Həsən Əliyev

Vikisitat saytından
Həsən Əliyev
Doğum tarixi 15 dekabr 1907
Doğum yeri Comardlı
Vəfat tarixi 2 fevral 1993
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


E[redaktə]

  • Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri mümkündür.

Ə[redaktə]

  • Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür.

H[redaktə]

  • Həqiqi sahibi olmayan torpaq yetimdir.

Q[redaktə]

  • Quş aləmi təbiətin ən canlı, poetik hissəsidir.

M[redaktə]

  • Meşə, su, var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz.
  • Mübaliğəsiz demək olar ki, Göygöl dünyanın gözəl guşələrinin ən gözəlidir.

T[redaktə]

  • Təbiət elə sənət əsəridir ki, burada nisbilik anlayışı yalnız duyğusuzlara şamil edilməlidir.
  • Təbiət musiqi mənbəyi, şer, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır.
  • Təbiət saysız-hesabsız nadir, gözəl abidələrin “müəllifidir”.
  • Təbiətə münasibətdə yubanmaq - yaşamağa yubanmaqdır.
  • Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz.
  • Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti torpaqdır.
  • Torpaq anadırsa, su övladdır. Meşənin bu övladsız dodağı çat-çat olub yanacaq, diri gözlü “ölüyə” dönəcək.
  • Torpaq Vətən deməkdir və milyonlara öz döşündən süd vermişdir.

Xarici keçidlər[redaktə]

Vikianbarda Həsən Əliyev ilə əlaqəli mediafayllar var.