Cübran Xəlil Cübran

Vikisitat saytından
Cübran Xəlil Cübran
Doğum tarixi 6 yanvar 1883
Doğum yeri Bişari
Vəfat tarixi 10 aprel 1931
Vəfat yeri Nyu-York
Dəfn yeri Bişari
Şəxsi veb-saytı
Vikipediya məqaləsi
İnsanın qəlbini və ağlını anlamaq üçün onun nələrə nail olduğuna deyil, nə istədiyinə baxın.

Cübran Xəlil Cübran - (1883-1931) - Livanlı yazıçı-esseist və rəssam.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağaclar torpağın göyə yazdığı şeirlərdir. Bizlər onları baltalayıb öz boşluğumuzu qeyd etmək üçün kağıza çeviririk.
  • Ağlınız və həvəsiniz dənizdə üzən ruhunuzun sükanı və yelkənləridir. Əgər yelkənləriniz cırılıbsa və ya sükanınız qırılıbsa, siz ancaq dalğalara minib axınla gedə və ya açıq dənizlərdə hərəkətsiz qala bilərsiniz. Çünki ağıl tək hökmranlıq məhdudlaşdıran qüvvədir; və bir ehtiras özünü yandıran bir alovdur.
  • Ağrınız idrakınızı əhatə edən qabığın qırılmasıdır... Və ürəyinizi həyatınızın gündəlik möcüzələrinə heyranlıqla saxlaya bilsəniz, ağrınız sevincinizdən daha az ecazkar görünməzdi.
  • Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür.
  • Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir.
  • Anlaşılmazlıq bəlkə də iki zehin arasındakı ən qısa yoldur.
  • Arxanı Günəşə çevirsən, kölgəndən başqa heç nə görə bilməzsən.
  • Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir.

B[redaktə]

  • Bəlkə də balıqqulağına görə dəniz inci deməkdir.
  • Bəlkə də kömür parçasına görə zaman demək, almaz deməkdir.
  • Bir dəfə kiçik bir çaya dənizdən bəhs etdim. Çay mənim şişirtməyi sevən xəyalpərəst olduğumu düşündü. Və bir dəfə də dənizə kiçik çaydan danışdım. Dəniz mənim hər şeyi kiçik görən yalançı olduğumu düşündü.
  • Bir növ qovuşmaqdır xatırlamaq; unutmaq - azadlıqdır.
  • Bir şeh damcısı üzərində düşünərək dənizin sirrini kəşf etdim.
  • Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı.
  • Birliyinizdə boşluqlar olsun, aranızda göylərin küləkləri rəqs etsin. Bir-birinizi sevin, amma sevgi bağı yaratmayın: Qoy ruhlarınızın sahilləri arasında hərəkət edən bir dəniz olsun. Bir-birinizin stəkanını doldurun, amma bir fincandan içməyin. Çörəyinizdən bir-birinizə verin, amma eyni çörəkdən yeməyin. Birlikdə oxuyun, rəqs edin və şən olun, ancaq hər biriniz tək qalın, Eyni musiqi ilə titrəsələr də, lavtanın simləri tək olduğu kimi. Ürəklərinizi verin, ammaözünüzü bir-birinizin ixtiyarına verməyin. Çünki yalnız Həyatın əli ürəklərinizi saxlaya bilər. Bir yerdə durun, amma çox da yaxın olmasın: Çünki məbədin sütunları bir-birindən ayrıdır, Palıd ağacı ilə sərv bir-birinin kölgəsində bitmir.
  • Böyük insanın iki ürəyi var: birindən qan axır, o biri dəyanətlə dözür.
  • Böyüklük ondadır ki, sən mənə mənim səndən daha çox ehtiyacım olan şeyi verəsən, lakin elə bir şeyi verəsən ki, özün bunsuz ötüşə bilmirsən.
  • Bu dünyada ən dəyərli qabiliyyət bəlkə başqa bir dünyada işə yaramaz.

