Müəmmər əl-Qəzzafi

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

Müəmmər bin Məhəmməd əbu Mənyar Əbdül-Salam Həmid əl-Qəzzafi (معمر القذافي‎‎)

Sitatlar[redaktə]

  • Və ya xarici bazalar torpağlarımızdan yoxa çıxacaqlar, belə vəziyyətdə inqilab davam olacaq, və ya bazalar qalacaqlar və inqilab öləcək.
  • Ölüm kişidirsə, axıra gədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır.
  • Terrorizm - mükəmməl fakt və reallıqdır. Və ən təhlükəli odur ki, bununla məşğul olanlar onu əsaslandırılmış sayırlar.
  • Mən xalq dirçəlişi dəstəkləyirəm, terrorizmi yox. Mən Nelson Mandellanı və sonra Namibiyanın prezedentı olan Sem Nuyomuyu dəstələyirdim. O Cümlədə Fələstin Azadlığın Təşkilatı dəstəkləyirəm. Bu gün bu adamları Ağ Evdə şərəfnən qarşılayırlar. Məni isə hələ də terrorist kimi sayırlar. Mənim Mandellanı və azadlıq təşkilatı dəstəkliyi səhv deyildi. Bu ölkələr yenə də kolonializmə qayıdarlarsa, mən yenə də onların azadlığın təşkilatları dəstəkləyərəm.
  • Mən “Facebook”u bağlamaq gücündə olan diktator deyiləm. Mən sadəcə, bu sayta daxil olanların hamısını həbsxanaya ataram.
  • Demokratiya - müddətsiz hakimiyyət deməkdir.
  • Valideynlərə itaət etmək daha vacibdir, nəinki onların dediklərini etmək.
  • Amerika millətindən olan keniyalı qardaşımız Obamanın Yerusəlim haqqındakı bəyanatları göstərir ki, o, ya beynəlxalq siyasəti rədd edir və Yaxın Şərq münaqişəsini öyrənməyib, ya da prezident seçkiləri kampaniyasında seçicilərinə yalan danışır.
  • Məlumdur ki, ABŞ-ın prezidenti dəlisov Reyqan olub. O, Altsgeymer xəstəliyinə tutuldu və ağlını itirdi. İndi isə iməkləyir.
  • Qadın cinsindən asılı olmayaraq, seçkilərdə səsvermə hüququna malikdir.
  • İnsan fiziki şəxs olaraq özünüifadə azadlığına malik olmalı, hətta ağlını itirəndə də öz dəliliyini azad ifadə etmək hüququ olmalıdır.
  • Biz Amerikanı dağıda və onun burnunu sındıra bilərik.
  • Amerika əsgərləri quzuya çevrilməlidir və onları yeməyə icazə verilir.
  • Bizim fikrimizcə, amerikalılara qarşı olan istənilən şəxs bizim tərəfdarımızdır. Düşməninin düşməni - sənin dostundur.
  • Biz Obamadan razıyıq və o, ABŞ-ın əbədi prezidenti olsa, biz çox şad olarıq. Obama Keniyanın, Afrikanın oğludur.
  • Mən beynəlxalq liderəm, ərəb rəhbərlərinin hökmdarı, Afrika krallarının kralı və müsəlmanların imamıyam. Və mənim beynəlxalq statusum mənə aşağı səviyyəyə enmək imkanı vermir.
  • Liviyalılar Danimarkanı tanımır. Ona görə də Danimarkaya nifrət edə bilməzlər. Onlar İtaliyanı tanıyırlar və İtaliyaya nifrət edirlər.
  • Mən nə Fələstin dövlətini, nə də İsrail dövlətini tanıya bilərəm. Fələstinlilər də, israillilər də idiotdur.
  • İslamdan başqa dinin mövcud olması yanlışlıqdır. Cəmi bir din var - İslam və onun peyğəmbəri Məhəmməddir. İslama tapınmayan hər kəs uğursuz adamdır.
  • Müasir dövrün bütün böyük peyğəmbərləri səhradan gəliblər - Məhəmməd, İsa və mən.
  • Mən inqilabçıyam. Mən bədəviyəm. Mən çadırda yaşayan insanam. Mən burada əzabkeş kimi öləcəyəm.
  • Əgər elektrik kəşf olunmasaydı, biz televizora qaranlıqda baxmalı olardıq.
  • İstədiyiniz qədər etiraz edin, amma küçə və meydanlarda toplaşmayın.
  • Mən xalq kütlələrini öz atam kimi sevirəm. Eyni zamanda onlardan atam kimi qorxuram.
  • Xalq ayağa qalxanda necə də amansız olur. O, öz yolunda heç nəyə rəhm etmir, heç kəsin kömək çağırışlarını eşitmir, darda olan heç kəsə yardım etmir.

Xarici keçidlər[redaktə]

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Vikpediyada Müəmmər əl-Qəzzafi haqqında məqalə var.