Məzmuna keç

Azərbaycan atalar sözləri/A

Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
B
Sister Projects. Həmçinin baxın: Haqqında •

Ab

  • Abad evlər gülüyəm, xaraba evlər bayquşu.
  • Abad kənd tüstüsündən bəlli olar.
  • Abad məclis aşığından bəllidir.
  • Abad yerin bülbülü, xarabanın bayquşu.
  • Abadan kənd tüstüsündən bəlli olar.
  • Abanın qədri yağışda məlum olar.
  • Abbas Abbasdan, Abbas da kor Abbasdan.
  • Abbasıdan beş şahı çıxardır.
  • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • Abdaldan paşa olmaz, taxtadan maşa.
  • Abdal at mindi, özünü bəy sandı.
  • Abdal düyündən, uşaq oyundan usanmaz.
  • Abdal, qar yağır! — Dayanmışam titrəməyə.
  • Abdal nə bilir ki, heyva kaldır?
  • Abdal ol, səni görən dəlü sansın.
  • Abdal oynayanda qar yağar.
  • Abdal təkkədə, Hacı Məkkədə olar.[1]
  • Abdalın qarnı doyunca, gözü qapıda olar.
  • Abidi şeytan başdan çıxardar.
  • Abır harda, çörək orda.
  • Abır-həya olan yerdə bərəkət də olar.
  • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
  • Abır olmayan yerdə, çörək olmaz.
  • Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
  • Abırsızdan abrını gözlə.
  • Abırsızdan abrını saxla.
  • Abrını yeyib, həyasını da belinə bağlayıb.

Ac

  • Ac acı aldı, acdan ləlöyün törədi.
  • Ac acı dalayar, tox toxu yalayar.
  • Ac adam acıqlı olar.
  • Ac adam özünü oda vurar.
  • Ac adam yol kəsər
  • Ac adamı qurd yeməz.
  • Ac aman bilməz.
  • Ac ayı oynamaz.
  • Ac bayıra qaçar, yalavac evə girər.
  • Ac bəydən tox it yaxşıdır.
  • Ac deyər doymaram, tox deyər acmaram.
  • Ac doğrayar, tox yeyər.
  • Ac donuz darıdan çıxmaz.
  • Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
  • Ac eşşək atdan bərk qaçar.
  • Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
  • Ac əsnəyər, tox gərnəşər.
  • Ac girdi içəriyə yemək istədi, tox dedi;əvvəla, salam
  • Ac hara, paxaç hara.
  • Ac it gəlmiş, tox itin dalın yalayar.
  • Ac qalmaq borclu olmaqdan yaxşıdır.
  • Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
  • Ac qarnına soyuq su?
  • Ac qatıq istəməz, yuxulu yastıq.
  • Ac qazanar, tox yeyər.
  • Ac qılınca çapar.
  • Ac qoyun, viran dəyirman sahibinə baş ağrısıdır.
  • Ac qudurğan olar, çılpaq oynağan.
  • Ac qulağım, dinc qulağım.
  • Ac qurd aslanı basar.
  • Ac qurd balasını yeyər.
  • Ac qurd sürünün ortasına girər.
  • Ac nə yeməz? Tox nə deməz?
  • Ac ol, dinc ol.
  • Ac ölməz, gözü qaralar, borclu ölməz, üzü saralar.
  • Ac özünü oda vurar.
  • Ac saxla, yalavac saxla, yaxşı saxla.
  • Ac toxun üzünə baxmaqla doymaz.
  • Ac toyuq özünü taxıl bazarında görər.
  • Ac toyuq yuxusunda darı görər.
  • Ac toyuğun yumurtası tərs düşər.
  • Ac yalavac qudurğan olar.
  • Ac — yanından qaç!
  • Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
  • Aca nə halal, nə haram?!
  • Aca ürək vermə, çörək ver.
  • Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.
  • Acan gedər, susuyan gələr.
  • Acanda çobana yetiş, yorulanda sarbana.
  • Acdan xeyir gəlməz.
  • Acdan ummaq olmaz.
  • Acgöz adam açıq gözdən kirpik qopardır.
  • Acgöz, yalançı toruna düşər.
  • Aciz adam qorxaq olar.
  • Acı ayran nəhrə dibində, qara kişmiş bəylər cibində.
  • Acı bibəri qurd yeməz.
  • Acı danışan şirin söz eşitməz.
  • Acı dil yarası qılınc yarasından pis olar.
  • Acı dindirmə, toxu tərpətmə.
  • Acı işlətmə, toxu təprətmə.
  • Acı söz ürək bulandırar.
  • Acı sözü bir batman bal ilə yemək olmaz.
  • Acıq gələr göz qızarar, Acıq gedər üz qızarar.
  • Acıqla iş görən zərərin çəkər.
  • Acıqlı başda ağıl olmaz.
  • Acıqlı, başı neylər? Ağıllı, daşı neylər?
  • Acıqlı dilənçinin torbası boş qalar.
  • Acıqlı duran ziyanla oturar.
  • Acıqlı qalxan ziyanlı oturar.
  • Acıqnan dövlət yola getməz.
  • Acıqnan itirərsən, səbirnən gətirərsən.
  • Acığı gələn su içər.
  • Acığı udanın ağzı bal dadar.
  • Acığın əvvəli dəlilik, axırı peşmançılıq.
  • Acığın gəlir çəpər çək, xoşun gəlir qəlyan çək.
  • Acın andı and olmaz.
  • Acın arzusu bir qarın çörəkdir.
  • Acın gözü çörək təknəsində olar.
  • Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
  • Acın qarnı doyar, gözü doymaz.
  • Acın qursağında çörək durmaz.
  • Acın nəyi var gicə verə.
  • Acın zəhləsi sudan gedər.
  • Acından dəyirmana baxır, kibirliyindən şahid almır.
  • Acından günorta durur, bığını yağ ilə burur.
  • Acından ölüb cənnətə gedincə, toxluqdan ölüb, cəhənnəmə get.
  • Acını dadmayan şirini bilməz.
  • Acla əcəli gələn birdir.
  • Acla əcəli gələn söyləşər.
  • Aclığı yoxsul çəkər.
  • Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
  • Aclıq adama oyun öyrədər.
  • Aclıq ayıya darayı oxudar.
  • Aclıq bir il gedər, minnət min il.
  • Aclıq ilə toxluğun arası bir parça çörəkdi.
  • Aclıq nəyi yedirtməz? Toxluq nəyi dedirtməz?
  • Aclıq sofiliyi pozar.
  • Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
  • Aclıqda darı çörəyi halvadan şirin olar.
  • Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər.
  • Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
  • Aclıqla ölüm təklifsiz qonaq kimi qəfil gəlir.
  • Acmısan soyuq su iç.
  • Acmış eşşək qatırdan yeyin gedər.

