Henri Toro
Vikisitat saytından
- Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.
- Gəlin əvvəlcə insan olaq, amerikalı isə sonra, daha münasib vaxtda olarıq.
- Artıq pula yalnız artıq şeylər almaq olar. Sənin ruhuna lazım olan şeyləri isə heç bir pula almaq mümkün deyil.
- Ümidsizlik və lənglik məğlubiyyətə gətirib çıxaran qorxaqlıqdır.
- Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o hər an nifrətə çevrilə bilər.
- Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir.
- Başqalarında görüb qiymətləndirdiyimiz ləqayət və məziyyətlər bizə də məxsusdur, çünki insan yalnız özünün sahib olduğu keyfiyyətləri sezə bilir.