Məzmuna keç

Koreya atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac insan həyatı daha yaxşı başa düşür.
  • Ac yatmaz.
  • Aclıq çəkərsən — dünyanı öyrənərsən.
  • Ağa nökərləri işsizliyə görə döyür.
  • Ağzın əyri də olsa, düz danış.
  • Allah çətin anlarda yad edilir.
  • Araq həqiqəti üzə çıxarır.
  • Arvadı qırmızı tuman geyməmiş ələ al. (Qırmızı tuman Koreya qadınlarının toy paltarıdır).
  • Arvadla küsüşmək bıçaqla su kəsmək kimidir.
  • Atılan oxu qaytarmaq olar, deyilən sözü yox.
  • Ayağını yorğanına görə uzat.
  • Bal şirindir, amma arılar sancır.
  • Balıq da suyu bulandırır.
  • Balta kütləşər — itilərsən, insan ölər — qaytara bilməzsən.
  • Baltanın zərbələrinə tab gətirə biləcək ağac yoxdur.
  • Barmaqlar dünyaya birlikdə gəlirlər, ancaq biri böyük, o biri balaca.
  • Başqasında qüsur görəndə, onun sizdə də olduğunu unutmayın.
  • Başqasının çörəyi ilə şənlik olmayacaq.
  • Başlamaq işin yarısıdır.
  • Bəd xəbəri eşitmək naxoşluqdur, eşitməmək — dərman.
  • Bəzən siçan yuvasına da gün düşür.
  • Bir ata iki yəhər qoyulmaz.
  • Bir balaca balıq bütün suyu bulandırır.
  • Bir dəfə görmək on dəfə eşitməkdən yaxşıdır.
  • Bir gün yubatsan, on gün uzanacaq.
  • Bir inəyi itirəndən sonra tövləni təmir edərsən.
  • Bir insanı onun işini yoxlamaqla tanıyacaqsınız.
  • Bir qucaq samanla atəşə girməyin.
  • Bir pis alma bağın adına ləkə gətirər.
  • Bişmiş toyuq qaqqıldamaz.
  • Bıçaq öz sapını kəsməz.
  • Bolluq ilində dilənçi lap çox yazıq olar.
  • Borcu verəndə oturmuş olursan, alanda — durmuş.
  • Boş araba bərk səs salar.
  • Böhtan vaxtından tez ölər.
  • Budaqlı ağacın küləksiz günü olmaz.
  • Bütün qadınlar qaranlıqda gözəldir.
  • Canavar canavara yaxın durar, cüyür cüyürə.
  • Canavarın mehriban ola biləcəyinə inanmayın.
  • Cücələr payızda yumurtadan çıxacaq.
  • Cüyür it yuxusu görməz.
  • Çılpaq dilənçi sədəqə almaz.
  • Çörək atarsan, çörək atarlar, daş atarsan — daş.
  • Dağ yüksəkdir, amma yenə də Günəşin altındadır.
  • Dağılan suyu yığmaq olmaz.
  • Danışmaqla qonağı yedizdirməyəcəksiniz.
  • Dəmirçixanada mətbəx böcəyiı tapmazsan.
  • Dəniz suyunun şor olduğunu bilmək üçün vacib deyil ki, bütün dənizi içəsən.
  • Dənizi səpələmək olar, amma insan tamahını söndürmək olmaz.
  • Dənizin dərinliyini ölçə bilərsən, amma qadının ruhunun dərinliyini ölçə bilməzsən.
  • Dərin suda balıq olar.
  • Dərman gələnə qədər xəstə dünyasını dəyişib.
  • Dilənçinin də yüksək arzuları var.
  • Dilinizi dişlərinizin arxasında tutmağı bacarın.
  • Dodaqlar yeməkdən sonra silinir.
  • Dostla istəyir lap Karrama get. (Karram — Cənubi Çin).
  • Dul qadının kədərini yalnız dul qadın başa düşər.
  • Duz yalamış inək quyuya baxan kimi baxır.
  • Dülgər çox olan yerdə divar əyri olar.
  • Düşməninizin gücünü bilmədən döyüşə girməyin.
  • Düşmənlə həmişə tir körpü üstündə rastlaşarsan.
  • Düyünü səpərsən — yığarsan, sözü deyərsən — geri qaytara bilməzsən.
  • Eviniz yandısa, mismarları toplayın.
  • Evlənmirsənsə, uşaq bezi hazırlama.
