Məzmuna keç

Məmməd Əli Birand

Məmməd Əli Birand
Doğum tarixi 9 dekabr 1941
Doğum yeri Bəyoğlu
Vəfat tarixi 17 yanvar 2013
Vəfat yeri Şişli
Dəfn yeri Anadolu Hisarı Cemetery
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Məmməd Əli Birand (9 dekabr 1941; Beyoğlu, İstanbul - 17 yanvar 2013; Nişantaşı, Şişli, İstanbul) - türk jurnalist, yazıçı, köşə yazarı, xəbər aparıcısı, televiziya prodüseri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycanın o vaxtki Türkiyəyə qapılarını böyük miqyasda mən açdım.[1]
  • Bəlkə çoxumuz fikir vermirik, ancaq Nimet Başın açıqlaması ilə bu ölkədə yeni dövr başladı. Bir inqilab baş verdi. İlk dəfə əskər sorğulandı və ən əsası bundan sonra dövlət çevirilişinə cəhd edənlərə mesaj yollandı: yoldaşlar, etsəz cavabını verərsiz.

Sizdən soruşmaq istərdim. Bundan 10 il əvvəl bu cür komissiya qurula bilərdi və orada suallar verilə bilərdi mi? Nə vaxt bu sualı versəm "Susurluk Komissiyası" yadıma düşür. Komandirlər "Bizi nə haqla çağırırsız?" deyə dəvətnamələri geri qaytardıqları günləri xatırlayıram.[2]

  • İnsan həyatı əsas məsələ olarsa hər şey bitər. Çünki insan bir dəfə yaşayır.
  • Lütfən mənə deyin. Türkiyənin neçə Fazıl Sayı var?! Necə ki, bəzi mövzularda eşitməyə öyrəşmədiyimiz səbəblərə görə yerdən yerə vurduğumuz Saydan danışıram. Maraqlıdır neçə musiqiçimiz onun kimi məhsuldardır?! Nə qədər musiqiçi onun kimi beynəlxalq aləmdə şöhrət qazanmışdır?! Bəli, əlbəttə var; bir əlin barmaq sayını keçməz.
  • Məktəbdə mənə Ələviliyin nə olduğu deyilsəydi, böyük ehtimalla Ələviliyi seçərdim. Onların dünyagörüşünü, dinə münasibətini, fəlsəfələrini özümə daha uyğun görürəm.[3]
  • Mən Türkiyə hökumətini o qədər tənqid edirəm ki... Belə davam etsə Türkiyədə küçədə gəzə bilməyəcəyəm.
  • Uşaqlar, bunu başa düşməyinizi istəyirəm. O liderlər mənimlə Məmməd Əli Birand olduğum üçün, qara qaşım, qara gözüm olduğu üçün danışmadılar. Bunu əsla unutmayın: jurnalistlik sənəti şərtləri öz lehinizə çevirmə və dəyərləndirmə sənətidir. Gələcəyin jurnalistləri olaraq siz də bunu edə bilərsiniz. Özünüzü əsla əzilmiş görməyin, mən də daxil kimsəni beyninizdə həddindən artıq müqəddəsləşdirməyin.[4]

İstinadlar

[redaktə]