Nikolay Qoqol
Görünüş
Nikolay Qoqol | |||
Doğum tarixi | 20 mart 1809 | ||
Doğum yeri | Velyki Sorochyntsi | ||
Vəfat tarixi | 21 fevral 1852 | ||
Vəfat yeri | Moskva | ||
Dəfn yeri | Novodeviçye qəbiristanlığı, Danilov monastrı | ||
|
Nikolay Vasilyeviç Qoqol (1809–1852) — rus yazıçısı və dramaturqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaq adamın sözləri necə də axmaq olur: bəzən bu sözlər ağıllı insanı çaşdımaq üçün kifayət edir.
- Axmaqlıq, yaxşı qadının xüsusi gözəlliyini təşkil edir. Ən azından, mən çox kişilər tanıyıram ki, arvadlarının axmaqlıqlarına heyran olur və onlarda uşaq günahsızlığının bütün əlamətlərini görürlər.
- Ağıl, ehtiraslar üzərində qələbə hesabına qazanılan ən yüksək qabiliyyətdir.
- Aləmin gördüyü gülüşün arxasında çox vaxt heç kəsin görmədiyi göz yaşları axır.
- Anlaşılmaz hadisə: bizi hər gün əhatə edən, bizdən ayrı düşməyən, bizə adi olan şeyləri yalnız dərin, böyük, qeyri-adi istedad aşkar edə bilər.
- Artıq bütün dünya bilir ki, İngiltərə tütün iyləyəndə, Fransa asqırır.
- Aşiq olan insan, islatdıqda haraya istəsən əyə biləcəyin ayaqqabı altlığı kimi bir şey olur.
B
[redaktə]- Başqalarını öyrədə-öyrədə özün də öyrən.
- Başqalarının sizi sevməsinə yox, sizin başqalarını sevməsinə baxın.
- Bədbəxtlik insanı yumşaldır. Gündəlik və adi olan, amma insanın başa düşmədiyi şeylər onun təbiəti üçün daha həssas və əlçatan olur. İnsan, sanki istədiyiniz şeyi düzəldə biləcəyiniz qızdırılmış bir mum olur.
- Bəzən görünən gülüşün içindən görünməyən göz yaşları axır.
- Birtərəfli insan özünə güvənən və ötkəm olur. Birtərəfli insan hamını özünə qarşı silahlandırır. Birtərəfli insan heç bir şeydə orta vəziyyət tapa bilmir.
- Biz müdriklik zərrəciklərini kitablardan yox, əzablardan, dərddən əldə edirik.
- Biz püxtələşir və mükəmməlləşirik. Amma nə vaxt? Qadını daha dərindən və daha mükəmməl dərk edən zaman.
Ç
[redaktə]- Çətin ki yaratmaq həzzindən böyük həzz olsun.
D
[redaktə]- Dünyada gözəl bir şey var: bir butulka yaxşı şərab. Öz kədərli hekayəni başqasına söyləmək istəsən, əvvəlcə öz otağına çəkil və bir stəkan şərab iç. Bu bir stəkan şərabdan sonra hisslərinin necə canlandığını hiss edəcəksən.
- Düzgün həyat yaşamaq istəyən, gənclikdə nə vaxtsa qocalacağını, qocalıqda isə nə vaxtsa gənc olduğunu nəzərə almalıdır.
E
[redaktə]- Evlənmək- bu sizin üçün hamama getmək deyil.
Ə
[redaktə]- Ədəbi dünyada ölüm yoxdur və orada ölüllər də bizim işlərə qarışır və canlı insanlar kimi bizimlə birlikdə hərəkət edirlər.
- Əgər gülüşün gücü böyükdürsə və ondan qorxurlarsa, o zaman onu boş yerə sərf etməyin.
- Əgər kimisi hirsləndirirsənsə, o zaman başqasını hirsləndirməyi bacardığına görə heç olmasa özünə də hirslən.
- Əgər mənasız bir şıltaqlıq ümumdünya çevrilişlərə səbəb olursa və ən ağıllı insanları axmaqlıqlar etməyə məcbur edirsə, o halda, bu şıltaqlıq dərk edilsə və xeyirxahlığa yönəldilsəydi, o zaman nə baş verə bilərdi?
