  • Qırx dayəsi olan uşaq aciz olar.
  • Qırx gün toyuq olmaqdansa, bir gün xoruz olmaq yaxşıdır.
  • Qırx gün saqqal dəlisi, qırx gün daraq dəlisi, qırx gün yaraq dəlisi.
  • Qırx il yağış yağsa, mərmərə su keçməz.
  • Qırx ildə bir dəfə arvad sözünə baxarlar.
  • Qırx illik balığa üzmək öyrədir.
  • Qırx qarğaya bir sapand daşı.
  • Qırx yaş - cavanlığın qocası, əlli yaş - qocalığın cavanı.
  • Qırxında öyrənən gorunda çalar.
  • Qırqovul başını kola soxar, quyruğundan xəbəri olmaz.
  • Qırqovul başını soxar kola, deyər: - Heç kim məni görmədi.
  • Qırğı yerində qarğa oturub.
  • Qırğını qarğı ilə tutmazlar.
  • Qırmanı iynənin gözündən keçirir.
  • Qır-saqqız olub, yapışıb yaxama.
  • Qısıla-qısıla behiştə gedincə öyünə-öyünə cəhənnəmə gedəsən.
  • Qışın qarı, yayın barı.
  • Qız ağacı, qoz ağacı, hər keçən bir daş atar.
  • Qız alan alana kimi, qız verən ölənə kimi.
  • Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin.
  • Qız alanın ya bir çuval pulu gərək, ya da bir çuğal yalanı.
  • Qız anadan görməyincə öyüd almaz.
  • Qız anadan qorxmasa, öyüd almaz.
  • Qız anadan olanda gözünü açar, deyər: - Bu bizim ev deyil.
  • Qız anadan öyüd alar.
  • Qız anası elçi gözlər.
  • Qız aparanı yuxu tutmaz.
  • Qız aydınlıqdır.
  • Qız badamdır, balası - badam içi.
  • Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
  • Qız dediyin ağacda almadır, kim salar, o da aparar.
  • Qız deyər: - Qırxım çıxmayınca, məni atmasalar, daha atmazlar.
  • Qız evi, naz evi.
  • Qız evin qonağıdır, vaxt gələr, gedər.
  • Qız evində toydur, oğlan evinin xəbəri yox.
  • Qız evindən oğul bucağı yaxşıdır.
  • Qız evlərdə tanınar, ipək dəzgahda.
  • Qız ərə vermək bacılar işi deyil, hacılar işidir.
  • Qız əti haamar, oğlan əti damar.
  • Qız gedəridir, oğlan ürək başıdır.
  • Qız gələr gəlin olar, meh əsər sərin olar.
  • Qız gözəl gərək, oğlan - igid.
  • Qız güldür, oğlan - bülbül.
  • Qız idim, geydirdilər əbr-vəfa köynəyini, nişanlandım, geydirdilər zövqü-səfa köynəyini, gəlin oldum, geydirdilər cövrü-cəfa köynəyini.
  • Qız idim, soltan idim, ərə getdim kəniz oldum, tazıya çul oldum.
  • Qız ilə qızıl gizlin gərək.
  • Qız kəsilməmiş qarpıza bənzər.
  • Qız köçəri quşdur.
  • Qız qaldığca qızıla dönər.
  • Qız qapısı - şah qapısı, mini gələr, biri razı gedər.
  • Qız qarıyanda dayısınin boynuna düşər.
  • Qız qızanda tez soyuyar, vay ondan ki, dul qıza.
  • Qız qızıl alma, qızı gözdən salma.
  • Qız qızıldır, qədrini bilsin gərək.
  • Qız qundaqda, cehizi sandıqda.
  • Qız nəvəsi şirin olar.
  • Qız özgə çırağını yandırar.
  • Qız özgə əmanətidir.
  • Qız sevəndə tez sevər, vay o günə dul sevə.
