Jül Renar
Vikisitat saytından
- Nə qədər çox oxusan, özünü başqalarına o qədər az oxşadarsan.
- İstedadlı adam istedaddan istifadəni bacarıqla sübuta yetirməlidir.
- Özündən heç vaxt razı qalmamaq - bütün məharət bundadır.
- Yalan danışmaq oğurluq etməkdən də alçaq işdir.
- Həqiqətə vurğun adamın şair və ya dahi olması lazım deyildir.O adam özlüyündə həm şair, həm də dahidir.
- Dilənçiliyin kiçik bacısı var, həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir, bu - biganəlikdir.
- Əgər dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun.
- Yeganə sadiq dost olmağa cəhd göstərmək böyük səhvdir.
- Tənbəlliymizə görə bizi təkcə öz uğursuzluğmuz yox, həm də başqalarının bədbəxtliyi cəzalandırır.
- Gözəl qadın kobud sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməməlidir.