Karl Qustav Yunq
Vikisitat saytından
- Artıq əlində mifologiyanın açarı var. Ruhun bütün qapılarını açmaqda azadsan.
- Digərinin sevmədiyimiz xüsusiyyətləri, özümüzü tapmağa kömək edə bilər.
- Duyğusuz qaranlığı aydınlada bilmərik və əldən düşmüşlüyü hərəkətə çevirə bilmərik.
- Düşünmək çətin bir sənətdir onun üçün əksəriyyət tək qərar verər.
- Qaydaları yaxşı öyrən, ancaq yaşayan ruhun möcüzəsinə toxunduğunda onları bir tərəfə burax.
- Mars planetinə çatmaq, adamın özü-özünə çatmağından daha asandır.
- Tanrı Adəm ilə Həvvanı, düşünmək istəmədiklərini düşünmək məcburiyyətində buraxacaq şəkildə yaratmışdır.
- Tamamilə əmin olduğum heç bir şey yoxdur. Tamamilə inandığım bir şey də həqiqətən yoxdur. Tək bildiyim, doğulduğum və var olduğum.
- Təklik, insanın ətrafında insan olmaması demək deyil. İnsan özünün əhəmiyyət verdiyi şeyləri başqalarına çatdıra bilmədiyi ya da başqalarının qeyri-mümkün tapdığı bəzi görüşlərə sahib olduğu zaman özünü tək hiss edər.