  • Qız səsi qızıl səsi, kəfgir səsi.
  • Qız uşağı evin yaraşığıdır.
  • Qız ürəyi - çiçək ləçəyi.
  • Qız üz qızardar.
  • Qız var ki, qoz ağacına bənzər, hər gələn bir daş atar.
  • Qız yükü - duz yükü.
  • Qıza dedilər: - Gözəlsən! Dedi:- Hələ dayanın, əl-üzümü yuyum.
  • Qızdı - qızıldır, min tümən azdı.
  • Qızdır, qızıl parçası. Torpağa düşər parıldar.
  • Qızdır, qızıldır, oğlan nə çoxdur.
  • Qızdır, qızıldır. Yüz tümən azdır. Min tümən gətir, Bu qızı götür.
  • Qızı anası öyrədər.
  • Qızı ata mindirdilər. Dedi: - Ya nəsib!
  • Qızı otaqlıya yox, papaqlıya ver.
  • Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya.
  • Qızı özxoşuna qoysan, ya mütrübə gedər, ya da zurnaçıya.
  • Qızı saldın beşiyə, cehizi çək eşiyə.
  • Qızı vermisən, özünə oğul qazanmısan.
  • Qızıl açar, dəmir qapılar açar.
  • Qızıl arvadın, qılınc ərindir.
  • Qızıl atəşdə, insan zəhmətdə bəlli olar.
  • Qızıl əli bıçaq kəsməz.
  • Qızıl görəndə Qeysər də yoldan çıxar.
  • Qızıl Xızırı oynadar.
  • Qızıl inək qaraqabaq gəlinə süd verməz.
  • Qızıl qəfəsdən hər quşun tikdiyi yuva xoş.
  • Qızıl qızıl gətirər, xəzinə - xəzinə.
  • Qızıl palçıqda da parıldar.
  • Qızıl poladdan keçər.
  • Qızıl taxtım olunca, qızıl baxtım olsun.
  • Qızıldan çarıq geysən, yenə adı çarıqdır.
  • Qızıldan taxtın olunca bir quruca baxtın olsun.
  • Qızılquş əldə gəzər, gözəl qız - dildə.
  • Qızılquşun ayağında qumro olar.
  • Qızıllı əli bıçaq kəsməz.
  • Qızım sənə deyirəm, gəlinim, sən eşit.
  • Qızın döyməyən, dizin döyər.
  • Qızın isməti, atanın dövləti.
  • Qızını vermə dəəli dəvəçiyə, dəvəsi gedər, dəlisi qalar.
  • Qıznan qızıl gizli gərək.
  • Qoca at da arpa yeyər.
  • Qoca ayrı, qocaman ayrı.
  • Qoca evin sütunudur.
  • Qoca qurd yuvasından əl çəkməz.
  • Qoca öküzü oldürmək olar, öyrətmək olmaz!
  • Qoca tülkü hiyləbaz olar.
  • Qoca tülkü tora düşməz.
  • Qocadan demək, Cavandan əmək.
  • Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir.
  • Qocalıq soruşmaz - gələr.
  • Qocalıqda yorğalıq.
  • Qocanın biliyi, cavanın biləyi.
  • Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq yeyər.
  • Qocaya gülən özünə gülər.
  • Qocaya hörmət elə, sən də qocalacaqsan.
  • Qoç döyüşünə qoç dayanar.
  • Qoç igid qurddan çəkinməz.
  • Qoç igiddən qoç törər.
  • Qoçdan qoç törər.
  • Qoçun buynuzu qoça ağırlıq eləməz.
  • Qoduq böyüyər, çulu böyüməz.
  • Qoduq böyüyər eşşək olar.
  • Qoduq hürkəndə anasından qabağa düşər.
  • Qohum gəlməyə-gəlməyə yad olar, yad gələ-gələ qohum olar.
  • Qohumun kimdir? Yaxın qonşun.
  • Qol əti qolda gedər, bud əti budda gedər.
