Bencamin Franklin
Vikisitat saytından
Bencamin Franklin — ABŞ siyasətçisi, diplomatı və alimi.
[redaktə] Sitatları
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
[redaktə] A
- Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər
[redaktə] B
- Bir bu gün iki sabaha dəyər!
- Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin.
- Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir.
- Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz.
- Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır!
- Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
[redaktə] C
- Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.
[redaktə] D
- Dəlilik eyni şeyi təkrar təkrar etmək və fərqli nəticə gözləməkdir.
- Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.
- Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.
[redaktə] Ə
- Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.
- Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!
- Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!
- Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!
- Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!
[redaktə] F
- Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!
[redaktə] G
- Görmək asantdır, əvvəldən görmək çətindir.
[redaktə] H
- Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.
- Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.
- Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
- Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!
[redaktə] İ
- İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.
[redaktə] K
- Kim səni özündən daha çox aldatdı?
[redaktə] Q
- Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər.
- Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır.
- Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.
- Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.
- Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
[redaktə] Ö
- Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirsəm , başqalarının dilinə necə hakim ola bilərəm...
[redaktə] P
- Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
- Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.
- Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun!
- Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın.
[redaktə] S
- Sülh belə, böyük pulla alınır.
[redaktə] Ş
- Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
[redaktə] T
- Tanrı, özlərinə kömək edənlərə kömək edər.
- Tez yatıb taz qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.
- Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər.
- Tənbəllik elə yavaş yavaş gedir ki, kasıblıq gəlib ona tez çatır.
[redaktə] Ü
- Üç adam bir sirri saxlaya bilər əgər ikisi ölübsə.
[redaktə] Y
- Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.
[redaktə] Z
- Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür.
- Zamanı gəldiyini düşündüyündə oğlunu evləndir, qızını isə ilk fürsətdə.