Fridrix Şiller
Görünüş
Fridrix Şiller | |||
Doğum tarixi | 10 noyabr 1759 | ||
Doğum yeri | Marbax-am-Nekkar | ||
Vəfat tarixi | 9 may 1805 | ||
Vəfat yeri | Veymar | ||
Dəfn yeri | Jacobsfriedhof Weimar, Veymar knyaz türbəsi | ||
|
İohann Kristof Fridrix Şiller (1759–1805) — alman dramaturqu və şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlı olmayana bütün dünyanın zəkası da kömək edə bilməz.
- Amal yüksək olduqca insan da yüksəlir.
B
[redaktə]- Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
- Baş ürəyi tərbiyə etməlidir.
- Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər.
- Böyük ruhları eşq daha da böyüdür.
- Böyük uğur sahibləri kiçik işləri dəqiqliklə yerinə yetirməkdə səbr edən insanlardır.
- Bu gün günəş mənə işıq saçırmı ki, dünəni düşünüm?
C
[redaktə]- Cəsarət həyatı heçə sayar, vicdanı deyil.
D
[redaktə]- Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük.
- Dünya tarixi dünya məhkəməsidir.[1]
- Dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır.
- Düşmənçilik və nifrət xalqı tənəzzülə aparır.
Ə
[redaktə]- Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır.
- Əgər mən sevirəmsə, özümü sevdiyim obyektlə zənginləşdirirəm.
- Əgər özünü öyrənmək və bilmək istəyirsənsə, başqalarına və onların işinə bax.
- Əslində, tənha ikən tənha olmuram.
G
[redaktə]- Göy gurultusu hava üçün necədirsə, xəyalların puç olması da insan ruhu üçün elədir.
- Göz yaşları biçmək istəməyənlər sevgi əksinlər.
- Gözəllik özü də məziyyətdir, gözəl qadın qüsurlara malik ola bilməz.
- Günahlar artdıqca həya azalır.[2]
H
[redaktə]- Heç bir şeyə cəsarət edə bilməyən, heç bir şeyə ümüd bəsləməsin.
- Heç nədən qorxmayan adam qarşısında hamının tir-tir əsdiyi adamdan az qüdrətli deyildir.
- Həqiqi sevgi bütün əzablara dözməyə kömək edir.
X
[redaktə]- Xudpəsəndlik -canlı varlığın ən böyük yoxsulluğudur.
İ
[redaktə]- İmanın qarşısında təbiətin səsi kəsilir.
- İncəsənət gəncliyə tərbiyə, qacalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir.
- İnsana nifrət — kiçik intihardır.
- İnsanı böyük və ya kiçik, uğurlu və ya uğursuz, xoşbəxt və ya bədbəxt edən onun öz iradəsidir.
- İnsanı ömründə peşmançılıq əzabı qədər daxilən tərbiyə edən başqa bir hiss yoxdur…
- İnsanın insaniyyəti onun ana dilinə olan münasibətində aydın görünür.
- İnsanın kamilliyi onun hiss və mənəvi qüvvələrinin birliyindədir.
- İt həyatın tələbidir, müdriklik onun məktəbi.
K
[redaktə]- Kainat Allahın fikridir.
Q
[redaktə]- Qəlbi açıq olan adamın üzü də açıqdır.
- Qəlbimizdən ucalan bir səs hər zaman deyir ki, insan yalnız ucalmaq üçün dünyaya gəlir.
- Qohumlar ağıl gücü baxımından oxşar olanların hamısıdır.
M
[redaktə]- Maariflənmiş ağıl əxlaqi hissləri zənginləşdirir; baş qəlbi tərbiyə etməlidir.
- Məndən soruşsalar ki, niyə ürəyimdə din yoxdur, cavab verəcəm ki, mən onu itirmişəm, günahkar dindir.
- Müdrikliyiniz ağ saçların müdrikliyi olsun, amma ürəyiniz — məsum uşaqlığın ürəyi olsun.
Ö
[redaktə]- Özündən nəyisə aldıqda nifrət edirəm; mən sevəndə sevdiyim ilə zənginləşirəm.
- Özünə məftunluq canlı varlığın ən böyük yoxsulluğudur.[3]
P
[redaktə]- Pul işlənməyə başlayandan insanlar oz rahatlığını itirib.
S
[redaktə]- Sabahlar üçün insanların bir az qorxuları, bir az ümüdləri və bir az da cəsarətləri olmalıdır.
- Sevgi birliyə, eqoizm təkliyə aparar.
- Sevgi təbiətdə yeganədir ki, hətta təxəyyül gücü də dibi tapmır və hədləri görmür!
- Sərf edilmiş dəqiqəni hətta əbədiliyin özü də geri qaytara bilməz.
T
[redaktə]- Təbiətin başqa sahələrində olduğu kimi, insanın da arzu və istəklərini müşahidə edən böyüdücü şüşə olsaydı, o zaman bir sıra insanların fiziki qüsurlara görə dar vətəndaşlıq sferasında və qanunların dar çərçivəsində boğulmağa məcbur olduğunu, nəhayət, onların cəmiyyətdə qorxunc tənhalıqla üzbəüz qaldığını görəndə adam istər-istəməz dəhşətə gəlməyə bilməzdi…
V
[redaktə]- Vay o adamın halına ki, o, həqiqətə cinayət yolu ilə çatmaq istəyir, bu heç vaxt ona sevinc gətirməz.
Y
[redaktə]- Yaxşı aktyor üçün pis rol yoxdur.
- Yaşamağı da, yaşatmağı da bil.
- Yüksəlməyin ən alçaq forması zəiflərin belinə çıxaraq yüksəlməkdir.
İstinadlar
[redaktə]- ↑ [1] Цитаты и афоризмы.
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.214