Frenk Kapra

Vikisitat saytından
Frenk Kapra
Doğum tarixi 18 may 1897
Doğum yeri Bisacquino
Vəfat tarixi 3 sentyabr 1991
Vəfat yeri La Quinta
Dəfn yeri Coachella Valley Public Cemetery
Vikipediya məqaləsi

Frenk Kapra (Bisacquino, İtaliya, 18 may 1897 - La Quinta, Kaliforniya, 3 sentyabr 1991) üç dəfə Oskar mükafatlı italyan mənşəli ABŞ rejissoru

Frank Kapra



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Ç[redaktə]

  • Çəkilişlərin əvvəlində özümü rinqə çıxmazdan əvvəl artıq yorulmuş, həddindən artıq məşq etmiş bir boksçu kimi hiss edirdim.

D[redaktə]

  • Dramın mənasını başa düşmədim. Düşünürdüm ki, dram aktyorlar ağlayanda ortaya çıxır. Amma dram tamaşaçılar ağlayanda baş verirmiş.

F[redaktə]

  • Film çəkmək qərarlar verməkdir.
  • Film üç universal dildən biridir ... digər iki dil: riyaziyyat və musiqidir.

H[redaktə]

  • Hər uğurlu kişinin arxasında heyrətlənmiş bir qadın dayanır.
  • Həvəskarlar yaxşı havada əylənmək üçün oynayırlar. Peşəkarlar fırtınada qalib gəlmək üçün oynayırlar.

K[redaktə]

  • Kamera hərəkətləri və möhtəşəm kadrlarla özlərini gözəl edən rejissorlar, sonda yalnız özlərini göstərirlər.
  • Kino üç universal dildən biridir, digər ikisi: riyaziyyat və musiqi.

P[redaktə]

  • Pis film yaxşı ssenari ilə çəkilə bilər, amma yaxşı film pis ssenari ilə çəkilə bilməz.

S[redaktə]

  • Soğan bizi ağladır. Amma bizi güldürən tərəvəz hələ icad olunmayıb.

Ş[redaktə]

  • Şəfqət iki tərəfli bir yoldur.

T[redaktə]

  • Tamaşaçı eyni anda eşidə və düşünə bilməz.

Y[redaktə]

  • Yaxşı ssenari ilə pis film çəkilə bilər, amma pis ssenari ilə yaxşı bir film çəkilə bilməz.

İstinadlar[redaktə]