Corc Kurzon
Görünüş
Corc Kurzon | |||
Doğum tarixi | 11 yanvar 1859 | ||
Doğum yeri | Kedleston Hall | ||
Vəfat tarixi | 20 mart 1925 | ||
Vəfat yeri | London | ||
Dəfn yeri | Derbişir, All Saints Church, Kedleston | ||
|
Corc Kurzon (1859–1925) — İngilis dövlət xadimi və diplomatı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə
[redaktə]- Əfqanıstan Asiya üçün döyüş meydanı olub, var və olacaq.
- Əsrin ən mühüm silahlı münaqişələri adətən sərhədlərdən qaynaqlanırdı. Şəxsi ünsürün adətən üstünlük təşkil etdiyi dini müharibələr, əhd-peyman qarşıdurmaları, üsyanlar, daha böyük şöhrət uğrunda döyüşlər, sülalə intriqaları və ya ambisiyaların toqquşmaları tədricən dövlətin və ya krallığın genişlənməsi səbəbindən baş verən sərhəd müharibələri ilə əvəz olundu. Yaşayış üçün daha az yer qalmışdı, ona görə də bir ölkənin maraqları və ya ambisiyaları digərinin istəkləri ilə şiddətlə toqquşurdu.
F
[redaktə]- Fransızlar pələng atmağa gedən adamlar deyil.
T
[redaktə]- Türklər Avropadan qovulmalıdır. Amerikalı senator Lojanın dediyi kimi, İstanbul türklərdən tamamilə alınmalı, vəba toxumu olan, müharibələrin yaradıcısı olan türklər, qonşularına lənət olan türklər isə bu şəhərdən silinməlidir. Avropa. Türklər Asiyanın hindliləridir, taleyi də onlar kimi olacaq.
- (4 yanvar 1920-ci ildəki[1] qeydlərindən)
- Türkiyə səhnədən silinir deyə kədərlənəsi deyilik!
- (Osmanlı dövlətinin sülh günlərində)
Mübahisəli
[redaktə]- Gerçək budur ki, bu kitab (Quran) şərq ölkələrində var olduqca, bizim oralarda tutunmamız qeyri-mümkündür.
- (Bu cümle üçün ingilis dilində mənbə yoxdur.)
İstinadlar
[redaktə]- ↑ İngiliz Gizli Belgelerinden (Lord Curzon'un notları, Sayfa No: 992, Belge: 646) aktaran: Ulubelen, Erol, s. 200