  • Qoldan tutan azdır, yaxadan tutan çox.
  • Qolun sınığı boyuna yükdür.
  • Qoltuğuna qarpız yerləşmir.
  • Qonaq bərəkət gətirər.
  • Qonaq bir gün olar.
  • Qonaq, çörək yeyirsən?
  • Qonaq dur altını süpürüm.
  • Qonaq evinə motal yüklü gələnbuğda yüklü gedər.
  • Qonaq əvvəl gələndə gül üstə oturar, sonra gələndə çul üstə, üçüncü dəfə gələndə kül üstə.
  • Qonaq güclü olsa, ev yiyəsin evdən qovar.
  • Qonaq qonağı istəməz, ev yiyəsi heç birin.
  • Qonaq qonağın hesabın könlündə saxlar.
  • Qonaq özgə evində səliqəli olar.
  • Qonaq sevənin süfrəsi boş olmaz.
  • Qonaq umduğun yeməz, olduğun yeyər.
  • Qonaqsan - xoş gəlmisən, niyə əliboş gəlmisən?
  • Qonağa "get" deməzlər, altından palazı çəkərlər.
  • Qonağa hörmət elərləe, əyərçi kafər ola.
  • Qonağa üz versən, taxta-boxçanı gəzər.
  • Qonağı evə qoyan yox, şahqatarın mıxdan asır.
  • Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır.
  • Qonağı xan olanın anbarında arpa qalmaz.
  • Qonağı qonşuya tanıdarsan, hər ikisindən olarsan.
  • Qonağın ağzına baxarlar, atına yem verərlər.
  • Qonağın könlündən keçən, ev yiyəsinin könlündən keçməz.
  • Qonağın ruzusu özündən qabaq gələr.
  • Qonağını əzizləyən itə də sümük atar.
  • Qonşu aşı dadlı olar.
  • Qonşu çırağı qonşuya işıq salmaz.
  • Qonşu iti qonşuya hürməz.
  • Qonşu, qonşu, gəl savaşaq.
  • Qonşu qonşu olsa, kor qız ərə gedər.
  • Qonşu qonşudan tez durmaq öyrənər.
  • Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar.
  • Qonşu qonşuya baxar, canını oda yaxar.
  • Qonşu qonşuynan boğuşdu, qaraçıya fürsət düşdü.
  • Qonşu muncuğun oğurlayan gorda taxar.
  • Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  • Qonşu payı dolu gələr, dolu gedər.
  • Qonşu payı qarın doyurmaz.
  • Qonşuda bişər, bizə də düşər.
  • Qonşuda qız sevənin ürəyində yağ olmaz.
  • Qonşum sağ olsun, ocağından od verməsin.
  • Qonşum şah, mən də şah.
  • Qonşun tox, sən də tox.
  • Qonşuna genəş, bildiyini əldən vermə.
  • Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan.
  • Qonşunun haqqı axirət haqqıdır.
  • Qonşunun quzusu qonşuya qoç gorünər.
  • Qonşunun şamından işıq düşməz.
  • Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
  • Qonşuya ümid olan şamsız qalar.
  • Qorx payızdan - qabağınca qış gəlir, Qorxma qışdan - qabağınca yaz gəlir.
  • Qorx Tanrıdan qorxmayandan.
  • Qorxaq gündə yüz yol ölər, igid ömürdə bir yol.
  • Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş.
  • Qorxaq nə zərər eylər, nə mənfəət.
  • Qorxaq öz kölgəsindən də qorxar.
  • Qorxan bəzirgan olmaz.
  • Qorxan gözə çöp düşər.
  • Qorxan öküz cütə getməz.
  • Qorxu adama yalan söylədər.
  • Qorxu başa bəladır.
  • Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.
  • Qorunan baş salamat olar.
  • Qoyma başın balışa, Ver özünü yarışa.
  • Qoyun olasan, ot yeməyəsən.
