Nazim Hikmət

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

B[redaktə]

  • Bəli.. Bəlkə ümidim qalmadı gələcəyimdən; Amma əsla peşman deyiləm keçmişimdən.
  • Bilərsənmi nə pisdir insanın bildiyini izah edə bilməməsi, sözlərin həmişə yarım qalması. "Mən" deyib susması, "Sən" deyib ağlaması...
  • Bilməzdən gəlişim, axmağı oynamam itirmə qorxumdan deyil; Qarşımdakıların yalan danışma potensiallarına olan marağımdandır.

C[redaktə]

  • Cibimdə yoxuydu! Ürəyimdən verdim.

D[redaktə]

  • Darıxdın, içtin, ağladın, güldün, mahnılar söylədin, şeirlər yazdın. Yaxşı o nə etdi?
  • Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.
  • Dostluq ağaca bənzəyər, qurudumu bir daha yaşıllaşmaz.
  • Düşmənin acığına bir gün daha çox yaşayacaqsan.
  • Deyirlər e, mən sənsiz yaşaya bilmərəm. Bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram amma səninlə bir başqa yaşayaram.

E[redaktə]

  • Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük döyüşdür. Sevməyənin ağılı, həqiqətən sevənin ürəyi qazanır bu döyüşü.
  • Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır.

Ə[redaktə]

  • Ən çox bir il davam edir iyirminci əsrlərdə ölüm ağrısı.

G[redaktə]

  • Gerçək həyatdan qaçan və onunla əlaqəsiz mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.
  • Gerçək şair öz eşqi, öz xoşbəxtliyi və ağrısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzini tutmalıdır.
  • Gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir.

H[redaktə]

  • Hər gələn sevməz və heç bir sevən getməz unutma. Bil ki, gedən dönürsə sevdiyindən deyil, itirdiyindəndir əslində!
  • Həqiqi şair öz eşqi, öz xoşbəxtliyi və acısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzi vurmalıdır.

İ[redaktə]

  • İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.
  • İki şey var ancaq ölümlə unudular, anamızın üzüylə şəhərimizin üzü.
  • İnsan kimnənsə qocalmalıdır, kiməsə görə yox!
  • İnsanların qanadları yoxdur,çünki insanların qanadları ürəklərindədir.

K[redaktə]

  • Keçdim putların meşəsindən baltalayaraq, nə də asan yıxılırdılar.
  • Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük!
  • Kim Bilİr.. Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də.

Q[redaktə]

  • Qorxumuz yox! Enmədi bir gün belə gözlərimizə, bir qış axşamı kimi qaranlığı qorxunun.

M[redaktə]

  • Mən türk dillinin şairiyəm. Həyatımı buna həsr etdim.
  • Məncə sən də indi hər kəs kimisən.
  • Mənim könülüm bir qartaldır.
  • Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim?
  • Məsələ əsir düşməkdə deyil, təslim olmamaqdır bütün məsələ.

N[redaktə]

  • Nə acıdır insanın bildiyini izah edə bilməməsi. 'Mən' deyib susması, 'Sən' deyib ağlamaqlı qalması.
  • Nə mən sənə hirslənərəm, nə də şəxsin zəhmət edib mənə küssün. Artıq səninlə biz, düşmən belə deyilik.
  • Nə pisdir insanın ağılıyla ürəyi arasında çarəsiz qalmağı. Nə pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olmağı.
  • Nəbzini boşluqda sayan bir gecə.

Ö[redaktə]

  • Ölüm özündən əvvəl mənə təkliyini göndərdi.

P[redaktə]

  • Peşman deyiləm! Yalnız dön bax arxana; Nə üçün, nələrdən imtina etdin? Nələr varkən, sən nəyi seçdin.
  • Peşman deyiləm yaşadıqlarıma! Əsəbiyəm bəlkə də yaşaya bilmədiklərimə!

S[redaktə]

  • Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.
  • Səmanı başımın üstündə görmək mənə qadağandır.
  • Sən mənim sərxoşluğumsan, nə ayıldım, nə ayıla bilərəm, nə ayılmaq istəyirəm!
  • Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa?
  • Sərçə kimisən qardaşım.

Ş[redaktə]

  • Şair müvəffəqiyyətli olmaq üçün, əsərlərində maddi həyatı işıqlandırmaq məcburiyyətindədir.

T[redaktə]

  • Tahir olmaq da ayıb deyil Zöhrə olmaq da, hətta sevda üzündən ölmək də ayıb deyil.
  • Təvazökarlıq qürur deməkdir. Qürürlu olanlar təvazökardırlar.

Ü[redaktə]

  • Ürəyə bir bıçaq kimi girən xatirələrin, dilsiz olduqlarını anlayıram.
  • Ürəyin qadını kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!

Y[redaktə]

  • Ya ölü ulduzlara aparacağıq həyatı, ya da ölüm enəcək yer üzünə.
  • Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına.
  • Yeni meydanlar açılmış uzaqdakı şəhərimdə.

Məqalə ilə əlaqəli digər Vikimediya səhifələri:

Wikimedia Commons-da Nazim Hikmət ilə əlaqəli media faylları var.

Vikpediya-da Nazim Hikmət haqqında məqalə var.