D[redaktə]

  • Dostum, Günəşə bax, torpağa bax, suya bax, buluda bax; fəqət, arxana baxma. Kimin gəldiyi əhəmiyyətli deyil, kimin gəlmədiyi də.
  • Dünən biz padşahlara tabe olduq və imperatorların qarşısında baş əydik. Ancaq bu gün biz ancaq həqiqət qarşısında diz çökürük, yalnız gözəlliyə baxırıq və yalnız sevgiyə itaət edirik.

E[redaktə]

  • Evlilikdə Allahın səssiz xatirəsində belə, bir yerdə olacaqsınız. Ancaq yaxınlığınız həddindən artıq olmasın və cənnət küləkləri sizin aranızda rəqs etsin. Bir-birinizi sevin, amma sevgini zəncirlərə çevirməyin: daha doğrusu, ruhunuzun sahilləri arasında dalğalanan bir dəniz olsun. Birlikdə oxuyun, rəqs edin və həzz alın, ancaq ud simləri tək olduğu kimi, hər biriniz tək qalsın, baxmayaraq ki, onlardan eyni musiqi gəlir. [1]

Ə[redaktə]

  • Əgər ağırlıq və uzunluq ölçüləri mövzusunda qavrayışımız fərqli olsaydı, Günəşin önündə ehtiramla durduğumuz kimi atəşböcəyinin də önündə də eyni ehtiramla dayanardıq.
  • Əgər Allahı tanımaq istəyirsənsə, tapmacaların həlli olma. Əksinə, ətrafınıza baxın və Onun uşaqlarınızla oynadığını görərsiniz. Və kosmosa baxın; Onun buludda gəzdiyini, ildırımda qollarını uzadıb yağışda endiyini görəcəksən. Onun çiçəklər içində gülümsədiyini, sonra qalxıb ağaclarda əllərini yellədiyini görəcəksən.
  • Əgər qış, “Bahar mənim qəlbimdədir” desəydi, kim inanardı qışa?
  • Ən zəngin adamla ən kasıb adam arasındakı fərq bir günlük aclıqla bir saatlıq susuzluqdan başqa bir şey deyildir.
  • Əsl böyük insan odur ki, nə idarə edər, nə də idarə olunar.

F[redaktə]

Fikrimcə, yalnız bir universal din var ki, onun müxtəlif yolları Ulu Varlığın sevgi dolu əlinin barmaqlarından başqa bir şey deyil .
  • Fikrimcə, yalnız bir universal din var ki, onun müxtəlif yolları Ulu Varlığın sevgi dolu əlinin barmaqlarından başqa bir şey deyil.

G[redaktə]

  • Gözəllik aynada özünü seyr edən sonsuzluqdur.
  • Gözəllik təlabat deyil, ekstazdır.

H[redaktə]

  • Hamımız məhbusuq, amma bəzilərimiz pəncərəli, bəzilərimiz isə pəncərəsiz həbsxanadadır.
  • Heç kim sənə elmin şəfəqində artıq yarıyuxulu vəziyyətdə olandan başqa bir şey deyə bilməz. Məbədin kölgəsində, davamçılarının arasında gəzən müəllim, müdrikliyini deyil, imanını və məhəbbətini verir. Əgər o, həqiqətən də müdrikdirsə, sənə hikmət evinə daxil olmağı əmr etmir, əksinə, səni öz ağlının astanasına aparır.
  • Həqiqət parçalanmaz.
  • Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda sakitləşir, tarazda olursunuz.
  • Həqiqəti eşidən bu həqiqəti söyləyən qədər dəyərli insandır.
  • Həqiqəti həmişə bilmək və yalnız hərdən söyləmək lazımdır.
  • Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır.
  • Həyat tənhalıq dənizində bir adadır. Qayaları ümid, ağacları arzu, çiçəkləri tənhalıq, çayları susuzluq olan ada.
  • Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə.

