Demokratiya
Vikisitat saytından
- Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır. - Viktor Hüqo
- Demokratiyanın qüsurları, yenə demokratiya ilə bağlanılır. - Alfred Smit
- Demokratiya despotizmin ən irəli şəklidir. - Aristotel
- Demokratiya şərhlə idarə etməkdir. - Artur Ceyms Balfur
- Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm; mənim demokratiya anlayışım budur. - Avraam Linkoln
- Niyə amerikalıların törətdikləri dağıntılar azadlıq və demokratiya, onlara qarşı müqavimət isə terrorizm və fanatik dözümsüzlükdür? - Üsamə bin Laden
- Gerçək demokratiya heç bir zaman var olmamışdır və olmayacaq da. - Jan Jak Russo
- İctimai demokratiya xalqın xalq tərəfindən xalq üçün çətin vəziyyətə salınmasıdır. - Oskar Uayld
- Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. - Heydər Əliyev