Məzmuna keç

II Mehmed

II Mehmed
Doğum tarixi 30 mart 1432
Doğum yeri Ədirnə
Vəfat tarixi 3 may 1481
Vəfat yeri Gəbzə
Dəfn yeri Fateh məscidi
Vikipediya məqaləsi

Sultan Məhmət Fatih (30 mart 1432 – 3 may 1481) — Osmanlı hökmdarı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bayquşdan qorxmuruq, şahinlərik.
  • Bir şəhərdə ən əhəmiyyətli üç şey : kanalizasiya, hamam və kitabxanalardır. Kanalizasiya şəhərin kirini, hamam bədənin kirini, kitabxanalar da ruhun kirini təmizləyər.
  • Biz torpaqları deyil, könülləri fətf etməyə gedirik.
  • Bizim gücümüzün yetdiyi yerə başqalarının xəyalı belə yetməz.
  • Bütün idarə etmə sənəti iki amilə söykənir: mükafatlandırmaq və cəzalandırmaq
  • Düşməni tanımaq möhtəməl təhlükələri əvvəlcədən önləməkdir.[1]
  • Əgər sultansansa, o zaman öz ölkəni və ibadət edənləri qorumalısan, sultan deyilsənsə, hökmdara itaət etməlisən.
  • Göydəki günəş bir olduğu kimi, dünyada da bir dövlət və bir din olmalıdır.
  • İdarəetmə məharəti iki ünsürdən — ədalətlə cəzalandırmaqdan və ədalətlə təltif etməkdən ibarətdir.
  • İnsanın həm məhrum, həm də möhtac olduğu şeyə qovuşması onun üçün həyatda ən böyük nəşə anıdır.
  • Müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır.
  • Saqqalımın bir tükü də sirrimi öyrənsə, saqqalımı kökündən kəsərəm.
  • Yerində söz söyləməsini bilən üzr istəmək məcburiyyətində qalmaz.

İstinadlar

[redaktə]
  1. Ə. Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.139