İ[redaktə]

  • İki qadın danışanda heç bir şey danışmazlar; bir qadın danışanda bütün bir həyatı açıqlayar.
  • İlham, daim mırıldanar, əsla açıqlanmaz.
  • İnsan öz xəyalı və çatmaq istədiyi aləm arasında olan böyük məsafəni yalnız öz iradə və biliyinin köməyi ilə keçə bilər.
  • İnsanda iki insan var : biri qaranlıqda oyaq, digəri işıqda yatır.
  • İnsanın qəlbini və ağlını anlamaq üçün onun nələrə nail olduğuna deyil, nə istədiyinə baxın.
  • İnsanların vəfaları sənə deyil, sənə olan ehtiyaclarınadır. Sənə ehtiyacları dəyişincə, vəfaları bitər.

K[redaktə]

  • Kimyaçı qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmanlıq və əfv etmək kimi elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atoma çevirə bilər.
  • Kişi əli ilə qadın əlinə toxunduqda onlar hər ikisi əbədilik ürəyinə toxunurlar.
  • Kök, şöhrəti heç sayan bir çiçəkdir.

Q[redaktə]

  • Qarışqanın işgüzarlığını çəyirtkənin nəğməsindən üstün tutan baxış bucağı necə də dardır.
  • Qəlbimin möhürü necə açıla bilər, qırılmadan?
  • Qonaq-qara olmasaydı, hər bir ev qəbirstanlığa dönərdi.
  • Qürurlu olmaq - sənə lazım olduğundan az götürmək deməkdir.

M[redaktə]

Mənim və sizin üzləriniz maskalı olmayacaq; əlimiz nə qılınc, nə də əsa tutacaq və rəiyyətlərimiz bizi sülh içində sevəcək və bizdən qorxmayacaq.
  • Məhəbbət səni çağıranda onun ardınca get. Yolları çətin və sıldırım olsa da. Qanadlarını bağlayanda sən ona təslim olursan, Onun qanadları arasında gizlənmiş qılınc səni yaralasa da. O, səninlə danışanda ona inanın, Şimal küləyi bağçanı xaraba qoyan kimi səsi xəyallarınızı dağıda bilsə də. Çünki məhəbbət səni necə taclandırırsa, o da səni çarmıxa çəkəcək. O, sizin böyüməyiniz üçün olduğu kimi, budamağınız üçün də odur. Sənin hündürlüyə qalxıb günəşdə titrəyən budaqlarını şəfqətlə sığalladığı kimi, köklərinə də enəcək və onları yerə yapışaraq silkələyəcək... Amma əgər qorxu içində yalnız sevginin hüzurunu və məhəbbət ləzzətini axtararsansa, onda sənin üçün daha yaxşı olar ki, çılpaqlığını örtüb sevginin xırmanından, gülməli olduğun fəsilsiz dünyaya boylan, amma bütün gülüşlərinlə yox, və ya ağlayın, amma bütün göz yaşlarınızla deyil. Sevgi özündən başqa bir şey vermir və özündən başqa bir şey götürmür. Məhəbbət sahib deyil və sahiblənməyəcək də; Çünki sevgi sevmək üçün kifayətdir. Və düşünmə ki, sevginin gedişatını istiqamətləndirə bilməzsən, əgər o səni layiq görürsə, sənin yolunu istiqamətləndirir. Sevginin özünü həyata keçirməkdən başqa istəyi yoxdur. Əgər sevirsənsə və arzuların olmalıdırsa, qoy bunlar sənin arzuların olsun: əriyib gecəyə öz melodiyasını oxuyan axar çay kimi olmaq. Həddindən artıq incəliyin acısını bilmək. Öz sevgi anlayışınızdan yaralanmaq; Və həvəslə və sevinclə qan tökmək.
  • Mələklər və şeytanlar məni də ziyarət edirlər, amma mən onları başımdan edirəm. Əgər gələn mələkdirsə ona köhnə bir dua oxuyuram, bezib gedir. Yox, əgər gələn şeytandırsa ona köhnə bir günahı təkrarlayıram, məndən tez uzaqlaşır.
  • Mən danışandan susmağı, dözümsüzdən tolerantlığı, mərhəmətsizdən xeyirxahlığı öyrənmişəm; hələ də qəribədir, mən o müəllimlərə nankoram.
  • Mən əzəldən var olmuşam və budur, buradayam; və mən zamanın sonuna qədər mövcud olacağam, çünki mənim varlığımın sonu yoxdur.
  • Mənə qulaq verin ki, sizə səs verə bilim.
  • Məni ağlamayan hikmətdən, gülməyən fəlsəfədən və uşaqların qarşısında baş əyməyən böyüklükdən uzaq et.
  • Mənim içimdəki həyatın səsi, sənin içindəki həyatın qulağında eşidilməz; amma yenə də biz özümüzü yalnız hiss etməmək üçün danışaq.
  • Mənim və sizin üzləriniz maskalı olmayacaq; əlimiz nə qılınc, nə də əsa tutacaq və rəiyyətlərimiz bizi sülh içində sevəcək və bizdən qorxmayacaq.

