Kitab

Vikisitat saytından
Wikipedia logo
Wikipedia logo
Kitab haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Başqa əsrlərin yazıçıları ilə söhbət etmək, səyahət etməyə bərabərdir. Dekart.
  • Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. Sergey Kirov.
  • Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. Səməd Vurğun
  • Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır. Frensis Bekon
  • Bir adama kitab satdığın zaman ona yalnız 500 qram kağız, mürəkkəb və yapışqan satmış olmursan. Ona tamamilə yeni bir həyat bəxş edirsən. Kristofer Morley
  • Bir insana oxumaq eşqi və onu təmin edəcək kitab verin, əmin olun ki, bu adam xoşbəxt olacaq. Con Herşel
  • Bir insanın fikirləri kitabın köməyi ilə milyonlarla insana çatdırıla bilər. Albert Eynşteyn
  • Bir tək kitab yazmaq üçün yarım kitabxana əsər oxunmalıdır. Samuel Conson
  • Bu günün gerçək universiteti, bir kitabxanadır (Carlyle)

D[redaktə]

  • Dahi insan bəşəriyyət kitabının sərlövhəsidir. (F.Hebber)
  • Dəfələrlə oxunmağa layiq olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz. Karl Veber
  • Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir. Əbu Turxan
  • Dünyada kitabdan əziz dost yoxdur. Əlişir Nəvai

E[redaktə]

  • Evdə kitab olanda adam tək qalmır. Nadejda Krupskaya
  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Bəhmənyar əl-Azərbaycani

Ə[redaktə]

  • Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər! Oskar Uayld
  • Əxlaqlar üzərində müşahidə aparmağa, kitab oxuyandan sonra başladım. Çarlz Darvin
  • Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur. Oskar Uayld
  • Ən yaxşı kitab həqiqəti daha çox ehtiva edən kitabdır. Pyer Büast
  • Ən yaxşı kitab yaxşı nitq kimidir-sizi güldürür, düşünməyə vadar edir, ağladır, əyləndirir. Bu ən yaxşı ardıcıllıqdır. Madlen Olbrayt
  • Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar

G[redaktə]

  • Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır. Nikola Şamfor

H[redaktə]

  • Hər dövrün öz kitabı var. Ərəb atalar sözləri
  • Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz. Deni Didro
  • Hər şeyə baxanda məni kifayət qədər ciddi qəbul edirlər. Təsəvvür edin ki, belə də ola bilərdi və heç mənə fikir vermədilər. Bir Amerika burjua sözü var: “Pis reklam yoxdur!”. Doğrudan da, belə hücumlar mənim üçün son dərəcə xoşagəlməzdir. Həm də hədələyici zənglər və məktublar, kitab çıxandan sonra aldığım xəbərlər də mənim üçün xoşagəlməzdir. Amma belə kitab yazan insan hər şeyə hazır olmalıdır. Kimisə bu qədər qəzəbləndirəcəyimi düşünməzdim. Və kitabın bu qədər yaxşı satılacağını ağlıma belə gətirmirdim. Hətta ön sözdə yazıram ki, təəssüf ki, çox az adam oxuyacaq. İnsanların məni əclaf və yalançı adlandırması məni çox narahat edir. Tənqidçilərimin çoxu kitabı ümumiyyətlə oxumayıb. Amma ən qəribəsi odur ki, mən həmişə fələstinli dostlarımı İsraili tarixi fakt kimi qəbul etməyə inandırmağa çalışdığım halda, məni İsrail dövlətinin məhvinə çağırmaqda ittiham edirlər. Zamanı geri qaytarmaq olmaz. Siyasi məsələlərə həsr olunmuş son fəsilləri də məhz buna görə əlavə etdim - anlaşılmazlıq olmasın. Mən təklif edərdim ki, bu fəsillər yazılmasaydı, Kiminsə mənim İsraili məhv etməyə çağırdığımı düşünməsi tamamilə məntiqli olardı. Amma iki dövlət prinsipi haqqında ən sadə ivrit dilində danışdıqdan sonra İsraili məhv etməyə çağırdığımı iddia etmək... artıq istənilən çərçivədən kənara çıxır. Mən əsrlər boyu təqiblərə məruz qalmış yəhudilərin nəslindənəm və bu mənada şikayət edəcəyim bir şey yoxdur. Şlomo Zand
  • Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə, sonunu gətirmək çətindir. Konfutsi
  • Həyatı boyu yalnız bir kitab oxumuş insanlardan qorxun. Latın atalar sözləri

F[redaktə]

  • Fikirləşmədən oxumaq, çeynəmədən yemək kimidir. E.Bok.

İ[redaktə]

  • İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir. Edvard Hant
  • İlk dəfə yeni bir kitab oxumaqdansa, oxunmuş bir kitabı təkrar oxumaq daha yararlıdır. Lord Dudley
  • İnsan bütün ömrü boyu maariflənmək üçün yaşamalıdır. Höte.

