Daniel Defo
Görünüş
Daniel Defo | |||
Doğum tarixi | 1660 | ||
Doğum yeri | London | ||
Vəfat tarixi | 24 aprel 1731 | ||
Vəfat yeri | Murfilds | ||
Dəfn yeri | Banhill-filds | ||
|
Daniel Defo (doğum adı: Daniel Fo; 1660–24 aprel 1731) — İngilis yazıçısı və publisisti. Əsasən "Robinzon Kruzo" romanının müəllifi kimi tanınır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aclıq hətta şirləri ram edir.
- Aclıq nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar.
- Adətən, gənclər illər sonra öz ağılsızlıqlarına əmin olur və bir qayda olaraq, əldə etdikləri bu təcrübə onlar üçün baha başa gəlir.
- Ağıllanmaq heç vaxt gec deyil.
- Ağıllı insanlar cəmiyyətin qan damarıdır.
- Ağıllı kişi üçün qadının zəifliyindən sui-istifadə etmək iyrənc olduğu kimi, ağıllı və tərbiyəli qadın üçün də kişinin hüquqlarına qəsd etmək iyrəncdir.
- Axmaq ona görə axmaqdır ki, ağıllı məsləhətlərə qulaq asmır.
- Amma, görünür ki, axmaqlıq etmək gənclərin, onların ağılsızlığını pisləmək isə həyatı bahasına əldə edilmiş təcrübəyə malik yetkin insanların qismətidir.
- Avaraçılıq qədər insanı alçaldan şey yoxdur.
- Azadlığa nail olmaq üçün kim öz son gücünü əsirgəyər!
B
[redaktə]- Bədənə yerləşdirilən ruh cilalanmamış almaz kimidir. Əgər o cilalanmasa parıldamaz. Aydındır ki, ağıl bizi heyvanlardan fərqləndirir və savadlılıq bu fərqi daha da artırır və başqalarına nisbətən, heyvanlardan daha da uzaqlaşmağımıza kömək edir.
- Bəli, ağıllı bir insanla bədbəxt ola bilərsiniz, axmaqla xoşbəxt isə heç vaxt.
- Bir qoyun sürüsünün başında bir aslan olması, bir aslan sürüsünün başında bir qoyun olmasından daha yaxşıdır.
- Bir nəfər üçün xilasedici şey başqası üçün öldürücü ola bilər.
- Bir sözlə, təbiət, təcrübə və təfəkkür mənə dünya mallarının bizim ehtiyaclarımızı ödəyə biləcəyi dərəcədə dəyərli olduğunu və nə qədər sərvət toplamağımızdan asılı olmayaraq onlardan yalnız istifadə edə biləcəyimiz qədər zövq ala biləcəyimizi öyrətdi.
- … Biz həmişə indiki vəziyyətimiz pis olmayana qədər indiki vəziyyətimizi görmürük, bir şeyi itirməyincə onu qiymətləndirmirik.
- Biz sakitliyi qiymətləndirməyi yalnız onu itirəndə bacarırıq.
- Bizim hamımız dulusçunun əlindəki gil kimiyik: O gil ki, ondan düzəldilən heç bir qab "sən məni niyə bu formada yaratdın?" demək hüququna malik deyil.
- Bu gün sabah nifrət edəcəyimiz şeyləri sevirik; bu gün sabah nədən çəkinəcəyimizi axtarırıq.
- Bütün kitab başdan ayağa"dediyim kimi"dən ibarətdir.
Ç
[redaktə]- Çox vaxt itirilən bir sevincin həsrəti dünyanın bütün digər ləzzətlərinə kölgə sala bilər.
D
[redaktə]- … Dostlarsız qalmaq, yoxsulluqdan, bədbəxtlikdən sonra ən acı şeydir.
- Dostu ona ən az rast gələ biləcəyiniz yerdə tapacaqsınız.
- Düşünəndə ki, daha pis ola bilər, o zaman hər cür pislikdə yaxşı şeylər tapmaq olar.
E
[redaktə]- Ehtiyac fərasəti inkişaf etdirir.
- Ehtiyac vicdanlı insanı fırıldaqçıya çevirir və əgər dünya hamı tərəfindən qəbul edilmiş dürüstlük anlayışına görə mühakimə etməyə başlasaydı, o zaman namuslu insan heç də insanların arasında olmazdı. Heç kim pislik üçün pislik etməz; hətta şeytanın özü də pislik edəndə özünəməxsus niyyətə malikdir və şər özü öz məqsədinə xidmət etmir. Heç kim bir cinayətdə elə bir dərəcədə sərtləşə bilməz ki, onu ləzzət naminə törədə bilsin; Hər pisliyin öz cəzası vardır. özünü sevmək, qürur, xəsislik varlıları fırıldaqçıya çevirir, ehtiyac isə kasıblara da elə gəlir.
Ə
[redaktə]- Əgər rifahınız sizin üçün əzizdirsə, xoşbəxt evliliyə ümid edirsinizsə, malınızı- mülkünüzü qoruyub saxlamaq istəyirsinizsə, axmaq adama ərə getməyin! Kimə istəyirsiniz gedin, amma axmaq adama yox.
