Azərbaycan atalar sözləri/Ö

Vikisitat saytından
O Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
P
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Öküz altında buzov axtarır.
  • Öküz cırıldamaqdan boyunduruq cırıldayır.
  • Öküz deyər: - Mən ağama nökərəm.
  • Öküz dəvəcan olanda, dəvə dağcan olar.
  • Öküz əhildəməkdən, boyunduruq əhildəyir.
  • Öküz kimi yeyir, dana kimi yatır.
  • Öküz olacaq dana bugündən bilinər.
  • Öküz öldü, ortaq ayrıldı.
  • Öküz ölər gönü qalar, igid ölər ünü qalar.
  • Öküz ölməyincə inəyə qiymət olmaz.
  • Öküz özünə yonca əkəndə başı ağrıyar.
  • Öküzlüyə gön borc verərlər.
  • Öküzü buynuzundan, adamı sözündən tutarlar.
  • Öküzü durğuzub altından buzov istəməzlər.
  • Öküzü olana borc gön verərlər.
  • Öküzü ölənə yol göstərən çox olar.
  • Öküzün böyüyü pəyədə qalıbdır.
  • Öküzün cütə getməyəni ətlik adına satılar.
  • Öküzün qaşqasını döyərlər.
  • Öküzün qocalanı dana-buzova qoşular.
  • Öl mənim üçün, ölüm sənin üçün.
  • Ölçməmiş biçmə.
  • Öldü var, döndü yoxdur.
  • Öldürən ox, günahkar oxatan.
  • Öldürrəm deyəndən qorxma, ölləm deyəndən qorx.
  • Ölən canını qurtarır, vay qalanın halına.
  • Ölən görməyəcək, qalan görəcək.
  • Ölən ilə ölmək olmaz.
  • Ölən inək südlü olar.
  • Ölən kim, öldürən kim?
  • Ölən onlardan olsun, bel-kürək bizdən.
  • Ölən öldü, diriyə dirilik gərək.
  • Ölən öldü, vay dirinin halına.
  • Ölənin borcunu baqqal dirilərə yüklər.
  • Ölənin cibindən gedər.
  • Ölər, Koroğlu getməz bu yurddan.
  • Ölkə abad ikən dəyirman xaraba idi.
  • Ölkə ki var, onun qabağında şah da acizdir, gəda da.
  • Ölkə sahibsiz olmaz.
  • Ölkə yansa canı yanmaz.
  • Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər.
  • Ölmə, itmə, qapımızdan getmə.
  • Ölmək istəyirsən, köç Mazandarana.
  • Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?!
  • Ölmək var, dönmək yoxdur.
  • Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
  • Ölmüş aslandan diri köpək yaxşıdır.
  • Ölmüş ata yük çatmazlar.
  • Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür.
  • Ölmüş eşşək axtarır ki, nalını çəksin.
  • Ölmüş inək südlü olar.
  • Ölü aslanın saqqalını yolarlar.
  • Ölü bit deyil ki!.
  • Ölü bit deyiləm ki, dırnaq altında qalım.
  • Ölü cəhənnəmə, təki mollaya pul olsun.
  • Ölü dağı çəkilər, diri dağı çəkilməz.
  • Ölü dərdi dərd olmaz, haray dirinin dərdidir.
  • Ölü gör necə ölüdür, Əzrail də halına ağlayır.
  • Ölü kəfənsiz qalmaz.
  • Ölü kimdir ki, gorun söyən kim ola?!
  • Ölü kimi ölginən, mürdəşir kimi yuyum.
  • Ölü kimi yatır.
  • Ölü qəbristandan qayıtmaz.
  • Ölü öldü, diriyə dirilik gərək.
  • Ölü yerdə qalmaz.
  • Ölüb ağlayanı yoxdur.
  • Ölüb ölümdən qayıdıb.
  • Ölüdən pay umur.
  • Ölüdən şeytan da əl çəkib.
  • Ölüm-dirim bizim üçündür.
  • Ölüm gələndə "gəlirəm" deməz.
  • Ölüm haqq, miras halal.
  • Ölüm haqqdan, kəfən Məmməd Cəfər bəydən.
  • Ölüm haqqdır.
  • Ölüm qaş ilə göz arasındadır.
  • Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də betərdir.
  • Ölüm var ölüm kimi, ölüm var zülüm kimi.
  • Ölümdən başqa hər şeyə çarə var.
  • Ölümə çarə yoxdur.
  • Ölümə gedən gəldi, pula gedən gəlmədi.
  • Ölülər elə bilir, dirilər halva yeyir.
  • Ölümü görəcəksən ki, bayılmağa da razı olasan.
  • Ölümün atı çaparaq olar.
  • Ölünü öz xoşuna qoysan, vurar kəfəni batırar.
  • Ölünü özbaşına qoysan, şıllaq atar, kəfəni çırar.