N[redaktə]

  • Necə də nəcib bir davranış olardı qəlbi sevinclə dolu birinin oxuduğu şərqini kədərli birinin müşayiət etməsi.
  • Necə qəribədir ki, bir cəmiyyət olaraq, ağlı yavaş olana deyil, ayağı yavaş olana; ürəyi kor olana deyil, gözü kor olana yazığımız gəlir.

O[redaktə]

  • Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir.

P[redaktə]

  • Poeziya sevinc, ağrı, heyrət axını və lüğətdən götürülmüş bir qədər sözdür.

R[redaktə]

  • Ruhlar güclü olanda idarə edir, zəif olanda isə onları başqaları yönəldir.

S[redaktə]

  • Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər. Bunun üçün ya Günəşin altında çılpaq rəqs edəcəksən, ya da öz çarmıxını daşıyacaqsan.
  • Sahibsinizsə ona sahib çıxmağınıza gərək yoxdur.
  • Sevgi iki aşiq arasında pərdədir.
  • Sevgi və şübhə heç vaxt bir-biri ilə birgə ola bilməz.
  • Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. [2]
  • Sən eşitdiklərinə inanırsan; söylənməyənə inan! Çünki insanın səssizliyi, sözlərdən daha yaxındır həqiqətə.
  • Sənət-təbiətdən sonsuzluğa atılan addımdır.
  • Sfinks mənimlə sadəcə bir dəfə danışdı və dedi: “Bir qum dənəsi çöldür və çöl bir qum dənəsidir və indi təkrar hamımız birdən səssizliyə qərq olaq”. Sfinksi eşitdim, amma nə demək istədiyini anlaya bilmədim.
  • Sirrini küləyə açırsansa, küləyi, sənin sirrini açdığına görə günahlandırmamalısan.

Ş[redaktə]

  • Şeir qanı axan yaranın və ya gülümsəməyən dodaqların nəğməsidir.
  • Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. [3]

T[redaktə]

  • Təbiətdə hər şey analığın rəmzini daşıyır. Günəş yer üzünün anasıdır: öz isti nəfəsi ilə dünyanı qızdırır, öz işığı ilə ona sığal çəkir, dəniz dalğaları, çayların zümzüməsi, quşların cəh-cəhi ilə ona layla çalır. Yer kürəsi ağacların, çiçəklərin anasıdır: onları dünyaya gətirir, bəsləyir və vaxtı çatanda döşdən ayırır; güllər və ağaclar daöz növbəsində şirin meyvələrin və həyatverici toxumların anasıdır: bütün varlıqlar, bütün anaların anası isə əbədi gözəllik və məhəbbətlə dolu kamil, ölməz və yenilməz olan ali Ruhdur.

V[redaktə]

  • Var-dövlət insan münasibətlərinin mənbəyidir, əmək və səyin nəticəsində əldə edir.
  • Və düşünmə ki, sevginin gedişatını istiqamətləndirə bilməzsən, çünki sevgi səni layiq görürsə, sənin yolunu istiqamətləndirir.

Y[redaktə]

  • Yalnız sirr saxlayan ürəklər ürəklərimizin sirrini dərk etməyə qadirdir.

İstinadlar[redaktə]

  1. [1] Цитаты и афоризмы.
  2. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh. 417