  • Açaram sandığı, tökərəm pambığı.
  • Açıq ağız aç qalmaz.
  • Açıq başa qoz dəyər, örtülməsə tez dəyər.
  • Açıq qaba it dəyər.
  • Açıq qapını döyməzlər.
  • Açıq süfrə təklif istəməz.
  • Açılmamış süfrənin bir eybi var, açılmışın min.

Ad — Af

  • Abır olmayan yerdə çörək olmaz.
  • Abrını itirən, şənliyini də itirər.
  • Ad adamı bəzəməz, adam adı bəzəyər.
  • Adam ac olanda pendir-çörək də ləzizdir.
  • Adam adama gərəkdir.
  • Adam adama lazım olar.
  • Adam adamdır, olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu.
  • Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
  • Adam adamı bir kərə aldadar.
  • Adam adamın rəhmanı, adam adamın şeytanı.
  • Adam adamın şeytanıdır.
  • Adam adıyla tanınar.
  • Adam ağzından söz, qazan altından köz.
  • Adam aldadan həmişə başı aşağı olar.
  • Adam aşını-işini bilməlidir.
  • Adam gərək Ömərə də ağlasın, Əliyə də.
  • Adam gözləməklə səbirli olar.
  • Adam hər düşməndən bir ağıl öyrənər.
  • Adam işi böyüdər, iş adamı böyütməz.
  • Adam qocalanda ikinci dəfə uşaq olur.
  • Adam min acını udar bir şirinin xatirinə.
  • Adam odur, "Dur get"i "Buyur əyləş"dən tez başa düşsün.
  • Adam odur ki, iqrarından dönməyə.
  • Adam oğlu hiyləgərdir, kimsə bilməz fəndini.
  • Adam olana bir söz yetər.
  • Adam olmayan başqalarını adam saymaz.
  • Adam öz tayını tapmasa, günü ah-vay ilə keçər.
  • Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
  • Adam özünü bir acıyanda gözlər, bir giciyəndə.
  • Adam paxıl olmasa bağ çəpəri neynir.
  • Adam paltar ilə tanınmaz.
  • Adam pulu bir dost üçün qazanar, bir də düşmən üçün.
  • Adam pulu qazanar, pul adamı qazanmaz.
  • Adam sözdən, uşaq gözdən.
  • Adam sözünü adama deyər.
  • Adam torbanı dibindən silkələməz.
  • Adam var, dağı gəz, adam var, yağı gəz.
  • Adam var, dağı gürznən dağıdar, adam var, söznən.
  • Adam var, dayaz gəzər, adam var, dərin gəzər.
  • Adam var, gödən dağıdır, qurdun adı bədnamdır.
  • Adam var gözdən qızar, adam var sözdən qızar.
  • Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı.
  • Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
  • Adam var ki, rəhmət aparar, adam var ki, lənət aparar.
  • Adam var ki, yemək üçün yaşayır, adam var ki, yaşamaq üçün yeyir.
  • Adam yanıla-yanıla öyrənir.
  • Adama söykənmə – ölər, divara söykənmə – uçar.
  • Adamı adam eyləyən paradı, parasız adamın yüzü qaradı.
  • Adamı başdan, ağacı yaşdan.
  • Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.
  • Adamı dindir, sonra qiymətini ver.
  • Adamı dinlə, heyvanı iplə.
  • Adamı qılınc öldürməz, tənəli söz öldürər.
  • Adamı söz, kababı köz yandırar.
  • adamı sözündən tutarlar, heyvanı buynuzundan.
  • Adamı tanıyan qurd yesin.
  • Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
  • Adamın axır günü gərək xoş olsun.
  • Adamın ayağından çəkən çox olar.
  • Adamın başına nə gəlsə dilindəndir.
  • Adamın başına nə gəlsə özündəndir.
  • Adamın bir özü, bir sözü.
  • Adamın dəlisi daşa güc elər, öküzün dəlisi başa.
  • Adamın dinməzindən yaramaz koxa tikdilər.
  • Adamın dostu dar gündə bəlli olar.
  • Adamın düşməni — öz dili.
  • Adamın hüsnünə baxma, ağlına bax.
  • Adamın malı gözünün qabağnda gərək.
  • Adamın öz əli, öz kisəsi.
  • Adamın öz yavan çörəyi, özgənin plovundan yaxşıdır.
  • Adamın təknədə də çörəyi tək olmasın.
  • Adamın ürəyindəkini bilmək olmaz.
  • Adamın üzünə baxarlar, halın xəbər alarlar.
  • Adamın yerə baxanı, suyun lal axanı.
  • Adamlar içində nəsihət — məzəmmət deməkdir.
  • Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan — yalanı.
  • Adət qanun deyil, amma qanun qədər hökmü var.
  • Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan.
  • Adı gözəl olanın özü də gözəl olar.
  • Adı it dəftərində də yoxdur.
  • Adım mənim İsmətdir, hər nə versən qismətdir.
  • Adımı güvəc qoy, amma ocaq üstə qoyma.
  • Adımı sənə qoyum, səni yana-yana qoyum.
  • Adın nədir — Daşdəmir, yumşalısan, yumşalı.
  • Adın nədir? -Dərviş. — Pul ilə olur hər iş., pulun varsa giriş, pulun yoxdur sürüş.
  • Adın nədir? — Nökər. -Niyə durmusan bekar? Aç qapını, ört qapını.
  • Adın nədi – Rəşid, bir de, bir eşit.[2]
  • Adını çək, qulağını bur.
  • Adını mən verdim, yaşını tanrı versin.
  • Adını mənə qoydu, məni yana-yana qoydu.
  • Aftafa görməyən, lüləyən görəndə xornar.
  • Aftafa görməyən, lüləyənə şıllaq atar.

