Həsən bəy Zərdabi

Vikisitat saytından
Həsən bəy Zərdabi
Doğum tarixi 28 iyun 1837
Doğum yeri Zərdab
Vəfat tarixi 28 noyabr 1907
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi

Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, Zərdab, Göyçay qəzası, – 28 noyabr 1907, Bakı. — Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi[1]. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başlar qələm səhifeyi-əxbarı yazmağa,
    Əhli-sədaqətin bu da özgə dinidir.
  • Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik.
  • Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir.
  • Bizim sabiq “cəmiyyəti xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil…
  • Bütün nemətlər içərisində ən gözəli və ən dəyərlisi torpaqdır. ona qayğı bəsləməklə xalqın güzəranını yaxşılaşdırmaq mümkündür.

D[redaktə]

  • Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünya görüşünü tamamilə dəyişdirə bilərik.
  • Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər…
  • Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin, biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər…

E[redaktə]

  • Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq…

Ə[redaktə]

  • Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: - Müəllimlik! [2]

F[redaktə]

  • Fiziki əmək xəstəlikləri müalicə edir, şərə qalib gəlir, insanda əxlaqi intibah əmələ gətirir.

H[redaktə]

  • Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb xab-qəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim.
  • Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır.
  • Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün.
  • Hər kəs xoşbəxt olmaq istəyirsə, həmişə gərək salamat olmağa çalışsın. Çünki xoşbəxtlik mal-dövlət ilə deyil, bədənin salamatlığı ilədir. Həzm etməyən mədəyə, yara düşən ciyərə mal-dövlətdən nə fayda.

İ[redaktə]

  • İnsan ətrafında olan şeyləri və dünya ilə olan münasibətini həvasi xəmsə vasitəsilə dərk edir. Həvasi xəmsənin əvvəlincisi qüvveyi basirədir ki, gözlərin vasitəsilə, ikincisi qüvveyi samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü qüvveyi şammədir ki, burun vasitəsilə, dördüncüsü qüvveyi zaiqədir ki, dil vasitəsilə və beşincisi qüvveyi lamisədir ki, bədənin dərisi vasitəsilə dərk olurlar.
  • İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun buna dil verin: türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin.

K[redaktə]

  • Kim özünü xalqın maariflənməsinə həsr edirsə, mükafatı özündə tapır, öz vicdanını təmizləyir.

Q[redaktə]

  • Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir.
  • Qəzetənin ümdə muradı mübahisədir ki, aqil kəslər bir böylə mübahisə edib işləri xəlqə bəyan etsinlər.
  • Qəzetin borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq nikü-bədindən xəbərdar olub, onun əlacının dalınca olsun.[3]
  • Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan.

L[redaktə]

  • Lovğa və təkəbbürlü adamı heç vaxt əxlaqlı adam hesab etmək olmaz.

M[redaktə]

  • Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur.

N[redaktə]

  • Nə qədər biz avamıq, bizi aldadacaqlar
  • Nöqsansız dost axtaran dostsuz qalar.

S[redaktə]

  • Sərxoşluq - insanın əsəb sisteminin taunudur.

Y[redaktə]

  • Yaxşı kitab çox qiymətli xəzinədir.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar[redaktə]

  1. H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 193-198.
  2. Aforizmlər. Bakı, 2013. səh.15
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 310