- Əgər yaxşı axtarsanız, hər bir vəziyyətdə təsəlliverici bir şey tapa bilərsiniz.
- Əsl böyüklük, özünə hakim olmaqdır.
F
[redaktə]- Fiziki xəstəlik bədəni zəiflədən xəstəlik olduğu kimi, qorxu da ruhu zəiflədən xəstəlikdir.
H
[redaktə]- Hakimiyyət və bolluq həmişə mübahisələr doğurur.
- Hakimiyyəti ələ keçirmiş alçaq və cahil insanlardan kədərli bir mənzərə yoxdur. O hakimiyyət ki, o, bu cür insanların əxlaqını pozur və əzab verilən insanlara qarşı hissiyyatsız edir. Başqalarının bədbəxtliyi onlara heç bir fayda gətirməsə də, onlar bu bədbəxtliyə gülürlər.
- Həqiqəti dərk etmiş insana günahdan xilas olma əzablardan xilas olmadan daha çox xoşbəxtlik gətirir.
- Həqiqi böyüklük özünə hakim olmaqdır.
- Hər bir varlığı qidalandıran təbiətin özü bizə nemətlərdən necə istifadə etməyi öyrədir.
- Hər bir vəziyyətdə təsəlli olacaq nəsə tapmaq olar, sadəcə yaxşı axtarmaq lazımdır.
- Hər şeyi ağlı ilə götür-qoy edən, ölçüb- biçərək ağıllı mühakimə yürüdən hər kəs müəyyən müddətdən sonra istənilən sənətə yiyələnə bilər.
- … Hətta padşahlar çox vaxt böyük işlər üçün doğulan insanların acı taleyindən şikayətlənir və taleyin onları miskinliklə böyüklük arasındai yerləşdirməməyinə təəssüflənir. Dua edən müdrik insan da yoxsulluq, zənginlik üçün yox, həqiqi xoşbəxtlik meyarı olan orta vəziyyət üçün dua edir.
X
[redaktə]- Xahiş edildikdə güzəştə gedən qadınlar xahiş edilməmişdən qabaq güzəştə gedən qadınlardan bir baş ucadır.
İ
[redaktə]- İnsan həyatı bir oyuncaq kimidir! Qəribə də olsa, bizim həvəslərimizi idarə edən gizli yaylar şəraitə uyğun dəyişir! Sabah nifrət edəcəyimizi bu gün sevirik, sabah xilas olmaq istədiyimizi bu gün axtarırıq, bu gün istədiyimiz sabah bizi lərzəyə salır.
- İnsan, xüsusilə də xoşbəxt olduğunu təsdiq edəndə və öz ağlı ilə yaşaya biləcəyini hesab edəndə uzağı görməyən bir varlıqdır. O, əldə etdiyi şeylə sakitləşmək müdrikliyindən uzaq olur.
- İnsan müdrikliyinin ən yüksək dərəcəsi şəraitə uyğunlaşmaq və xarici təsirlərə qarşı sakitliyini saxlamaqdadır.
- İnsan nə qədər bədbəxtdirsə, bir o qədər əyləncəyə ehtiyacı var.
- İnsan təbiəti belədir: ən pis vəziyyətə düşməyincə mövqeyimizi əsla görmürük və malik olduğumuz nemətlərdən məhrum olmayınca onları dəyərləndirmirik.
- …İnsanlar ətrafdakı insanlardan daha bədbəxt olmalarına dözə bilmir və qeyri-ixtiyarı olaraq ətrafdakıların da onlar kimi bədbəxt və xəstə olmasını arzulayırlar.
- İnsanlar günah etməkdən yox, peşmançılıqdan, ağılsız hərəkətlərdən yox, ağıllanmaqdan, hörmətə layiq və ağıllı həyat yaşamaqdan utanırlar.
- İnsanlar öz səhvlərini yalnız ağır vəziyyətə düşəndə aydın dərk edirlər.
K
[redaktə]- Kədəri sözlərlə, göz yaşları ilə ifadə etmək onu özündə gizlətməkdən daha asandır.
Q
[redaktə]- Qəfil sevinc kədər kimidir: ağlı çaşdırır.
- Qorxunun təsiri altında olan insan necə də gülünc qərarlar verir. Qorxu, ağılın bizə təklif etdiyi vasitələrdən istifadə etmək bacarığını belə əlimizdən alır.
M
[redaktə]- Macəra axtaranlar, yaxud itirməyə heç nəyi olmayan və özünə yüksək mövqe yaratmaq istəyən şöhrətpərəstlər vətəni tərk edirlər. Onlar adi həyat çərçivəsindən çıxan müəssisələrə baş vurur və işlərini sahmana salmağa, adlarını şöhrətlə bəzəməyə çalışırlar.
- Maddi nemətlərdən pis istifadə çox vaxt böyük fəlakətlərə aparan düzgün yol olur.