  • Ölünü vaxtında ağla, el gələr tünlük olar.
  • Ölünün böyüyü kiçiyi olmaz.
  • Ölünün dalınca danışmazlar.
  • Ölünün vəsiyyəti özü ilə gedər.
  • Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
  • Ölüsü bir gün şivəni min gün.
  • Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
  • Ölüsü olən kiridi, yasa gələn kirimədi.
  • Ölüyə də yiyə lazımdır, diriyə də.
  • Ömrün bərəkəti yaxşı əməl ilədir.
  • Ömrünə qəbalə alıb.
  • Ömür bir iynədir, sapı çox qısa.
  • Ömür boyu lampa qayırdım, hələ də qaranlıqda qalmışam.
  • Ömür deyir qocalmışam, ürək deyir: - yaşa hələ.
  • Ömür edən yaşa dolar.
  • Ömür qarısa da, könül qarımaz.
  • Ömür vəfasızdır, bizi tərk edir.
  • Ömürlər örtülüdür, həm qocaya, həm cavana.
  • Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin.
  • Ördək gəlib qaz olmaz, gəlin gəlib qız olmaz.
  • Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar.
  • Ördək öldü - qaz qaldı, sim qırıldı - saz qaldı.
  • Ördəkdən qaz yerişi tələb eləmək olmaz.
  • Ördəyi bağlamağa ipək gərək, yar ilə oynamağa ürək gərək.
  • Ördəyi su ilə qorxutmazlar.
  • Örkən nə qədər uzun olsa, yenə dolanar doğanaqdan keçər.
  • Örkən üstə darı səpib.
  • Örtülü bazar - dostluğu pozar.
  • Örtülü süfrənin bir eybi var, açıq süfrənin min eybi.
  • Ötüb keçən ömürdür, qocalan insan.
  • Övlad ata-ananın ürəyidir.
  • Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.
  • Övlad can yanğısıdır.
  • Övlad insanın məbədidir.
  • Övlad ki var, nəvə - məğz badamdır.
  • Övlad könül meyvəsidir.
  • Övlad pəncərədən düşən işıqdır.
  • Övlad sərmayədir.
  • Övlad tapılar, ata-ana tapılmaz.
  • Övlad ya ataya oxşar, ya anaya.
  • Övladda atadan nişanə olmalıdır.
  • Övladda nəvə, dövlətdə dəvə.
  • Öyrənən ağız çərəzsiz qalmaz.
  • Öyrənməyə ar olmaz.
  • Öyüdü anlayana verərlər.
  • Öyündə yox urvalıq, könlündən keçir koyxalıq.
  • Öz adını özgələrə qoyma.
  • Öz ağam, öz qulum.
  • Öz ağlını özgə ağlına vermə.
  • Öz anasını sevən, özgə anasını söyməz.
  • Öz anasını sevməyən, özgə anasını sevməz.
  • Öz arşını ilə ölçür.
  • Öz atının noxtasından yapış.
  • Öz ayağı ilə ölümə gedir.
  • Öz ayağı ilə sallaqxanaya gedir.
  • Öz bəxtindən küs.
  • Öz burnundan uzağı görmür.
  • Öz çörəyini özgə süfrəsində yemə.
  • Öz çulunu sudan çıxarda bilmir.
  • Öz daş - tərəzisi ilə çəkir.
  • Öz duzunuzla yeyin.
  • Öz evimin nökəriyəm, özgə evinin-ağası.
  • Öz evində öz başını bağlaya bilmir, özgə evində gəlin başı bağlayır.
  • Öz eybini bilməmiş, özgəyə rişxənd eləmə.
  • Öz əli ilə öz ayağına balta çalır.
  • Öz əli ilə öz gözünü çıxarır.
  • Öz əli ilə özünə quyu qazır.
  • Öz əlim, öz başım.
  • Öz gözündə bayquşun balası tavus quşundan da gözəldir.
  • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
  • Öz ipini özü eşir.
  • Öz işini özün gör.
  • Öz kölgəsindən uzağı görmür.
  • Öz kövşənində otla.
  • Öz kövşənində otlayan mal ac qalmaz.
  • Öz qabağından ye.
  • Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
  • Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
  • Öz oduna da məni yandırma.
  • Öz örüşündə Muradalı da bəydir.
  • Öz örüşündə otlayan mal ac qalmaz.
  • Öz-özünü bəyənən ağam vay!...
  • Öz rahatlığını istə.
  • Öz rahatlığını istə, özgənin narahatlığını istəmə.
  • Öz səsi özünə xoş gəlir.
  • Öz sözü ilə tutulur.
  • Öz sözünü eşit, özgə sözünü danışanda.
  • Öz sözünü özgənin ağzından danışma.
  • Öz ssözünü özün danış.
  • Öz yağı öz başına.
  • Özgə ağzına baxan ac qalar.
  • Özgə atına minən tez düşər.
  • Özgə bağından gül dərməzlər.