Ah

  • Ah-vayla çıxar kasıbın canı, ölənəcən deyər: — Allah kərimdir!
  • Ahıl ilə daş daşı, cahil ilə bal yemə.
  • Ahıl öküz cütə getməsə, uşaqlar acından qırılar.
  • Ahıla gedən quyruq yeyər, cahıla gedən yumruq.

Ax

  • Ax, mənim kisəm, minnətsiz yesəm.
  • Axacaq qan damarda durmaz.
  • Axan su yolunu tapar.
  • Axar çaya getsə, qurudar.
  • Axar su gedər, qalmaz.
  • Axar su murdarlıq götürməz.
  • Axar suya dayanma, hər deyilənə inanma.
  • Axçalı (pullu) adamdan dağlar da qorxar.
  • Axır-axır, çıxar paxır.
  • Axırkı peşmanlıq fayda verməz.
  • Axmaq adam oğurluq keçi ilə gəzməyə çıxar.
  • Axmaq adam özünə düşməndir, özgəyə necə dost olar?!
  • Axmaq axmağı tapar.
  • Axmaq baş bəlalı olar.
  • Axmaq başın səfasını ayaqlar çəkər.
  • Axmaq da sükut edəndə ağıllı görünər.
  • Axmaq it aya hürər.
  • Axsaq at yüyrək , olar.
  • Axsaq eşşəyin kor nalbəndi olar.
  • Axsaq qoyuna nə dağ, nə aran?
  • Axşam axıra, sabah naxıra.
  • Axşam oduna gedən çox olar.
  • Axşam səbri xeyir olar.
  • Axşamın xeyrindən, səhərin (gündüzün) şəri yaxşıdır.
  • Axşamın xeyrindənsə, sabahın şəri.
  • Axşamın işini sabaha qoyma.
  • Axşamın sirrini dan bilər.
  • Axtaxana böyüdü, dağda dana böyüdü, sən niyə böyümədin?!
  • Axtaran tapar, yoğuran yapar.
  • Axtarmaqla deyil, rast gəlməklədir.
  • Axund özü elər, özgəyə öyüd verər.