- Məgər bizim qorxmağa haqqımız çatırmı? Axı, gələcəkdə bizi nə gözləsə də, hər şey indiki həyatımızdan daha yaxşı olacaq və buna görə də bu vəziyyətdən hər hansı bir çıxış yolunu, hətta ölümü belə xilas hesab etməliyik.
- Məhrum olduğumuz barədə bütün şikayətlərimiz malik olduğumuza minnətdar olmamağımızdan irəli gəlir.
- Mənim həyatım daha da kədərli ola bilərdi.
- Mərhəmətlik adı altında qüsurun gizləndiyi hallar azmı olur?
- Mübahisə etməyin mümkün olmadığı iki cür insan var: ağıllılar və axmaqlar.
N
[redaktə]- Nə ilə nəticələndiyini və bu işi başa çatdırmaq üçün kifayət qədər gücün olduğunu bilmədən bir işə başlamaq axmaqlıqdır.
O
[redaktə]- Orta təbəqəyə aid olanlar ən dinc həyat yaşayırlar. Əmin-amanlıq və rifah, çox zəngin olmayan və çox kasıb olmayanları müşayiət edir. Orta təbəqəyə mənsub olmaq insanlara sakit və rahat, deməli, xoş hisslərlə yaşamağa imkan verir.
Ö
[redaktə]- Ölüm bizim hamımızı barışdıracaq. O biri dünyada biz yenidən bir-birimizə qardaş olacağıq. Ümid edirəm ki, hər cür partiya nümayəndəsi, hər cür əqidə sahibi cənnətə düşəcək və orada nə xürafat, nə şübhələr olacaq və bizim hamımız vahid bir fikirə malik olacağıq.
- Öz xoşbəxtliklərini ucuz tutan, qızlıqlarına həddindən artıq aludə olan və özlərinin etiraf etdiyi kimi, ilk qarşılarına çıxanla getməyə və döyüş atları döyüşə can atdığı kimi, nikaha girməyə hazır olan qadınlara nə deyim? Dəlilərə necə dua edilirsə, onlar üçün də o cür dua etmək lazımdır. Belə qadınlar mənə bütün sərvətini lotereyaya verib yüz min boş, yəni uduşsuz bilet udanları xatırladır.
- Öz tənhalığımı düşünərkən ağladım, amma xatırladım ki, göz yaşları bədbəxtliyi heç vaxt dayandırmayacaq və yoluma davam etməyə qərar verdim.
P
[redaktə]- Pişiyi olan tənhalıqdan qorxmaya bilər.
S
[redaktə]- Sizin həyatınızı xilas edərkən, mən də istərdim ki, siz də mənim kimi hərəkət edib mənim həyatımı xilas edəsiniz.
Ş
[redaktə]- Şeytanı aldatmaq günah deyil.
- Şöhrətpərəstlik — insanın sevimli ehtirasıdır.
- Şübhəli anlarda və tərəddüd edəndə insan çaşıb qalır və hansı yolla gedəcəyini bilmir, amma o bir yol seçir və seçdiyi yolla getməyə hazır olanda, daxili bir səs onu bu yoldan saxlayır. Baxmayaraq ki, hər şey-təbii meyllər, simpatiya, sağlam düşüncə, hətta aydın dərk edilmiş müəyyən məqsəd onu bu yola çağırır, amma ruhu onu bu yolla getməyə qoymayan hansısa görünməz bir qüvvənin təsiri altından çıxa bilmir. Amma sonra məlum olur ki, əgər o, əvvəlcə seçdiyi və şüuruna görə seçməli olduğu yolla getsəydi, bu onun ölümünə səbəb olardı…
T
[redaktə]- Təbiətcə insana xas olan minnətdarlıq hissi fəzilətlər sırasına aid deyil və insanlar öz əməllərində öhdəliklərinə düşən vəzifəyə uyğun yox, tamahkarlıqlarına görə hərəkət edirlər.
- Təhlükə qorxusu həmişə təhlükədən daha pisdir və pislik gözləmək pisliyin özündən on min dəfə pisdir.
- Təhlükə qorxusu təhlükənin özündən on min dəfə qorxuludur.
- Tərəddüd anlarında daxili səsin təlqininə cəsarətlə əməl et, onu eşit və verdiyi məsləhətlə hərəkət et.
Ü
[redaktə]- Ümidsizlik, yalnız başımıza gələn bəlanın şiddətini artırır; tələf olmaq istəyən isə tələf olacaq.
V
[redaktə]- Vücudu öldürəndən çox, ruhu öldürəndən qorxun.
Y
[redaktə]- Yaxşı idarəetmə zamanında (dəniz quldurlarının idarəetməsinə bənzər) ali hakimiyyət yenə də bütün cəmiyyətə məxsusdur və o, istənilən rəhbəri istədiyi kimi təyin edə bilər, yaxud dəyişə bilər.
- Yaxşı məsləhətçi bir insanı yenidən həyata qaytara bilər. O, zəif ürəklərdə cəsarət və ağlıda isə necə hərəkət etmək bacarığını oyadır.