Lars fon Trier
Görünüş
Lars fon Trier | |||
Doğum tarixi | 30 aprel 1956 | ||
Doğum yeri | Kongens Lyngby | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bayağı və universal baxış bucağını təbliğ etmək dayaz sularda balıq tutmaq kimidir
- Bu yaxınlarda müsahibə verəndə mənə sual verdilər: dünyanın ən yaxşı rejissoru kimdir? Uzun müddət düşündüm, düşündüm... Bununla belə, nə qədər axtarsam da, özümdən yaxşısını tapa bilmədim.
Ç
[redaktə]- Çəkmənin içində daş olanda insanı necə narahat edirsə, kino da elə narahat olmalıdır.
H
[redaktə]- Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram.
İ
[redaktə]- ...incəsənət vasitəsilə insana şüur və idrak gəlir, o, insan olmağı öyrənir.
- İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi.
- İstənilən film reallığın manipulyasiyasıdır.
K
[redaktə]- Kimləsə birlikdə olanda onda mənə qarşı nifrət oyadacaq nəsə deməməyim mümkün deyil.
- Kino çəkmədəki tikan kimi ağrı verməlidir, çünki əks halda film çəkib onlara baxmağın mənası yoxdur. Şəkil üzərində düşünmək lazımdır və onu yalnız radikal üsullarla düşünməyə vadar edə bilərsiniz. Tamaşaçı əyləncə istəyirsə, qoy sekslə məşğul olsunlar.
M
[redaktə]- Mən Almaniya ilə bağlıyam. Danimarka üçün çox böyük qonşudur. Almaniya bir simvoldur. Bura Avropadır. Alman cəmiyyəti fərdlərin xarakterinə və münasibətlərinə, eləcə də başqa ölkələrə münasibətə həmişə ən ekstremal münasibət nümayiş etdirib.
- Mən çoxlu fobiyaları olan insanam. Amma kamera ilə qeyri-adi nəsə etmək kimi fobiyam yoxdur.
- Mənim filmlərim dünya ilə idealların toqquşmasından bəhs edir.
R
[redaktə]- Rejissor sizi yönləndirəcək zaman dediklərinə heç vaxt etibar etməyin.
S
[redaktə]- Sizə yenilikçi və “inqilabi” görünə bilən şey əslində bu film üçün hər hansı bir tutarlı ideyanın olmaması və Hollivud musiqili filmlərinin istehsalı ilə bağlı tam məlumatsızlığımın nəticəsidir.
- Siyasi düzgünlük müzakirələri öldürür.
Ş
[redaktə]- ...şəxsi müstəvidə mənim filmlərimin hər biri kiçik bir abidədir... Belə abidələr tikmək həyatın özüdür və bu işdən ayrılmaq çətindir... müəyyən dərəcədə aludəçiliyə çevrilir.
U
[redaktə]- Uca ölüm yoxdur, yalnız əzab və tənəzzül var.
Y
[redaktə]- Yəhudi olmaq istəyirdim. Sonra bildim ki, əslində nasistəm, çünki ailə üzvlərim alman idi. Mən nə deyə bilərəm? Hitleri başa düşürəm, amma düşünürəm ki, pis işlər görüb. Sonda sığınacağında oturduğunu təsəvvür edə bilərəm. Yaxşı adam deyiləcək biri deyil, amma mən onu bir az başa düşürəm və bir az da ona yazığım gəlir. Ancaq İkinci Dünya Müharibəsini dəstəkləmirəm və yəhudilərə də qarşı deyiləm.