Məzmuna keç

Heydər Əliyev

Heydər Əliyev
Heydər Əliyev 1997-ci il
Heydər Əliyev 1997-ci il
Heydər Əliyev 1997-ci il
Tam adı Heydər Əlirza oğlu Əliyev
Doğum tarixi 10 may 1923
Doğum yeri Naxçıvan şəhəri
Vəfat tarixi 12 dekabr 2003
Vəfat yeri Ohayo, ABŞ
Dəfn yeri Fəxri Xiyaban
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Heydər Əlirza oğlu Əliyev — Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl olan yerdə zora ehtiyac yoxdur.
  • Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır.
  • Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir.
  • Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
  • Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyünüz kimi, indi də yaşamaqdadır.
  • Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
  • Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir
  • Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.
  • Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.
  • Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.
  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək.
  • Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.
  • Azərbaycan onun ərazisində yaşayan bütün millət va xalqların ümumi Vətənidir.
  • Azərbaycan tarixi yazılmalıdır… Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud da ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz.
  • Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur.
  • Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.
  • Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir.
  • Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.
  • Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur.
  • Azərbaycanın nefti gələcəkdə də bəşəriyyətə, sülhə, əmin-amanlığa xidmət edəcəkdir.
  • Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik.
  • Başqa dinlərdə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda, Qafqazda da öz əksini tapıbdır.
  • Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabliyyəti hər bir adama lazımdır.
  • Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti ondan ibarətdir ki, insanlara sərbəstlik verilir, onlar təşəbbüs göstərərək, çox iş görə bilir.
  • Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
  • Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur.
  • Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır.
  • Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik.
  • Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik.
  • Biz çalışmalıyıq ki gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər.
  • Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.
  • Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq.
  • Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir
  • Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.
  • Biz sizinlə birlikdə gözəl həyatı da tərəqqi edən müstəqil Azərbaycan dövlətində görəcəyik.
  • Biz təbiətə qarşı zor işlədə bilmərik.
  • Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır… Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar. Buna son goymaq lazımdır.
  • Bizim Azərbaycanda kişi sözü çox tutumlu sözdür... Sözün əsl mənasında “kişi” o deməkdir ki, bu adam sözü bütöv adamdır, sözünün sahibidir, kişilərə xas hər cür ləyaqətə, keyfiyyətlərə malikdir, sözü ilə əməli birdir.
  • Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən insanlara özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır.
  • Bizim hamımızın bir vətəni var. Bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.
  • Bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün də kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik.
  • Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur.
  • Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər… Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər.
  • Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır.
  • Böyük siyəsəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.
  • Böyük siyasətdən bixəbərlərin bu siyasət aləminə atılmaları faciələr doğurur.
  • Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar.
  • Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.
  • Dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix də, insanlar da həmişə quranları, yaradanları qiymətləndirir.
  • Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durur.
  • Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.
  • Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.
  • Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!
  • Dövlət xalqın işi olmalıdır.
  • Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
  • Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...
  • Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
  • Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır.
  • Dövlət,ölkə nə qədər çох xalqi birləşdirsa, bir о qədər zəngin olur, çünki onların har biri ümumdünya mədəniyyətinə va sivilizasiyasına öz töhfəsini verir.
  • Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib.
  • Dünyada elə bir hakim yoxdur ki, kimin demokratlara, kimin isə antidemokratlara mənsub olduğunu müəyyən edə bilsin.
  • Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.
  • Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.
  • Ədaləti ədalətsizliklə bərpa etmək olmaz.
  • Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. [1]
  • Əgər müəllim olmasa heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik. ”Buna görə də“...hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır.
  • Ən böyük şəxslər özündən çox mənsub olduğu dövlətin varlığı, qorunması və xoşbəxtliyi yolunda canını qurban verən kəslərdir.
  • Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
  • Əziz uşaqlar... Mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm.
  • Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.
  • Fikir müxtəlifliyi təbii hadisədir.
  • Gənclərimizin mətanətli, qüdrətli, məqsədyönlü xarekteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində və xalqın düşmənlərinə qarşı barışmazlığında təcəssümünü tapır.
  • Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır.
  • Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. [2]
Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!
  • Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir.
  • Harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı vətən torpağı ilə bağlı olmalıdır.
  • Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz.[3]
  • Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.
  • Heç bir ölkəni özünə düşmən etməməlisən.
  • Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
  • Heç kim düşünməməlidir ki, məsələni dinc vasitələrlə həll etmək istəyimiz bizim hərbi cəhətdən zəifliyimizin əlamətidir. Yox, biz sadəcə olaraq müharibə istəmirik.
  • Heç kim əbədi qalib ola bilməz.
  • Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!
  • Həkimlik öz xalqına, sənətinə yüksək sədaqət tələb edən peşədir.
  • Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.
  • Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər. [4]
  • Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.
  • Hər bir Azərbaycan gənci... birinci növbədə, gərək öz dilini, ana dilini bilsin, çünki bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin. Dil hər bir millətin milliliyinin əsasıdır... Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin.
  • Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
  • Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirməlidir.
  • Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır.
  • Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərik böyük bir məfhumdur. Bu,sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Hər bir gənc Azərbaycanın müstəqiil gələcəyini təmin etmək üçün Vətəni sevməidir, ölkəsıni sevməlidir, xalqımzı sevməlidir, miləltimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəssiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir.
  • Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
  • Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.
  • Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
  • Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
  • Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir.
  • Hər bir müəllim bilməlidir ki, оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hаmısının işindən ən gərəklisidir, ən lаzımlısıdır.
  • Hər bir müstəqil dövlətin öz dövlətçiliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır.
  • Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır.
  • Hər bir vətəndaş dini mənsubiyyətini qorumalıdır. Hər bir insan üçün onun milli mənsubiyyəti, milli dəyərləri, dini, dili onun qürur mənbəyidir.
  • Hətta inqilabi dəyişikliklər belə köhnə sistemi dərhal yeni bir sistemlə dəyişmir. İnqilabi dəyişikliklər adətən, köhnə sistemi vurub dağıdır, amma ondan çox fərqli olan bir sistem yaratmaq üçün buna vaxt lazımdır, illər lazımdır.
  • Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü üçün seçir.
  • Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.
  • Həyatın mənası təkcə insanın bu həyatda yaşaması deyildir. Həyatın mənası ondan ibarətdir ki, dünyaya gələn, böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, fayda versin.
  • Həyatın mənası - mənəviyyatdır.
  • Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.
  • Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
  • Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
  • Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır.
  • Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
  • Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir.
  • Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.
  • Xalqımız, cəmiyyətimiz üçün gərəkli olmaq gənclər üçün böyük şərəfdir. Bizim hamımızın bir vətəni var, bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.
  • Xalqımızın birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir!
  • Xalqımızın içində böyük bir mədəniyyət potensialı, fitri istedad potensialı vardır.
  • Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.
  • Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.
  • Xalqın adından danışan hər kəs, ilk növbədə, özü-özündən soruşmalıdır ki, xalq ona onun adından danışmaq səlahiyyəti veribmi? Əgər belə bir səlahiyyət yoxdursa, günlərin bir günü onun yaxasından tutub boşboğazlıq üstə ittihama çəkəcəyi şəksizdir.
  • Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.
  • Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər.
  • İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir.
  • İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır.
  • İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir.
  • İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
  • İnsan həyatda gərək elə yaşasın ki, o, həmişə öz mənəviyyatı ilə fəxr etsin. Hər bir şeyi itirmək olar. Amma uşaq da, böyük də, hər bir insan gərək mənəviyyatını, iradəsini itirməsin, bütün çətinliklərin qarşısını alsın, onların qarşısında əyilməsin, sınmasın. Öz iradəsi ilə yaşasın, böyüsün, cəmiyyətə fayda versin.
  • İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.
  • İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.[5]
  • İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.
  • İnsan üçün dünyada mənəvi haqqı daimi saxlamaq böyük bir şeydir. Əgər sənin mənəvi haqqın varsa, sən başqasına deyə bilərsən ki, yolundan çıxmısan. Əgər sənin mənəvi haqqın varsa, sən tabeliyində olan adama desən ki, düz yola get, əyrilik, rüşvətxorluq etmə, dövlətin malını dağıtma, əxlaqsızlıq etmə. Bunun üçün mənəvi haqqın olmalıdır.
  • İnsanı hörmətə qaldıran onun zəhmətkeşliyidir, mənəvi təmizliyidir, millətə, dövlətə, xalqa sədaqətidir, onun xeyirxahlığıdır. Amma bunlarla hərabər, mütləq onun təvazökarlığıdır. Gərək heç vaxt təvazökarlığı unutmayasan.
  • İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.
  • İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.
  • İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.
  • XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur. Ona görə də mən çox çalışdım ki, biz XX əsrin tarixini yazaq. Çünki, tariximiz, bir tərəfdən, təhrif olunub, digər tərəfdən isə, bəziləri keçmişdə nə varsa, götürüb qəzetlərdə, kitablarda qaralamağa, pisləməyə başlayıblar. Vaxtilə hamımız gənc idik, o vaxtki, ideologiya bizə nə verirdisə, onu da qəbul edirdik. Biz Kommunist Partiyasının, Oktyabr İnqilabının tarixini, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının, 26 Bakı komissarının tarixini öyrənirdik. Bunun üçün indi günahkar axtarmaq düzgün deyil.
  • Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.[6]
  • Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın.
  • Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.
  • Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir.
  • Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
  • Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir.
  • Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir.
  • Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir.
  • Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.
  • Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
  • Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi оlmadan mükəmməl tərbiyə оla bilməz, çünki bu prоses kоmpleks bir prоsesdir və оnun səmərəliliyini valideynlərlə pedaqоqların birgə səyi ilə yüksəltmək lazımdır.[7]
  • Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm.
  • Mən bir prezident kimi özümə əvəz hazırlamaq barədə bir an da düşünmürəm. Azərbaycan xalqı həmişə özünə layiqli başçı seçməyə qadir xalqdır.
  • Mən bu gün bir azərbaycanlı kimi, özündə həm millimənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik.
  • Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik.
  • Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma. Bəlkə də ən çox xalqıma.
  • Mən çox məmnunam ki, respublikamızın hüdudlarından kənarda, o cümlədən ABŞ-da azərbaycanlılar artıq bir-birinə yaxınlaşmışlar, bir yerə toplaşmışlar və cəmiyyətlər qururlar.
  • Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!
  • Mənəvi sağlamlıq çox vacibdir. Bizim xalqımızın milli-mənəvi ənənələri, mədəni, milli dəyərləri həmişə, əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz daim ən yüksək mənəviyyatı əks etdiribdir. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə həmişə sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olmalıdır, milli kökünə, mənəvi kökünə sadiq olmalıdır. Bizim o kökümüzçox sağlam kökdür və biz onunla fəxr edə bilərik.
  • Mənəviyyat insana xas olan xüsusiyyətlərin hamısından yüksəkdir. Nə qədər böyük alim olursansa-ol, nə qədər böyük mütəxəssis olursansa-ol, nə qədər böyük dövlət xadimi olursansa-ol, əgər mənəviyyatca şikəstsənsə, sənin heç bir qiymətin yoxdur.
  • Mənəviyyatsızlıq cəmiyyətə zərbələr vurur, insanları pozur. Amma mənəviyyat insanları yüksəldir. Mənəviyyatlı çalışır ki, mənəviyyatsızlıq olmasın. Ancaq bu, çətindir, ağırdır. Eyni zamanda hər bir şəxs düşünməli, dərk etməlidir ki, onun üçün bu dünya daimi deyil.
  • Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır.
  • Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
  • Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq, budur vətənpərvərlik.[8]
  • Milli dövlət quruculuğu sahəsində qarşıda duran ilk vəzifə ölkənin təhsil sisteminin beynəlxalq standartlar səviyyəsində formalaşdırılmasına nail olmaq, daha sonra isə dövlətin əsas prioritet istiqamətlərini müəyyənləşdirməkdir.
  • Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.
  • Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.
  • Millət dövlət üçün yox, dövlət millət üçün çalışmalıdır.
  • Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. [9]
  • 1920-30-cı illərdə nə qədər repressiyalar olunub, insanlar öz yer-yurdundan sürgün ediliblər… Heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir.
  • Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir.
  • Müdriklik təkcə insanların elmi, biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fitri istedadıdır. Müdriklik insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir.[10]
  • Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir.
  • Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.
  • Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
  • Müvəffəqiyyət heç zaman öz-özünə əmələ gəlmir, müvəffəqiyyətlərə nail olmaq üçün böyük, düşünülmüş, ardıcıl və müntəzəm iş aparılmalıdır.
  • Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təssüf ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə girmişdir. Bundan xilas olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizm-leninizm elmini, onun prinsiplərini, Marksı, Lenini ideallaşdırmışdırsa, indi də ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm: Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvələrində və xüsusən, 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Bu şəksiz-şübhəsizdir. Ancaq gəlin, açıq danışaq: belə çıxır ki, tariximizdə Məmmədəmin Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov, Hacinski, Əlimərdanbəy Topçubaşov, Behbudbəy Şahtaxtinski və başqaları?!
  • Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.
  • Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.
  • Ötən 70 illik dövrdə tariximiz təhrif edilmişdir. Həm XX əsrin, həm XIX əsrin, həm də ondan əvvəlki dövrlərin tarixi təhrif olunmuşdur. Demirəm ki, tamam təhrif edilmişdir, amma tarixə dair əsərlərimizdə təhrif ünsürləri var. İndi isə bir qütbdən o biri qütbə keçmək meyli görünür. O nədən ibarətdir? Ondan ibarətdir ki, deyirlər bütün bu 70 ildə olanların hamısı yaramazdır, pisdir, Azərbaycan xalqı üçün bəladır.
  • Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!
  • Özəl sektorun inkişafı dövlət mülkiyyətinin dağıdılması yolu ilə yox, dövlət mülkiyyətinin qanun-qayda ilə, ədalətli özəlləşdirilməsi yolu ilə getməlidir.
  • Respublikamızda bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçmək üçün mülkiyyət forması dəyişməlidir, özəlləşmə getməlidir.
  • Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.
  • Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.
  • Rüşvətxorluq bizi içimizdən yeyir.
  • Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur.
  • Sənətdə hər kəsin öz yeri var, heç kəs kiminsə yerini almır.
  • Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
  • Şəhidlərin balaları bizim doğma balalarımızdır. Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir. Buna əmin ola bilərsiniz. Biz şəhid ailələrini, şəhid balalarını heç vaxt yalqız qoymayacağıq.
  • Tarix heç nəyi silmir.
  • Tarix həmişə hər şeyi öz yerinə qoyur.
  • Tarix tələbkar imtahançıdır.[11]
  • Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz. Tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.
  • Tariximiz bizim üçün dərs olmalıdır.
  • Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
  • Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
  • Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır.
  • Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Pozitiv proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir.
  • Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi.
  • Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.
  • Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür.
  • Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.
  • Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!
  • Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daima yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!
  • Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur.
  • Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.
  • Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.
  • Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.
  • Yaxşı da, pis də olsa yaşadığın illəri kiminsə, nəyinsə xatirinə silib atmaq olmaz. Çünki o, tarixdir, tarixi silmək isə heç kəsə müyəssər olmayan bir işdir.
  • Yaşayış nə qədər çətin olsa da, gərək insan mənəviyyatı yüksək olsun. Mənəviyyatın yüksəkliyi də insanın millət kimi mənliyindədir, məziyyətindədir, vətənpərvərliyindədir. Ona görə də gərək insan öz tarixini, millətinin kökünü, öz millətinin keçmişdə yaratdığı abidələri bilsin. Ona görə bilsin ki, öz milləti, xalqı ilə daim fəxr etsin, vətənpərvər olsun, xalqına, millətinə, torpağına, dövlətinə sədaqətli olsun.
  • Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.
  • Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
  • Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır.
  • Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır.