  • Ağ ağca qara gün üçündür.
  • Ağ almanı soyarlar, ağ boşqaba qoyarlar,
    Çağrılmamış qonağı, qaş qabaqla qovarlar.
  • Ağ at arpa yeməz?
  • Ağ atla cahil ağaya qulluq eləmə.
  • Ağ ayranı itə tökərlər, qara kişmişi cibə.
  • Ağ ciyər olma, ər ol, ər!
  • Ağ divara hansı rəng çəksən tutar.
  • Ağ dolağım sağ olsun, tapılmayan qız olsun.
  • Ağ evi görəndə qara evi yaddan çıxartma.
  • Ağ evi görüb, qara evi yandırmazlar.
  • Ağ gün adamı ağardar, qara gün qaraldar.
  • Ağ gün ağardır, qara gün qaraldır.
  • Ağ gün hara gedirsən? Ağarmağa. Qara gün hara gedirsən? Qaralmağa.
  • Ağ gün qara günü yaddan çıxardar.
  • Ağ gün üz ağardar.
  • Ağ itin həllaca zərəri var.
  • Ağ itin pambıq satana zərəri var.
  • Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
  • Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
  • Ağ qoyunu görənlər içi dolu yağ sanar.
  • Ağ qoyunun qara quzusu da olar.
  • Ağ libas tez çirklənər.
  • Ağ otdan — balta sapı, biri sındı — birini tax.
  • Ağ parçaya ləkə tez düşər.
  • Ağ pulu qara gün üçün yığarlar.
  • Ağ şəkər, qara şəkər, bir damarı suya çəkər.
  • Ağ üzdə qara xal zinətdir, qara üzdə ağ xal — nibət.
  • Ağ üzüm, qara üzüm, başını dibindən üzüm.
  • Ağa ağ deyiblər, qaraya qara.
  • Ağa-ağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
  • Ağa buyurur sür dərəyə, sür dərəyə.
  • Ağa da özüdür, ağacan da.
  • Ağa dedi yatma, tənbəl dedi:Yaxşı, ondA];a dincəlim.
  • Ağa dediyin nədir, bəyənmədiyin nədir?
  • Ağa deyir "sür dərəyə", sür dərəyə.
  • Ağa gətirər navala, xanım tökər çuvala.
  • Ağ göyərçin qara qarğaya qismət olub.
  • Ağa ilə bostan əkənin tağı çiynində bitər.
  • Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
  • Ağa nə bilir oraq nədir?
  • Ağa Nəzərəm, belə gəzərəm, bir yumruğa qırxın əzərəm.
  • Ağac acı, can şirin.
  • Ağac bar verdikcə başını aşağı əyər.
  • Ağac başında qora, bilmədim düşdüm tora.
  • Ağac böyüdükcə suyu çox aparar.
  • Ağac dibindən su içər.
  • Ağac əkənə rəhmət oxunar.
  • Ağac əkənin ömrü uzun olar.
  • Ağac əyildi-sındı, igid əyildi-öldü.
  • Ağac gətirənin əvvəl özünü döyərlər.
  • Ağac kökü üstə bitər.
  • Ağac kökündən su içər.
  • Ağac kölgəsiz olmaz, insan sevgisiz.
  • Ağac körpə olanda qara yeldən qoruyarlar.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağac nazikliyindən sınsa da, adam yoğunluğundan sınar.
  • Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər.
  • Ağac olan yerdə budaq sınar.
  • Ağac öz kökü üstə bitər.
  • Ağac səmtinə yıxılar.
  • Ağac sınanda baltalı da gələr, baltasız da.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ağac yaş ikən əyilməsə, əyilməz.
  • Ağac yeyən sıpa bir də xırmana girməz.
  • Ağac yıxılan gün səs eylər.
  • Ağac yıxılanda baltalı da gələr, baltasız da.
  • Ağacı baltalayanda "sapı məndəndir" demiş.
  • Ağacı çox olan kəndin məzarı az olar.
  • Ağacı əlinə alarsan oğru və it özünü bildirər.
  • Ağacı kəsərlər, öz səmtinə yıxılar.
  • Ağacı qurd içindən yeyər.
  • Ağacı meyvəsindən tanıyarlar.
  • Ağacı yarpaqları bəzəyər.
  • Ağacın iki başı var.
  • Ağacın qurdu özündən olmasaydı, min yaşardı.
  • Ağacın yumşağını qurd yeyər.
  • Ağaclar başın tərpədəndə söyüd deyər: — mən də, mən də.
  • Ağaclı kəndi sel basmaz.
  • Ağalıq istəyənin verimi gərək, Ululuq istəyənin dözümü gərək.
  • Ağalıq verimlədir, igidlik vurumla!
  • Ağam bir xatun aldı, davanı satın aldı.
  • Ağan eşşək də olsa, "hoş" demə.
  • Ağanın malı çıxar, muzdurun canı.
  • Ağası güclü olan qul asi olar.
  • Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən ağlamağı.
  • Ağaya söz anlatmaq — dağı yerindən qopartmaq.
  • Ağçalı adamdan dağlar da qorxar.
  • Ağı gördün, qaranı unutdun?!
  • Ağı qaradan seçəndə gəl.
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl başda ikən evin avadan.
  • Ağıl başın böyüklüyündə deyil.
  • Ağıl bazarda satılmaz.
  • Ağıl gücdən üstündür.
  • Ağıl insana sərmayədir.
  • Ağıl kişinin bəzəyidir.
  • Ağıl var, kamal yox.
  • Ağıl var — pul yox, pul var — ağıl yox.
  • Ağıl yaşda deyil, başdadır.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıla gələn başa gələr.
  • Ağıla paxıllıq olmaz.
  • Ağıldan yavandır, cibdən yağlı.
  • Ağılın zənni, cahilin yəqinindən yaxşıdır.
  • Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlını alıb.
  • Ağıllı adam yüksəkdən danışmaz.
  • Ağıllı ağıl eləyincə dəli vurdu keçdi.
  • Ağıllı, araba ilə dövşan ovuna gedər.
  • Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.
  • Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər.
  • Ağıllı baş bəlasız olar, doğru yol — qərəzsiz.
  • Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
  • Ağıllı bir dəfə aldanar.
  • Ağıllı bizi tapmaz, dəli bacadan yağar.
  • Ağıllı çırmanınca, dəli vurdu, çayı keçdi.
  • Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
  • Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.
  • Ağıllı evlənincə, dəli bir oğul da doğurdu.
  • Ağıllı evlənincə, dəlinin oğlu olar.
  • Ağıllı ədəbi ədəbsizdən öyrənər.
  • Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı fikirləşincə dəli çayı keçdi.
  • Ağıllı fikirləşincə, dəlinin bir oğlu oldu.
  • Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
  • Ağıllı işinə baxar, axmaq dişinə.
  • Ağıllı kamal аxtarar, аxmaq var-dövlət.
  • Ağıllı kasıba dəli deyərlər, dövlətli dəliyə "bəli" deyərlər.
  • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • Ağıllı kişini falçılar sevməz.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağıllı qonşun yoxdursa, kitabla söhbət et.
  • Ağıllı neylər malı, ağılsız neylər malı?!
  • Ağıllı olan bir dəfə aldanar.
  • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
  • Ağıllı uşaq özünü bələkdə göstərər.
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
  • Ağıllınız Xıdır ağa, barmağın saldı bardağa.
  • Ağıllınız kimdir? Qabaqdakı zəncirli.
  • Ağıllısı hansıdır, qabaqda gedən dəli.
  • Ağıllıya işarə, dəliyə kötək.
  • Ağıllıya qırx gün dəli desən, dəli olar.
  • Ağıllıyla çəkişmək cahillə halva yeməkdən yaxşıdır.
  • Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir.
  • Ağılsız baş əlindən səfil ayaq nələr çəkər…[3]
  • Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
  • Ağılsız dostun olunca, ağıllı düşmənin olsun.
  • Ağın adı var, qaranın dadı.
  • Ağır ayaq baş əyər.
  • Ağır basmayınca yüngül qalxmaz.
  • Ağır daş batman gələr.
  • Ağır gəldi, yüngül qalxar.
  • Ağır günün daşı ağır olar.
  • Ağır qazan geç qaynar.
  • Ağır otur, "ağa" desinlər.
  • Ağır otur, batman gəl.
  • Ağır tərpən, ağır dur.
  • Ağır yükün zəhmini qatır bilər.
  • Ağırı qoyub yüngülü götürmə.
  • Ağırlıq — qızıl qala, yüngüllük — başa bəla.
  • Ağırlığın yer götürər, ruzusun allah yetirər.
  • Ağız açdı, gövhər saçdı.
  • Ağız deyəni qulaq eşitmir.
  • Ağız torba deyil ki, büzəsən.
  • Ağız yandıran aşı qaşıq tanıyar.
  • Ağız yeməsə, üz utanmaz.
  • Ağıza gələn qazancdır.
  • Ağızdan çıxan başa dəyər.
  • Ağızdan çıxanı qaytarmaq olmaz.
  • Ağızdan ağıza doğru xəbər yoxdur.
  • Ağıznan plov bişməz, yağ ilə düyü gərək.
  • Ağladan yanına get, güldürən yanına getmə.
  • Ağladım bacarmadım, güldüm günümü keçirdim.
  • Ağladırsa fələk, bir gün güldürər.
  • Ağlama ölü üçün, ağla dəli üçün.
  • Ağlamaqla gülmək bacı-qardaşdır.
  • Ağlamaqla kişi qeyrətsiz olar.
  • Ağlamayan uşağa məmə verməzlər.
  • Ağlamayan uşağa süd verməzlər.
  • Ağlamayana çörək verməzlər.
  • Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
  • Ağlayanda elə ağla ki, əzizi ölmüş kimi, güləndə elə gül ki, əzizi gəlmiş kimi.
  • Ağlayanda imam üçün də ağla, yezid üçün də.
  • Ağlayanın bir dərdi var, gülənin beş.
  • Ağlı olan, qışın qeydinə yayda qalar.
  • Ağlını eşşək ağlına verərsən, çəkər arpa zəmisinə.
  • Ağrılarda göz ağrısı, hər kişinin öz ağrısı.
  • Ağrımayan baş yastıq istəməz.
  • Ağrımayan başa dəsmal bağlamazlar.
  • Ağrısız başa saqqız yapışdırma.
  • Ağrımayan başma dəsmal bağlama.
  • Ağsaqqal sözünü axıra saxlar.
  • Ağzı aşa yetişəndə başı daşa yetişər.
  • Ağzı bağlı qaba milçək düşməz.
  • Ağzı əyrini boynunun ardından tanıyarlar.
  • Ağzı ilə quş tutur.
  • Ağzım nə yeyib ki, üzün nə utana?
  • Ağzım yandı, barı aşım aş olaydı!.
  • Ağzım yaradır, sulaya bilmərəm.
  • Ağzıma aş, qarnıma — daş.
  • Ağzımı bir aş yandırsın ki, aş ola, başımı bir daş yarsın ki, daş ola.
  • Ağzın açdı, gözün yumdu.
  • Ağzına bax tikə kəs.
  • Ağzına söz atıblar.
  • Ağzına su alıb.
  • Ağzına şirə sürtüblər.
  • Ağzında diş qalmayıb.
  • Ağzından dürr tökülür.
  • Ağzından qan iyi gəlir.
  • Ağzından sifdə çıxardanda gümüş çıxart, amma heç dinməsən qızıldı.
  • Ağzından söz qapıblar.
  • Ağzından süd iyi gəlir.
  • Ağzını açdı, gövhər saçdı.
  • Ağzını xeyirliyə aç!
  • Ağzını qoyub allah yoluna.
  • Ağzını tutsan, burnu dillənər.
  • Ağzının xörəyi deyil.
  • Ağzının qaytanı yoxdur.

