Blez Paskal
Vikisitat saytından
- Əgər hər kəs dost sandığı kəslərin bir də öz arxasından söyləmiş olduqlarını eşitsəydi, dünyada çox az dost qalardı.
- Qəbahətləri boynuna almamaq, səhvləri etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir.
- Qüvvətə söykənməyən ədalət aciz, ədalətə söykənməyən qüvvət zalımdır.
- Mənə filosofların deyil, peyğəmbərlərin xəbər verdiyi Allah gərəkdir.
- Tanrını tanımaq və onu sevmək arasında nə çox fərq vardır.
- Mən bu məktubu həmişəkindən daha uzun eləmişəm, çünki daha qısa etməyə vaxtım yoxdur.
- Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç bir zaman anlaya bilməz.
"Düşüncələr" əsərindən [redaktə]
- İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... ancaq insanlar nə haqda düşünür?
- Məni bu dünyaya kimin göndərdiyini bilmirəm, mən bilmirəm dünya nədir, mən kiməm, mən dəhşətli bir tərzdə hər şeydən bixəbərəm... haradan gəldiyimi bilmədiyim kimi, haraya gedəcəyimi də bilmirəm... budur mənim vəziyyətim: o acizlik, zəiflik, qaranlıqla doludur
- Mən ancaq qəlblərinin acısı ilə yazanları təsdiq edirəm.