Dil haqqında dedikləri

[redaktə]
  • Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir.
  • Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.[12]
  • Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur.
  • Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
  • Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
  • Xalqı xalq edən, milləti millət edən ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz.
  • Millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda onu heç nə dəyişdirə bilməz.
  • İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.
  • Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.

Təhsil haqqında dedikləri

[redaktə]
Əsas məqalə: Heydər Əliyev/Təhsil
  • Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.
  • Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
  • Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.
  • Həyatını müəllimliyə sərf edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insandır.
  • Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır.
  • Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir.
  • Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
  • Müəllimlik sənəti şərəfli bir sənətdir.
  • Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
  • Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.
  • Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.
  • Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
  • Təhsil millətin gələcəyidir.

Naxçıvan haqqında dedikləri

[redaktə]
  • Naxçıvan mənim ana torpağımdır.
  • Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi düzgün yoldadır.
  • Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz.
  • Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz.
  • Konstitusiyada Naxçıvan Muxtar Respublikasının Statusu müəyyən olunubdur, əbədi müəyyən olunubdur.
  • Naxçıvan Azərbaycan Respublikasının tərkibində Muxtar dövlətdir.
  • Mən istərdim ki, Siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyasınız.
  • Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən həmişə Sizə sadiq olmuşam, bundan sonra da sadiq olacağam.
  • Qədim Naxçıvan torpağına eşq olsun!
  • Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir.
  • Naxçıvanlılar öz torpağını qorumaq üçün ayağa qalxmış və böyük qəhrəmanlıq nümunələri göstərmişlər.
  • Mən üç il Naxçıvanda yaşamağımı və Sizinlə, Muxtar Respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm.
  • Mən nə doğulduğum yeri heç vaxt unuda bilərəm, nə də ki, üç il müddətində burada Naxçıvanın problemlərinin həlli ilə əlaqədar Sizinlə birlikdə gördüyüm işləri.
  • Ötən günləri xatırlayanda, indi Naxçıvan demək olar ki, çox gözəl bir vəziyyətdə yaşayır.
  • Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır.
  • Saf mənəviyyatlı, qeyrətli, namuslu naxçıvanlıların qarşısında baş əymişəm və baş əyirəm.
  • Müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu torpağın qarşısında baş əyirəm.
  • Naxçıvanlılar özlərinə məxsus ad qazanıblar.
  • Naxçıvan torpağına ləkə gətirən adamlara yol verməyin.
  • Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil. Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərini dəyanətli, dözümlülüyü, qüdrəti, cəsarəti və mənəvi saflığı ilə bu haqqı qazanıblar.
  • Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır.
  • Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixn dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük tohfələri olmuşdur.
  • İndi Naxçıvanda məktəblər tikilir. Azərbaycanın çox yerlərində məktəblər tikilmir, amma Naxçıvanda tikilir. Muxtar Respublikada xəstəxanalar tikilir. Yəni Azərbaycanın başqa bölgələrinə nisbətən Naxçıvanda ən çətin şəraitdə yaşayan insanlar quruculuq işləri ilə məşğul olurlar, zəhmət çəkirlər, fədəkarlıq, vətənpərvərlik göstərirlər.
  • Naxçıvan yaşayıb, yaşayır, Naxçıvan blokada şəraitində əyilməyibdir, dözübdür, bundan sonrada yaşayacaqdır.
  • Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstərilir, yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir olduqlarını dünyaya həmişə nümayiş etdiriblər.
  • Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər.