Al

  • Al almaya daş atan çox olar.
  • Al qapıda, sat qapıda.
  • Al ver deyiblər, al vermə deməyiblər.
  • Ala it çaqqalın dayısıdır.
  • Ala it gedər, qara it gələr.
  • Ala itdən (köpəkdən) məşhurdur.
  • Ala itin balası qara olar, yanılsa boynu ala olar, hürəndə anası kimi olar.
  • Ala qarğa olmağı bəs deyil, həkimlik də eləyir.
  • Ala qarğa şux tərlanı bəyənməz.
  • Ala qayada bostan uru olubdur.
  • Alacağı bir piltədir, pambığın batmanını soruşur.
  • Alacağın olsun, ala qarğada olsun.
  • Alan aldanmaz, satan allanar.
  • Alça mənim, gilas mənim, tut mənim, gavalıda da gözüm var.
  • Alçaq ata hamı minər.
  • Alçaq dağa qar yağmaz?!
  • Alçaq yer igidi xor göstərər.
  • Alçaq yerdə təpəcik özün dağ sanar.
  • Alçaq uçan ucaya qonar, uca uçan alçaq qonar.
  • Alçaqda yatma-sel aparar, ucada yatma — yel aparar.
  • Aldığı bir iynədir, dəmirin batmanını yoxlayır.
  • Aldım qoz, satdım qoz, mənə qaldı çaqqaçuq.
  • Aləm aləmlədir, keçəl qız da xalamla.
  • Aləmə it hürər, bizə çaqqal.
  • Aləmə it hürər, bizə Mazandaran çaqqalı.
  • Aləmə oğruyam, sənə ki doğruyam.
  • Alət işlər, əl öyünər, qılınc işlər, qol öyünər.
  • Alim olmaq asandır, adam olmaq çətin.
  • Alimin bir günü, cahilin min ili.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Alın təri ucaldar əri.
  • Allah adama ya ağıl verər, ya dövlət.
  • Allah bir qapını bağlayanda, bir qapını açar.
  • Allah bir, söz bir.
  • Allah bir yandan bağlasa, bir yandan açar.
  • Allah böyüklərin xasiyyətini kəssin.
  • Allah bu əli o biri ələ möhtac eləməsin.
  • Allah bu gözü o gözə möhtac eləməsin.
  • Allah buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymaz.
  • Allah dağına baxar, qar yağdırar.
  • Allah demiş: səndən hərəkət, məndən bərəkət.
  • "Allah" deyən namurad qalmaz.
  • Allah dərdi çəkənə verir.
  • Allah dəvəyə qanad versəydi, dam-divarı yıxardı.
  • Allah eşşəyə buynuz versə idi, dünyanı dağıdardı (versə, vırar ölkəni dağıdar).
  • Allah əsilsizə düşürtməsin.
  • Allah əyməyəni bəndə əyə bilməz.
  • Allah haqqı nahaqqa verməz.
  • Allah heç kimi arxasız eyləməsin.
  • Allah ilanın əməlini bilib ayağını qarnında yaradıb.
  • Allah insanın ömründən kəsib baxtına calasın.
  • Allah istəyən danaya qurd dəyməz.
  • Allah kasıbdan kəsər, varlıya verər.
  • Allah kərimdi, quyusu dərindi.
  • Allah qarğa deyil ki, göz oya.
  • Allah qonağının öz qisməti var.
  • Allah min dərd verib, min bir dərman.
  • Allah möminə hər şeyi bağışlar.
  • Allah ona qoturluq versin, dırnağ verməsin.
  • Allah ona verdiyi canı ala bilməyir.
  • Allah sağ əli sol ələ möhtac eləməsin.
  • Allah sağ gözü sol gözə möhtac eyləməsin.
  • Allah saxlayanı qurd yeməz.
  • Allah tənbəl kimsəni sevməz.
  • Allah tənbəli sevməz.
  • Allah yolunda yox, şeytan yolunda çox.
  • Allah var, rəhmi də var.
  • Allah verə, bazar ola.
  • Allah verəndə bacadan da tökər.
  • Allah verəndə yox yerdən də verər.
  • Allah verəndə peyğəmbər də üstünə bir çəngə atar.
  • Allah verməyəndə, bəndə neyləsin?
  • Allah verməyənə peyğəmbər neyləsin?!
  • Allah verməz qara quluna, o da qalar vuruna-vuruna.
  • Allah vuran ağacın səsi çıxmaz.
  • Allaha inanmayana bəndələr də inanmaz.
  • Allahdan buyruq, ağzıma quyruq.
  • Allahdan gizlin deyil, bəndədən nə gizlin.
  • Allahdan qorxmaz, bəndədən utanmaz.
  • Allahdan nə gəlsə xoşdur.
  • Allahı çağıran məhrum qalmaz.
  • Allahın bədnəzərdən xəbəri yoxdur.
  • Allahsız yerdə otur, böyüksüz yerdə oturma.
  • Alma ağacından alma düşər, armud ağacından — armud.
  • Alma arvadın dulunu, dalınca gələr qulunu.
  • Alma öz ağacından uzaq düşməz.
  • Almadığın heyvanın quyruğundan yapışma.
  • Almaq aldanmaqdı, vermək hünərdi.
  • Almanı göyə at, yerə gəlincə, ya nəsib!
  • Almanı soy ye, armudu say ye.
  • Almazı palçığa atsalar, yenə almazdır.
  • Alt daşı ağır olar.
  • Alt dəyirman güclü olar.
  • Altın həsir, üstün həsir, yat, yetim, tərləyəsən.
  • Altmışda zurna öğrənən qəbrində çalar.
  • Altun əli bıçaq kəsməz.
  • Altunu od sınar, əri altun.