  • Özgə buzovu çatı qırar.
  • Özgə buzovunu güdənin çatısı əlində qalar.
  • Özgə evində kovxalıq etmə.
  • Özgə evində qonaqdan borc istəməzlər.
  • Özgə evində tülküdür, öz evində aslan.
  • Özgə əli ilə ilan tutur.
  • Özgə əlində kömbə böyük görünər.
  • Özgə gözü yaxşı görər.
  • Özgə kisəsindən pul bağışlamazlar.
  • Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
  • Özgə malına dəymə, özününü bərk saxla.
  • Özgə malına göz tikən malsız-davarsız qalar.
  • Özgə özgənin namazını dəstəmazsız qılar.
  • Özgə özgənin ölüsün holavarnan ağlar.
  • Özgə plovundan bizim şorba yaxşıdır.
  • Özgə uşağından oğul olmaz.
  • Özgə yerin halvasını hövla ilə çalarlar.
  • Özgənin qarğası özgəyə qırğı görünər.
  • Özgənin malı-mülkü, bizim də Qənbərimiz.
  • Özgənin sözünü özgəyə deməyə nə var?
  • Özgəyə bel bağlama.
  • Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
  • Özgəyə kömək et, sənə də kömək edərlər.
  • Özgəyə quyu qazan özü düşər.
  • Özgəyə ümid olanac qalar.
  • Özgəsinə göz qoyan özünkünü itirər.
  • Özü balaca, sözü böyük.
  • Özü bişirib, özü yeyir.
  • Özü danışar, özü də qulaq asar.
  • Özü deyir, özü də gülür.
  • Özü eşşək, tükü məxmər.
  • Özü etdi özünə, külü tökdü gözünə.
  • Özü ədalətli olanın qazıya ehtiyacı olmaz.
  • Özü əkir, özü də biçir.
  • Özü getdi, sözü qaldı.
  • Özü kəsir, özü də tikir.
  • Özü qazanmayan mal qədri bilməz.
  • Özü qoca olsa da, könlü cavandır.
  • Özü ölçür, özü biçir.
  • Özü öz ağasıdır.
  • Özü özünə eyləyənə çarə yoxdur.
  • Özü özünə elədiyini, el yığıla eyləyə bilməz.
  • Özü özünə qəbir qazır.
  • Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur.
  • Özü üçün yatır, özgələr üçün yuxu görür.
  • Özü üçün yeyir, özgəsinə minnət qoyur.
  • Özü yazır, özü oxuyur.
  • Özü yeməz, özgəyə də verməz.
  • Özü yəhər qaşında, gözü ocaq başında.
  • Özü yıxılan ağlamaz.
  • Özü yıxılan özü də qalxar.
  • Özüm qoturam, keçim ki qotur deyil.
  • Özüm qürbətdəyəm, gözüm vətəndə.
  • Özüm öz ağamam.
  • Özüm özümə elədim, külü gözümə elədim.
  • Özümə yer eylərəm, gör bir sənə nə eylərəm.
  • Özümüz bir şey deyilik, adımız təbildə döyülür.
  • Özümüz evdə, sözümüz çöllərdə.
  • Özün burda qalansan?
  • "Özün bil"lə qal olmaz.
  • Özün bişirdin özün də dad.
  • Özün etdin özünə, külü səpdin gözünə.
  • Özün fil olsan da, qarışqanı yaddan çıxartma.
  • Özün üçün yatıb, özgələr üçün yuxu görmə.
  • Özündə olmayanda qonşuya gedərsən, qonşuda olmayanda hara gedərsən?
  • Özündən böyüyə qabarma, bəlkə atandır.
  • Özündən dövlətli ilə ayaq çəkmə.
  • Özündən güclü ilə vuruşma.
  • Özündən qolu güclüyə rast gəlməmisən.
  • Özündən yuxarı baxanda, özündən aşağı da bax.
  • Özünə baxma, sözünə bax.
  • Özünə bir iynə, yoldaşına çuvalduz.
  • Özünə düşmən öz dostunu itirəndir.
  • Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
  • Özünə qıymadığını, özgəyə də qıyma.
  • Özünə umac ova bilmir, özgəyə əriştə kəsir.
  • Özünə yeyər, özgəyə minnət qoyar.
  • Özünü alim istəyən, cahildən uzaq olar.
  • Özünü atan da birdir, özünü dartan da.
  • Özünü atan dizinə döyər.
  • Özünü başqasına nərdivan eləmə.
  • Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir.
  • Özünü gözə soxur.
  • Özünü günə verir.
  • Özünü qələmə verən axmaqdır.
  • Özünü öyən dizini döyər.
  • Özünü tanımayan Allahını da tanımaz.
  • Özünü tülkülüyə qoyub.
  • Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır.
  • Özünü yorulmuş bilsən, yoldaşını ölmüş bil.

İstinadlar[redaktə]