  • Mən fəxr edirəm ki, bir çox böyük dövlətlərin zəngin tarixə malik olan Universitetlərinin fəxri doktoruyam. Ancaq daha da çox fəxr edirəm ki, mən Naxçıvan Muxtar Respublikasının Yusif Məmmədəliyev adına Universitetinin doktoruyam.
  • Mən ilk təhsilimi Naxçıvanda almışam. Əziz müəllimlərim Naxçıvanda mənə orta təhsil verib məni həyata buraxıblar. Ona görə Naxçıvan təhsili məktəbi mənim üçün əzizdir.
  • Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri Naxçıvandır.
  • Naxçıvanda son illərdə quruculuq işləri gedir - məktəblər tikilir, xəstəxanalar tikilir, yaşayış evləri tikilir.
  • Naxçıvanlılar ən çətin zamanlarda ruhdan düşmürlər, öz işlərini irəli aparırlar, qururlar, yaradırlar.
  • Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan Naxçıvan bundan sonra daha da səmərəli istifadə edəcəkdir.
  • Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir.
  • Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çoz zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir.
  • Naxçıvan qədim zamanlarda Azərbaycanın ən mötəbər bölgələrindən biri olubdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı yaşatmışlar.
  • Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir.
  • Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və “Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir.
  • XlX-XX əsrlər dövründə də Naxçıvan həmişə mədəniyyətə, təhsilə çox maraq göstərmiş, mədəniyyəti inkişaf etdirmişdir.
  • Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olubdur.
  • Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Naxçıvanda məktəb çox deyildi, amma məktəbdə verilən dərslər və şagirdlərin dərsləri qavraması çox yüksək səviyyədə idi.
  • Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri mənim bu günkü dilimin əsasını təşkil edir.
  • Təsadüfi deyil ki, Azərbarcanda elə bu gün də, on il də, iyirmi il də, otuz il də bundan öncə böyük alimlərin, elmlə məşğul olan insanların, akademiklərin, professorların, unuversitetlərdə dərs verənlərin, yaxud Elmlər Akademiyasında, elmi-tədqiqat instutlarında çalışanların çoxu öz həyat yollarını Naxçıvanda başlayıblar.
  • Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbabətidir.
  • Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir.
  • Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli şüurun, Azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır.
  • Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir.
  • Belə ağır şəraitdə biz yaşadıq, amma Naxçıvan əyilmədi, Naxçıvan öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və Naxçıvan bu günlərə çıxdı.
  • Naxçıvan məni öz qoynuna aldı, qorudu, saxladı, mən də onları qorudum, mən də onları saxladım.
  • İndi Naxçıvan böyük inkişaf yoluna düşübdür.
  • Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur.
  • Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük əvəz olmayan bir sənətdir.
  • Naxçıvanın muxtariyyət statusu alması da çox ağır, gərgin bir dövrdə, yəni gərgin mübarizələr nəticəsində olmuşdur.
  • Naxçıvanın muxtariyyət alması və 75 il müddətində Muxtar Dövlət kimi yaşaması böyük hadisədir.
  • Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada Sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur.
  • Təbiidir ki, mən Vətənimi çox sevən adamam. 60 il bundan öncə burada dərs deyən müəllimlərimin adlarını da bu gün yadımdan çıxarmamışam.
  • Nəhayət, mənim üçün bir dəyərli xatirə də var. 1992-ci ilin oktyabr ayında biz burada ilk dəfə dövlət çevrilişinə cəhdlə rastlaşdıq. Bəli, Xalq Cəbhəsinin silahlı dəstələri gedib Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin, televiziyasının binalarını zəbt etdilər və Naxçıvanda olan hakimiyyəti devirməyə çalışdılar. O dövrdə xalq ilk dəfə artıq Xalq Cəbhəsini yox, bizi müdafiə etdi.
  • Naxçıvan camaatı burada mənə böyük hörmət, qayğı, məhəbbət göstərib, ən ağır anlarda mənim dayağım olub, arxamda durubdur, mənimlə bir yerdə olubdur. Ona görə də biz işləmişik, mübarizə aparmışıq, qalib gəlmişik.
  • Naxçıvan haqqında mənim ürəyim o qədər doludur ki, nə qədər desəm yenə də tükənməz.