  • Qoyunu qurda tapşırma.
  • Qozbeli qəbir düzəldər.

Qu - Qü

[redaktə]
  • Qudurasan, qurbağa, gedir ilan vurmağa.
  • Qumar pulu ilə məscid tikilməz.
  • Qurbağa gölünə daş atma.
  • Qurban olum zərgərə, saldı məni pərgara.
  • Qurbanı biz elədik, yağış Qarabağa yağdı.
  • Quda qudurar, qıznı aparar.
  • Qurd acgöz olar.
  • Qurd adını dəyişər, xasiyyətini dəyişməz.
  • Qurd balası qurd olar, eşşək balası - qoduq.
  • Qurd danaya baxan kimi baxır.
  • Qurd ilə qoyunun nə aşnalığı?
  • Qurd ilə qiyamətə qalmaz.
  • Qurd keçiyə dəyməsə, keçi Məkkəyə gedər. [2]
  • Qurd qaranlıq sevər.
  • Qurd qaranlıq yer axtarar.
  • Qurd qarıyanda köpəyə gülünc olar.
  • Qurd qoyunla gəzir.
  • Qurd qurda dal çevirməz.
  • Qurd nə bilir qatır bahadır?!
  • Qurd öz örüşündə ac qalmaz.
  • Qurd sürüyə gələndə tək qoyunlunun qoyununu aparar.
  • Qurd yuvasından sümük əskik olmaz.
  • Qurda qoyun tapşırmaq olmaz.
  • Qurda rəhm etmək qoyuna zülm etməkdir.
  • Qurddan qorxan qoyun saxlamaz.
  • Qurddan qurd törəyər.
  • Qurddur, qoyun dərisinə girib.
  • Qurdla qoyun bir yerdə keçinməz.
  • Qurdla qiyamətə qalmayacaq ki!
  • Qurdu qoyun dərisində göstərir.
  • Qurdun adı, yesə də, qurddur, yeməsə də.
  • Qurdun səbəbinə quş da yeyər.
  • Quru ağacın meyvəsi olmaz.
  • Quru palçıq divara yapışmaz.
  • Qurumuş ağacın kölgəsi olmaz.
  • Quş dənə, milçək şirəyə gələr.
  • Quş dimdiyi ilə, insan biliyi ilə.
  • Quş dimdiyindən, insan dilindən tələyə düşər.
  • Quş qanadı ilə tanınar, insan adı ilə.
  • Quş qanadına arxalanar, uşaq atasına.
  • Quşa qızıl qəfəs zindandır.
  • Quşdan qorxan darı əkməz.
  • Quşu quş ilə tutarlar.
  • Quşu yuvadan tutarlar.
  • Quyuya girərkən ordan çıxmağı da fikirləş.
  • Quyuya su tökməklə quyu dolmaz.
  • Quzğun balasıını bülbül sanar.
  • Quzğun kimi leş yemə, şahin ol kəklik ovla.
  • Quzu çoban üçün deyil, çoban quzu üçündür.
  • Quzu otaranımız da var, yun darayanımız da.
  • Quzusu gümrah olan çoban papağını yan qoyar.
  • Quzusuna qıymayan kabab yeyə bilməz.
  • Qürbət - adı bəd.
  • Qürbət cənnət olsa da, yenə vətən yaxşıdır.
  • Qürbət görməyən adam Vətən qədrini bilməz.
  • Qürbət yerdən vətən olmaz.
  • Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
  • Qürbətdə keçən ömür, nə dəmirdir, nə kömür.
  • Qürbətdə keçən ömür - ömür sayılmaz.
  • Qürbətdə ölənin papağı nişanə gedər.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.

İstinadlar

[redaktə]
  1. Rzayev X.Atalar sözü. Bakı: Təbib, 1992, s.32
  2. Atalar sözü: Bakı: Azərnəşr, 1993, səh.226.