Am — An

  • Aman deyənin boynun vurar.
  • Aman istəyənə əl qaldırmazlar.
  • Ana ağaca çıxanda, qızı budaq-budaq gəzər.
  • Ana, bala ucundan canını oda yaxar.
  • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • Ana səbri böyükdür.
  • Ana ürəyi – dağ çiçəyi.
  • Anadan əmdiyim süd burnumdan gəldi.
  • Anadan əziz yenə anadır.
  • Anadan yaxşı yavər olmaz.
  • Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər.
  • Analı qızın işi görünər, anasız qızın dişi.
  • Analı quzu, xınalı quz.
  • Ananın ərköyün oğlu hambal olar.
  • Ananın səbri tükənməz olur.
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • Anasına bax qızını al, qırağına bax bezini al.
  • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
  • Anlayana bir bəsdir, anlamayana min azdır.
  • Anlayana da qul olaram, anlamaza da, dad yarımçıq əlindən.
  • Anlayana qul ol, anlamayana ağa olma.
  • Anlayanın quluyam, anlamayanın ağası.
  • Anlayanla daş daşı, anlamazla bal yemə.
  • Anlamaz eşşəkdən də (heyvannan da) pisdir.

Ap — Ar

  • Aparanda el aparar, yel aparar, sel aparar.
  • Ara sözü ev yıxar.
  • Araba cırıldamaqdan, ban cırıldayır.
  • Araba qoş, çarxa dur, mərd igidə arxa dur.
  • Araq adamı ardan da qoyar, yardan da.
  • Araz! Altını da bilirəm, üstünü də.
  • Arxalı köpək qurd basar.
  • Arif olan buluddan da nəm çəkər.
  • Arifə bir işarə.
  • Arifə bir işarə, qanmaza min toppuz
  • Arifə işarə, kötüyə balta.
  • Arifə işarət, cahilə daş at.
  • Arı yeyib, namusu atıb dalına.
  • Arı yuvasına çöp uzatmazlar.
  • Arıq hara, qoruq hara.
  • Arığa batman da yükdür.
  • Artıq tamah baş yarar.
  • Arpa əkən buğda biçməz.
  • Arpa olsun, büğda olsun — təhnə dolu olsun.
  • Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?!
  • Arpa verilməyən at qamçı gücü ilə yeriməz.
  • Arpa yemiş at mənzil kəsər.
  • Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı.
  • Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.
  • Arsız kişidən arsız arvad yaxşıdır.
  • Arsız nədən arlanar?!
  • Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş.
  • Arşın gətir, bez apar, çuval gətir, qoz apar.
  • Arşın olmayan yerdə çərək də ölçüdür.
  • Artıq aş — ya qarın ağrıdar, ya baş.
  • Artıq mal — gözmü çıxarır?!
  • Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
  • Artıq tikə baş yarar.
  • Arvad evinə girənin qapısı alçaq olar.
  • Arvad iki olanda ev süpürülməmiş qalar.
  • Arvad ilə at igidin baxtına.
  • Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da.
  • Arvad malı başa toxmaq kimi dəyər.
  • Arvad tutan yolun axırı yoxuşa qalxar.
  • Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
  • Arvad var ev yığar, arvad var ev yıxar.
  • Arvadı ahıl gözüylə, atı — cahil gözüylə.
  • Arvadı bəd olanın saqqalı tez ağarar.
  • Arvadı əri saxlar, pendiri dəri.
  • Arvadın axır hiyləsi ağlamaqdır.
  • Arvadın biri — əla, ikisi — bəla.
  • Arvadın deyingəni kişini tez qocaldar.
  • Arvadın isməti, ərin izzəti.
  • Arvadsız ev, susuz dəyirman.
  • Arzu niyyətdən doğar.

As

  • Asılsan da, uca budaqdan asıl.
  • Aslan ağzından şikar alınmaz.
  • Aslan qocalanda başına çaqqallar toplaşar.
  • Aslan qocalanda siçan yuvasını gözləyər.
  • Aslan tülkü kölgəsində yatmaz.
  • Aslan yatağında tülkülər yatır.
  • Aslan yatışından da bəllidir.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Asta gedən yorulmaz.
  • Asta vur, Rasta vur.

  • Aş vermişəm aşımı ver, yaş vermişəm yaşımı ver.
  • Aşiqə Bağdad uzaq deyil.[4]

At

  • At almağa cahıl gedər, qız almağa ahıl.
  • At almamış axur çəkmə.
  • at almamış nalını alır.
  • At ayağı külək olar, ozan dili yüyrək.
  • At bəslənirkən, qız istənirkən.
  • At igidin yoldaşıdır, silah onun qardaşı.
  • At izi it izinə qarışmaz.
  • At minəndə vərəm olmaz.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • At olmasa, nal nəyə gərək?
  • At olmasa, nə meydan.
  • At olmayan yerdə eşşək də atdır.
  • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • At ölüb, itlərin bayramıdır.
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • Ata-anamı itirdim, özümü yara yetirdim.
  • Ata-ananın canı övlada bağlı olar.
  • Ata malına göz dikən ac olar.
  • Ata olmasan, ata qədri bilməzsən.
  • Ata olmayan — ata, ana olmayan — ana qədrini bilməz.
  • Ata palan, eşşəyə yəhər yaramaz.
  • Atam gündəni sayır, anam gündədən kəsir.
  • Atan alim idi, sənə nə, özündən danış!
  • Atan ilə atamı demə, özün ilə özümü de!
  • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
  • Atası turşu yemiş, balasının dişi qamaşmış.
  • Atasından nə xeyir gördük ki, balasından nə xeyir görək.
  • Atasını tanımayan Allahını da tanımaz.
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • Ataya oğul, anaya qul.
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • Atı qamçı aparmaz, arpa aparar.
  • Atılan ox geri qayıtmaz.