  • Əgər bacarmazsa, əcdadlarını günahlandırır.
  • Əgər balığı bir qab suya buraxsanız, ona azadlıq verdiyinizi düşünməyin.
  • Əl çalmaq üçün iki əl lazımdır.
  • Əllərinizi bir-birinə vurmayınca alqış səsi olmayacaq.
  • Gec-tez həqiqət qalib gələcək.
  • Gün vuran öküz, ay görəndə titrəyər.
  • Fələyi barmaqla hədələyir.
  • Formaya baxaraq məzmunu mühakimə etmək olar.
  • Hara gedirsən, orda adət-ənənəyə əməl et.
  • Hər quş öz yuvasını sevir.
  • Hər quşa öz yuvası əzizdir.
  • Hətta göylər də uçulsa, çıxmağa yer tapılacaq.
  • Hətta kiçik qarışqalar belə böyük bir qəsri dağıda bilər.
  • Həyatda hamar və bərabər yollar yoxdur.
  • Həyatda zəka gücdən daha vacibdir.
  • Hörümçək olan yerdə tor da var.
  • Hündür dağların kölgəsi də böyük olar.
  • Xalqın birliyi sarsılmaz qaladır.
  • Xərçəng həmişə krabın tərəfində olar.
  • Xiyarın müxtəlif ucları fərqli dadlara malikdir.
  • İkiüzlülük insanı məhv edər.
  • İldırımı əllərinizlə tuta bilməzsiniz.
  • İldırımın ardınca ildırım çaxır.
  • İnsan bambuq kimi düz olmalıdır, — o, sınar, lakin əyilməz.
  • İnsan öləndə öz adını, pələng öləndə dərisini geridə qoyur.
  • İnsanın taleyi nə olursa olsun, həyat ölümdən yaxşıdır.
  • İnsanlar xarici görünüşünə görə mühakimə olunmur.
  • İşi yaxşı olanda yad olur, pis olanda — qohum.
  • İt sahibini dişləməz.
  • İynə oğurlayan, öküz də oğurlar.
  • Kiçik boşqabdan böyük qaşıqla yeməzlər.
  • Kiminin iynəsi var, kiminin baltası var.
  • Kirpi üçün balasının tükü hər şeydən yumşaqdır.
  • Kor adam arxı günahlandırır.
  • Kor öz toyuğunu oğurladı yedi.
  • Kor yıxılar — əsa günahkar olar.
  • Köhnə olmasa, təzə də olmaz.
  • Köksüz ağacın meyvəsi olmaz.
  • Külək yelkənləri qaldırır.
  • Qabağa gedənin qisməti var, yatanın yox.
  • Qadın nifrət edəndə həyatı ölümdən ayıra bilmir.
  • Qanadlarınız olana qədər uçmağa çalışmayın.
  • Qanun uzaqdadır, yumruq yaxında.
  • Qanunlar oğrular olduğu üçün yazılır.
  • Qara it yuyulduqdan sonra ağarmaz.
  • Qaraquş milçək ovlamaz.
  • Qaranquşu qocalıqda qırqovul da haqlayır.
  • Qardaşa verməyə heç nə yoxdur, oğru götürməyə bir şey var.
  • Qarğa əti yeyib. (Huşsuz adam haqqında. Etiqada görə kim qarğa əti yesə huşsuzluq bəlasına tutular).
  • Qarğa qaradır, amma əti ağdır.
  • Qarğa on iki hava qarıldayar: hamısı da bir cür — zəhlə tökən.
  • Qarpızın dadını qabığını yalamaqla bilməyəcəksiniz.
  • Qəzəblə daş təpikləyirsən və öz ayağını zədələyirsən.
  • Qızı gözəl olsaydı, kürəkən seçərdik.
  • Qızı ölmüş kişi odsuz manqal kimidir.
  • Qoca at daha çox lobya istəyir.
  • Qonağı ötürdü, yeməyə oturdu.
  • Qonşu həmişə bərk xoruldar.
  • Qonşunun məhsulu bol görünür.
  • Qorxaq hər addımda təhlükə görür.
  • Quruşu da sıxsan, əlinin içi tərləyəcək.
  • Quş hara qonursa, orada lələyindən qalar.
  • Quyudakı qurbağanın dənizdən heç xəbəri də yoxdur.
  • Lampanın öz dibi qaranlıq olar.
  • Lalın ürəyi anasına da qaranlıqdır.
  • Meymunlar da bəzən ağaclardan düşürlər.
  • Məhəbbət bir gecədə Böyük Çin Səddini tikmək üçün kifayətdir.
  • Mənbə təmiz olduqda, aşağı axarlarda su şəffaf olur.
  • Milçək atın quyruğunda min verst də gedər.
  • Müdir nə desə düzdür.
  • Oğru da suya gedərkən qapısını bağlayır.
  • Oğrunu özün buraxsan, it də qapmaz.
  • Oğrunun ayı görməyə gözü olmaz.
  • On barmaqdan hansını kəssən, ağrıyacaq.
  • Ordusuz komandir yoxdur.
  • Öküz kimi işlə, siçan kimi ye.
  • Öküzə de — heç kim bilməyəcək, arvadına pıçılda — hamı biləcək.
  • Ölüm bütün günahları yuyur.
  • Özgənin oduyla krab tutur.
  • Pələng dişi ilə parçalayar, ona buynuz nə lazım?
  • Pələng olmayan dərədə dovşan da şahdır.
  • Pis nağaraçı günahı nağaraya atır.
  • Pişik inəyə çevrilməyəcək.
  • Pul yığma, uşağına savad öyrət.
  • Pula kim tüpürər.
  • Pulu olsa, it də olar "hav-hav ağa"
  • Sapsız balta kəsməz.
  • Sevilməyən uşaq həmişə çox yeyər.
  • Sərxoş göz padşahı belə görməz.
  • Sərt tutsan qırılacaq, boş tutsan uçacaq.
  • Siçanlar pişiyin ölümünə ağlamaz.
  • Sıldırımın başında ağac olmaz, lovğanın başında ağıl.
  • Sol əli ilə verir, sağ əli ilə geri alır.
  • Soya soyadan, qırmızı lobya qırmızı lobyadan yetişir.
  • Sözün ayağı yoxdur, amma min liyə bərabər yol gedir. (Lİ — 0,5 km-ə yaxın uzunluq ölçüsü).
  • Su üzdən şəffaf olsa, dibdən də şəffaf olacaq.
  • Suda boğulan xilas ediləndə tələb edir ki, batan şeylərini də çıxarsınlar.
  • Suyun dərinliyini bilərsən, qadın ürəyini yox.
  • Sünbülün dəni çox olduqca, aşağı əyilər.
  • Sürünənlərin üstündə uçuşanlar var.
  • Şəhər xəbərini bilmək istəyirsənsə, əyalətə get.
  • Şimşəkdən siqaret yandırmaq olmaz.
  • Şirin soyası olanı başa çək, şirin dilə tutanın yanına getmə. (Soya — paxla fəsiləsindən bir illik bitki).
  • Təkcə şikayətlərlə məqsədinizə çata bilməyəcəksiniz.
  • Təmiz su təmiz mənbədən gələcək.
  • Tortu öz xalan satsa da, ondan ancaq ucuz olsa alırsan.
  • Uçmağı bacaran, sürünməyi bacarmaz.
  • Utancaqlıq insanı məhv edir.
  • Uşağı yandırıb, göbəkbağısını əzizləyir. (Adətə görə, uşaq doğulandan sonra göbəkbağısını yandırılar).
  • Uzaqdan hər şey gözəl görünür.
  • Üç gün ac qal, dördüncü gün oğurlayacaqsan.
  • Üç il xəstə yat — ən istəkli oğlun da sözünə baxmayacaq.
  • Üç yaşlının adəti səksən yaşına qalar.
  • Üzə güzgüdə baxırlar, ürəyi də şərabla açıb baxırlar.
  • Varlanan dilənçi sədəqə verməz.
  • Vəhşi qabanın dalınca qaçarsan, evdəki donuz da əlindən qaçar.
  • Vərdiş xarakterə çevrilir.
  • Yaxşı danışarsan — yaxşı da cavab verərlər.
  • Yaxşı qidalanan pişik siçan tutmaz.
  • Yanban yatar, amma it kimi hürməz. (Yanban — dvoryan)
  • Yatan pələngi narahat etməyin.
  • Yayda bir gün boş gəzərsən — qışda on gün ac qalarsan.
  • Yazda çıxan cücəni, payızda sayarlar.
  • Yeməyi xoşlamırsan — at itə, adamı xoşlamırsan — döz.
  • Yolu tanısan da bir dəfə soruş.
  • Yumurta ilə daşı qıra bilməzsən.
  • Zərurət insanı quyu qazmağa vadar edir.

İstinadlar

[redaktə]