Epikür
Vikisitat saytından
- Bütün nemətlərin başlanğıcı və son həddi ağıldır.
- Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir.
- Hər istək qarşısında insan özünə sual etməlidir: Bu istək əldə edilərsə nə olar, əldə edilməzsə nə olar?
- Qanunlar müdriklər üçün qoyulmuşdur, amma haqsızlıq etməsinlər deyə deyil, haqsızlığa uğramasınlar deyə.
- Möhür bal mumunda necə iz buraxsa, əşya da insanda elə iz buraxar.
- Məlumatın məqsədi; insanı məlumatsızlıq və boş inanclardan Tanrı və ölüm qorxusundan qurtarmaqdır. Və bu olmadan xoşbəxt olmağa imkan yoxdur.
- Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq.
- Zövq xoşbəxt bir həyatın başlanğıcı və məqsədidir.