Heydər Əliyev haqda sitatlar

[redaktə]
  • Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.[13]
  • Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir. Vladimir Putin
  • Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.
  • Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən "Bir millət, iki dövlət" ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.
  • Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.
    • Fransa Respublikasının 22-ci Prezidenti Jak Şirak
  • Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Toni Bleyr
  • Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.
    • Böyük Britaniyanın 73-cü Baş naziri Toni Bleyr
  • Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir.[14]
  • Azərbaycan xalqına həsəd aparıram, çünki onun dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan lideri var.
  • Azərbaycan kimi mürəkkəb yerdə, inanmıram ki, Heydər Əliyevdən başqası baş çıxara bilərdi. O, gəlməsəydi, dövlət baş tutmayacaqdı.[15]
  • Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.[16]
  • Güclü, cəsur Heydər Əliyeviçi insani səviyyədə incitdilər, amma o, antik qəhrəman kimi doğma torpağına gəldi, əlini ona basdı, qüvvət topladı və öz xalqına başçılıq etdi.[17]
    • Rusiyanın tərkibində olan Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti Aleksandr Dzasoxov
  • Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət — bir sözlə şəksiz liderdir.[18]
  • Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq — Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi.[19]
  • Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi.[20]
  • Moskvada olarkən Heydər Əliyev qəlbinin sağlamlığını xalqına qurban verdi. O, rus qoşunlarını Naxçıvandan hadisəsiz, gül-çiçəklə yola saldı. Mənim qəti tələbim budur ki, Heydər Əliyevə qarşı yönəldilmiş təxribatlara son qoyulsun.[21]Əjdər İsmayılov

Mənbə

[redaktə]
  • Xəzinə. Bakı,1997

İstinadlar

[redaktə]
  1. [1] "Tarix heç nəyi silmir" - Heydər Əliyevin müdrik kəlamları.
  2. Heydər Əliyevin tarixə düşən müdrik kəlamları
  3. [2] Əbədi müstəqillik tarixi yazan lider Heydər Əliyev. Bakı, 2018
  4. [3] Nərmin Əhmədzadə. Heydər Əliyevin kəlamları. Bakı. 2017
  5. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  6. Xəzinə. Bakı, 1997. səh.56
  7. [4]Heydər Əliyev nəzəri irsində müəllimlik
  8. [5]Heydər Əliyev və nitq mədəniyyəti/
  9. [6] Ayşən Sadıqlı. Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili. Bakı. 2011
  10. [7] N.Zamanov. Aşıq Şəmşir yaradıcılığında Fəlsəfi fikirlər. Bakı,2018
  11. [8]Dahi şəxsiyyət və müdrik lider: Ulu Öndər Heydər Əliyevi anarkən...]
  12. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  13. Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti (2000–2008)
  14. Bənəzir Bhutto, Pakistanın baş naziri (1988–1990 və 1993–1996)
  15. "Heç vaxt dissident olmamışam" — BRİFİNQ — FOTO
  16. Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti
  17. Aleksandr Dzasoxov, Şimalı Osetiya-Alaniya Prezidenti (1998–2005)
  18. "Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) — Azərnəşr, Bakı-2004, səh.109.
  19. Eduard Şevardnadze, Gürcüstan Prezidenti (1992–2003)
  20. "Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) — Azərnəşr, Bakı-2004, səh.94.
  21. "Yeni Azərbaycan" qəzeti, № 92(267), 29 noyabr 1997-ci il

Xarici keçidlər

[redaktə]

Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.