Av — Ay

  • Avamların azarı, mollaların bazarı.
  • Avara adam kordur.
  • Avara qonaq ev sahibini də avara qoyar.
  • Avazın yaxşı gəlir, oxuduğun Quran olsa?
  • Ay aydın, onun da üzündə ləkə var.
  • Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var.
  • Ay həmişə bulud altında qalmaz.
  • Ay işığını gündən alır.
  • Ay qaynana, elə bil, gəlin olmamısan?!
  • Ay qonaq, olaydı yağ, bişirəydim qayğanaq, vay tava dərdi!
  • Ay müştəri, müştəri, qızıldandır dişləri!
  • Ay — ulduz göyə yaraşar.
  • Ay var, gün var, tələsməyə nə var?!
  • Ay var — ili gözlər, il var — ayı gözlər.
  • Ay zamana, zamana, oxu qoydun kamana, eşşəklər arpa yeyir, at həsrətdir samana.
  • Aya deyər: — Sən cıxma, mən çıxım! Günə deyər: — Sən çıxma, mən çıxım!
  • Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır.
  • Ayaq dəyməyən daş olmaz, bəla görməyən baş.
  • Ayaq girməyən yerə baş girməz.
  • Ayaq üstə ölmək diz üstə yaaşamaqdan yaxşıdır.
  • Ayaq yalın, qanqal qalın.
  • Ayaqqabı dar olanda dünya başa zindan olar.
  • Ayağı ilə gələnə ölüm olmaz.
  • Ayağı nərdivana bir-bir qoyarlar.[5]
  • Ayağına daş toxunsa, məndən bilər.
  • Ayağını isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin!
  • Ayağını yorğanına görə uzat.
  • Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
  • Aydan arı- sudan duru.
  • Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
  • Aydınlıqda yaşayan çox yaşayar.
  • Ayı ilə meymun — bir-birinə uyğun.
  • Ayı kim gördü? — Kor Mahmud.
  • Ayı qandı, abid qanmadı.
  • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.

Az

  • Az-az ye, həmişə ye.
  • Az bilmək istəmirsənsə, çox oxu.
  • Az danışmaq ədəbdəndir.
  • Az düşünən çox danışar.
  • Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq.
  • Az olsun, nəqd olsun.
  • Az olsun, üz olsun.
  • Az olsun, saz olsun.
  • Az olsun, yaxşı olsun.
  • Az ye, öz çörəyini ye.
  • Az yeyən mələkdi, çox yeyən hələkdi.
  • Az yeyənin azarı da az olar.
  • Az yeyər – arıqlar, çox yeyər – zarıldar.
  • Az yeyərəm – görmərəm həkimi, düz dolannam – görmərəm hakimi.
  • Az yeyir küsür, çox yeyir qusur.
  • Aza dedilər:-hara gedirsən? Dedi:-Çoxun yanına.
  • Aza qane ol, çoxu Allahdan istə.
  • Aza qane olmayan çoxa yetişməz.
  • Azacıq aşım, ağrımaz başım.
  • Azana yol göstərsən, sənə yön öyrədər.
  • Azançı çəkər soyuğu, molla yeyər toyuğu.
  • Azar batman-batman gələr.
  • Azar batman-batman gələr, misqal-misqal çıxar.
  • Azar da kasıbı tapar.
  • Azar tənbəllikdən bezardır.
  • Azarladım – ölmədim, üzüldüm–öldüm.
  • Azarlı arvadı əri istəməz.
  • Azarlı tələsər, armud vaxtında yetişər.
  • Azarlı yanında armud yemə.
  • Azarlıq olsun, bezarlıq olmasın.
  • Azarlının qorxusu ölənəcəndir.
  • Az-az ye, həmişə ye.
  • Azdan az qırılar, çoxdan çox.
  • Azdan az olar, çoxdan çox.
  • Azdan az verərlər, çoxdan çox.
  • Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.
  • Azı bilməyən, çoxu һeç bilməz.
  • Azın qədrini bilməyən, çoxun da qədrini bilməz.
  • Aznan çoxun oyunu olmaz.

İstinadlar

  1. Rzayev X. Atalar sözü. 2 cilddə, I c, Bakı:Nurlan, 2004, s.21
  2. Atalar sözü. Azərbaycan folklorunun ilkin nəşrləri seriyası. Tərtib edəni: Məmmədvəli Qəmərli. Bakı — "Səda" — 2003;
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.15
  4. Atalar sözü:/ H. Qasımzadənin redaktəsi ilə. Bakı: Yazıçı, 1982, s, 64.
  5. Marağayi Abbasqulu. Əmsali–Türkanə (Atalar sözləri və xalq məsəlləri). Bakı –"Yazıçı" — 1992