Klod Adrian Helvetsi
Görünüş
Klod Adrian Helvetsi | |||
Doğum tarixi | 26 yanvar 1715 | ||
Doğum yeri | rue Sainte-Anne | ||
Vəfat tarixi | 26 dekabr 1771 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Müqəddəs Rox kilsəsi | ||
|
Helvetsi Klod Adrian (1715–1771) — fransız filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamların xoşuna gəlmək istəyirsən? Onların ağlına yüksək qiymət ver.
- Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir.
- Ağıl və sevgi xasiyyəti yumşaldır.
B
[redaktə]- Başqalarını xoşbəxt edən adam özü bədbəxt ola bilməz.
- Bilikli insan qaranlıq zindanda da xoşbəxtdir.
- Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq.
- Bütün insanlar yalnız xoşbəxtlik üçün çalışırlar. Onları bu istəkdən döndərmək mümkün deyil və buna nail olmaq təhlükəli olardı. Onları fəzilətli etmək ancaq şəxsi mənfəətlə ümumi mənfəəti birləşdirməklə mümkündür.
- Bütün qəbahətlərdən ən iyrənci paxıllıqdır. Onun bayrağı altında nifrət, xəyanət və böhtan addımlayır.
C
[redaktə]- Cahillikdə ağıl yemək çatışmazlığından ləngiyir.
D
[redaktə]- Dərin ideyaların şəffaflığı özünün dərinliyi üzündən tutqunlaşan təmiz sulara bənzəyir.
X
[redaktə]- Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün.
- Xoşbəxtliyə nail olmağın yeganə vasitəsi bilikdir, maarifdir, müdriklikdir.
İ
[redaktə]- İctimai səadət-ən yüksək qanundur.
- İlk rəssamın qələmini məhəbbət yonmuşdur.
- İnsanların xoşbəxtliyi ondadır ki, eləməli olduqlarını eləməyi sevsinlər.
- İstəklər sevginin çiçəkləridir, həzz isə meyvələridir.
M
[redaktə]- Müdriklik məsləhətlərə, tale hadisələrə başçılıq edir.
O
[redaktə]- Oğurlanmış öpüş istila edilmiş krallıqdan yaxşıdır.
P
[redaktə]- Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edir.
- Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır.
R
[redaktə]- Rəqabət dahiləri, məşhur olmaq arzusu isə istedadları yetişdirir.
S
[redaktə]- Sevgi əsas məşğuliyyət olduqda əxlaqi günah olur. O, onda ağılı zəiflədir və qəlbi pisləşməyə məcbur edir.
- Səhv edə bilmək qorxusu bizi həqiqət axtarışlarından çəkindirməməlidir.
- Sən insanların xoşuna gəlmək istəyirsən? Onların ağlını qiymətləndir.
- Sərvət müdrikin qulu, axmağın isə ağasıdır.
- Sinif otaqları şirin uşaqlarla doludur, amma dünya axmaq insanlarla doludur.
Ş
[redaktə]- Şöhrət sevgisi yalnız öz növünü sevindirmək istəyidir.
T
[redaktə]- Tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir. [1]
- Təcrübə göstərir ki, insan istənilən insanı səhv hesab edir və onun baxışları ilə ziddiyyət təşkil edən hər kitab pisdir.
- Təəccüblənmək üçün bir dəqiqə kifayətdir. Heyratamiz bir şey hazırlamaq üçün isə uzun illər lazımdır.
- Tərbiyə hər şeyə qadirdir.
Y
[redaktə]- Yalançı alimlər müdriklərdə həqarət, nadanlarda heyranlıq doğururlar.
- Yalnız dostun əli ürəkdən neştərləri çıxara bilər.
- Yeni ideya müqayisə edilməmiş iki fikrin müqayisəsi nəticəsində meydana çıxır.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.428