Mark Porsi Katon

Vikisitat saytından

Mark Porsi Katon (təq. e.ə. 234 – e.ə. 149, Roma) — Qədim Roma yazıçısı, Roma ədəbi nəsrinin banisi, dövlət xadimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Acı dadmayan, nəyin şirin olduğunu bilməz.
  • Ağıllı adamlar axmaqlardan daha çox öyrənirlər, nəinki axmaqlar müdriklərdən.
  • Arvadla yaşamaq asan deyil, amma onsuz yaşamaq mümkün deyil.
  • Avaralarla mübahisəyə girməyin: nitq hər şeyin ağasıdır, ağıl az adama xasdır.

B[redaktə]

  • Böyük müəllim öyrətdiyini işi ilə sübut edəndir.
  • Bütün bəşəriyyət öz qadınlarını idarə edir, biz də bütün bəşəriyyəti idarə edirik, amma qadınlarımız bizi idarə edir.

E[redaktə]

  • Elm çox acı kökün şirin meyvəsidir.
  • Evin başçısı almağa yox, satmağa həvəsli olmalıdır.

Ə[redaktə]

  • Əgər ağlın sənə hakimdirsə, sən padşahsan, bədənin hökm sürərsə, qulsan.
  • Əgər kimsə sizi tərifləyirsə, bunun doğru olub olmadığını yoxlayın.
  • Ən pis hökmdar odur ki, özündə hökm edə bilmir.[1]

H[redaktə]

  • Haqlı olsa belə susmağı bilən insan tanrılar kimidir.
  • Heç bir kişinin pis dilini və ya pis əməllərini idarə etmək mümkün deyil; Amma vicdanlı həyat sürən insanlar onları görməməzlikdən gələ bilərlər
  • Həmişə sənə xəbər verənə inanma : çox danışanlara az inanmalısan.

İ[redaktə]

  • İnsan həyatı dəmir kimidir: istifadə etdikdə köhnəlir, istifadə etmədikdə paslanır.
  • İstədiyinizi deyil, ehtiyacınız olanı alın; istəmədiyin şey bir qəpik dəyərindədir.
  • İşə hakim ol, söz tapılacaq.

K[redaktə]

  • Kiçik işlərə önəm verən kəs, vacib məsələlərdə kiçik olduğunu sübut edər.
  • Kimə borc verdiyinizə baxın.

Q[redaktə]

  • Qəzəb dəlilikdən yalnız öz müddəti ilə fərqlənir.

M[redaktə]

  • Müdriklərlə danışarkən çox söz işlətməyin.

N[redaktə]

  • Nə lazımdır onu yox, nə zəruridir onu al.

S[redaktə]

  • Sizə ağlınız hökm edirsə - padşahsınız, vücudunuz hökm edirsə - kölə!
  • Söz hamıya verilir, hikmət isə az adama verilir.

Ş[redaktə]

  • Şəxsi malların oğruları ömürlərini həbsxanada və zəncirlərdə, ictimai malların oğruları isə sərvət və şərəflə keçirlər.
  • Şirin kimi görünən dostlardansa, acı düşmənlərin olması yaxşıdır: birincilər tez-tez düz deyir, ikincilər heç vaxt.

T[redaktə]

  • Tanrılar qaliblərin tərəfindədir, Katon isə məğlubların tərəfində.

Ü[redaktə]

  • Üç bəladan qorxaq: tanrıların qəzəbi, vətənə xəyanət və qadın sevgisi.
  • Üstəlik, mən hesab edirəm ki, Karfagen məhv edilməlidir.
    • Katon əmin idi ki, Romanın təhlükəsizliyi Karfagenin məhv edilməsindən asılıdır və o, öz həmvətənlərini Üçüncü Pun müharibəsinə çağırırdı. Ömrünün sonlarına yaxın Roma senatındakı bütün çıxışlarını bu sözlərlə bitirdi.

Y[redaktə]

  • Yaxşı işləri yaddaşda saxlamağın ən yaxşı yolu onları yeniləri ilə təzələməkdir.

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997, səh.122.