K[redaktə]

  • Kitab ağlın dərmanıdır. Ovidi
  • Kitab bəşəriyyətin ən böyük kəşfidir. Həsən bəy Zərdabi
  • Kitab bilik xəzinəsinə bənzər, içinə daxil olun. Samuel Smayls
  • Kitab bilik mənbəyidir. Maksim Qorki
  • Kitab bir limandır mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Cemil Meriç
  • Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Gertsen
  • Kitab elə bir zəmidir ki, ondan hamı yesə də qurtarmaz.[1] Nizami Gəncəvi
  • Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox. Frensis Bekon.
  • Kitab gənclərin yol bələdçisidir. Alfred Teylor
  • Kitab heç aldatmayan bir yoldaşdır (Guilbert De Pixrecourt)
  • Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır. Əlif Şəfəq
  • Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. Andrey Upit
  • Kitab həyatın ən zəruri ehtiyaclarından biridir. Karl İmmerman
  • Kitab illər keçdikcə daha xoş gələrsə, bu onun yaxşı olmasının əlamətidir. Georq Lixtenberq
  • Kitab insan ruhunun qidasıdır. Jül Simon
  • Kitab insan ruhunun müqəddəs yazısıdır. Maksim Qorki
  • Kitab insan üçün mənəvi qidadır. Frensis Bekon.
  • Kitab insanda görmədiyim, bilmədiyim, cəhətləri mənə sübut etmək qüdrətinə malikdir Maksim Qorki
  • Kitab insanı kainatın sahibi edir. P.A.Pavlenko.
  • Kitab mənim üçün, tacdan qiymətlidir. Uilyam Şekspir
  • Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Samuel Smayls
  • Kitab nəsillərin bir-birinə vəsiyyətidir Gertsen
  • Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Heydər Əliyev
  • Kitab oxumayan insan ölüdür. Tomas Cefferson
  • Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! Əbu Turxan
  • Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər. Siseron
  • Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir (U.M.Tekkerey)
  • Kitab ruhun dərmanıdır. Yapon atalar sözləri
  • Kitab sahilsiz dəniz, biliklər ümmandır. Musa Aybək
  • Kitab - sənin ilk dostundur. Mirzə Ələkbər Sabir
  • Kitab təfəkkürün övladıdır. Conatan Svift
  • Kitab təfəkkürün yorulmayan qanadıdır. (Musa Aybək)
  • Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka
  • Kitab yeganə ölümsüzlükdür. Rufus Çoate
  • Kitab vasitəsilə biz həqiqətlər və rəzalətlər mülkünə daxil oluruq. Gertsen
  • Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. Frensis Bekon
  • Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. Con Ruskin
  • Kitabda tapa biləcəyinizi heç vaxt yadda saxlamayın. Albert Eynşteyn
  • Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram. Sergey Dovlatov
  • Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Qotfrid Leybnis
  • Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. Kitab insan ruhunun müqəddəs yazısıdır. Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq. Maksim Qorki
  • Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Henri Toro
  • Kitabları iki qrupa ayırmaq mümkündür: günün kitabı və bütün zamanların kitabı. Con Ruskin
  • Kitabsız bir ömrün nə mənası var. Səməd Vurğun
  • Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər. Çin atalar sözləri
  • Kitabsız ev ürəksiz bədəndir. Siseron
  • Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir (V.Kubarev)
  • Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır Seneka
  • Kitabsız yaşaya bilmərəm… Tomas Cefferson

Q[redaktə]

  • Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. V.L.Dal.

L[redaktə]

  • Lixtenberq dedi: “Baş kitab ilə toqquşduqda yaranan boşluq səsi hər zamanmı kitabdan gəlir?” Artur Şopenhauer

M[redaktə]

  • Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiiyyatı bilməkdir. M.İ.Kalinin
  • Mən gecələr heç vaxt kitab, zad oxumuram. Ad günü (film, 1977)
  • Mən öyrətdim onlara, öyrətdim bilik nədir, Oxumağı, saymağı dedim bir xəzinədir Esxil

N[redaktə]

  • Nə qədər çox oxusan, özünü başqalarına bir o qədər az oxşadarsan. Jül Renar.
  • Nəyi isə oxuyan adam heç bir şey oxumayan adamdan xeyli yüksəkdə durur. Vissarion Belinski

O[redaktə]

  • Oxunacaq ən böyük kitab insandır. Hacı Bəktaş Vəli
  • Oxuya bilsəniz hər insan bir kitabdır. V.Ellery Çanning

Ö[redaktə]

  • Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. İlham Əliyev

S[redaktə]

  • Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü boyu maariflənsin (A.V.Lunaçevski)
  • Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki, elə dəhşətli şirnikləndirici şeylər var ki, güc, güc və cəsarət istəyir ki, ona məğlub olasan. Oskar Uayld
  • Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. Cim Ron

T[redaktə]

  • Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver. Konfutsi
  • Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. Əbu Turxan

Ü[redaktə]

  • Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır (Alcott)

V[redaktə]

  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[2] Mustafa Kamal Atatürk

Y[redaktə]

  • Ya Rəbb, mənə kitabla dolu bir ev və çiçəklə dolu bir bağça versən yetər. Konfutsi
  • Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Ernest Heminquey
  • Yaxşı kitab çox qiymətli xəzinədir. Həsən bəy Zərdabi
  • Yaxşı kitab eynən ağıllı bir adamla söhbət etməkdir. Oxucu kitabdan bilik alır, həyatı ümumiləşdirmək, dərk etmək qabiliyyətini öyrənir. Lev Tolstoy
  • Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir. Çingiz Aytmatov
  • Yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir. Jozef Addison
  • Yaxşı kitab öyünməyə layiqdir. Alman atalar sözləri
  • Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Volter
  • Yaman gün kitabdan yaxşı öyrədər. Amxar atalar sözləri
  • Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. Əbu Turxan
  • Yazıçının əsəri onun mənəvi həyatının tərcümeyi-halıdır. V. Ketlinskaya.

İstinadlar[redaktə]

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.