Lüdviq Feyerbax
Görünüş
Lüdviq Feyerbax | ||||
Doğum tarixi | 28 iyul 1804 | |||
Doğum yeri | Landshut | |||
Vəfat tarixi | 13 sentyabr 1872 | |||
Vəfat yeri | Nürnberq | |||
Dəfn yeri | Johannisfriedhof | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlı olmayan adamı aldadır, gözünü bağlayır, istismar edirlər.[1]
D
[redaktə]- Dünya boş-bekar adam üçün heçdir.
Ə
[redaktə]- Ən uca və ən dərin sevgi, ana sevgisidir.
- Əsl yazıçılar insanlığın vicdanıdır.
H
[redaktə]- Heç bir şey olmamaq və heç bir şeyi sevməmək, eyni şeylərdir.
- Həqiqi əxlaqlı adam vəzifəsinə görə deyil, təbiəti etibarı ilə əxlaqlıdır.
İ
[redaktə]- İnsan dinin başlanğıcı, insan dinin ortası və insan dinin sonudur.
- İnsan öz qüvvəsinə inandığı vaxt istədiyinə nail olur.
- İnsan üçün insan gözəlliyi gözəlliklərin ən yaxşısıdır.
- İnsanı tanımaq üçün onu sevmək lazımdır.[2]
N
[redaktə]- Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın insanların sayı o qədər azalacaq.
Ü
[redaktə]- Ünsiyyət insanı nəcibləşdirir və ucaldır; insan cəmiyyət arasında istər-istəməz özünü başqa cür - təklikdə olduğundan daha ləyaqətlə aparmağa çalışır. İnsan həmişə təkbaşına qalsaydı çox tez vəhşiləşərdi.
V
[redaktə]- Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir.
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.36
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,