- Əgər rusların cəmi bir kəndi qalsa belə, Rusiya yenidən dirçələcək.
- Əsərləri ilə bizə ruhun ləzzətini verən şairin sayəsində irəliləyirik.
- Əvvəlcə özünüzün, sonra isə başqalarının qayğısını çəkin. Əvvəlcə öz ruhunu təmiz saxla, sonra isə başqalarının ruhunun təmiz olmasına çalış.
G
[redaktə]- Gənclik illərindən ayrılıb sərt, cəsarət tələb edən həyata düşəndə, sonra qaldırmamaq üçün özünüzlə bütün insani hərəkətləri də götürün!
- Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.[1]
- Gözəl bir şeyin həqiqi iyrəncliyini tam dərinliyi ilə göstərməyincə, cəmiyyəti, hətta bütün nəsilləri bu gözəlliyə istiqamətləndirmək mümkün deyildir.
- Gülüş, böyük işdir. O, nə can alır, nə də mal-mülk. Amma onun qarşında günahkar bağlı dovşan kimidir.
- Gülüşdən qorxan insan heç bir gücün saxlaya bilmədiyi şeydən özünü saxlayır.
H
[redaktə]- Heç bir mahir və dahi həkim xəstəlik prosesinin gedişini, onu törədən səbəbləri bilmədən xəstəliyi müalicə etməz.
- Heç nədən qorxmayan insan da məsxərəyə qoyulmaqdan qorxur.
- Həqiqətlər nə qədər yüksək olarsa, bir o qədər ehtiyatlı olmaq lazımdır. Əks təqdirdə, onlar ümumi yerlərə aid olar. Ümumi yerlərə isə inanmırlar.
- Həqiqi milliyyətçilik sarafanın təsvirindən yox, xalqın ruhundan ibarətdir.
- Həm bizim dinimiz , həm də katolik dinimiz tamamilə eynidir və buna görə də birini digərinə dəyişməyə qətiyyən ehtiyac yoxdur. Hər ikisi doğrudur. Hər ikisi eyni Xilaskarı, eyni ilahi müdrikliyi tanıyır… — M. İ. Qoqola məktub, 22 dekabr 1837-ci il, Roma.
- Hər bir insan öz vəzifəsini vicdanla və düzgün yerinə yetirməlidir.
İ
[redaktə]- İncəsənət hər zaman yaxşı, müsbət və ya mənfi istiqamətdə çalışır: insanlarda ən yaxşı olan hər şeyin gözəlliyini ortaya qoyur və ya insanın ən pis çirkinliyinə gülür.
- İncəsənət, həyatla barışmaqdır.
- İndi çoxlarına elə gəlir ki, o, öz vəzifəsində yox, başqasının vəzifəsində çoxlarına yaxşılıqlar edə bilər. Bütün pisliklərin səbəbi bundadır.
- İndiki zamana diqqətlə baxanda, gələcək özü-özünə birdən görünəcək.
- İnsan elə bir heyvandır ki, biləndə ki, sabah öləcək, işinə bir gün əvvəl başlayacaq.
- İnsan elə yaradılıb ki, həmişə başqalarından kömək tələb edir. Hər bir insanda başqalarında olmayan nə isə var. Hər bir insanın əsəbləri başqasının əsəblərindən daha həssasdır. Yalnız dostcasına bir-birini başa düşmək və qarşılıqlı kömək istənilən predmeti hərtərəfli, tam aydınlıqla görməyə imkan verər.
- İnsan heç vaxt tam haqlı, nə də tam günahkar olmur.
- İnsan özünə qarşı yox, başqalrına münasibətdə müdrik və ağıllı olur.
- İnsan təbiətində, xüsusi ilə də ruslarda əcaib bir xüsusiyyət var: o, başqasının ona əyildiyini və ya güzəştə getdiyini görcək, onun özü az qala üzr istəməyə hazır olur.
- İnsanı tamamilə özünə müraciət etməyə və özünə qapılmağa məcbur edən əmək bizim xilaskarımızdır.
- İnsanın hər şeyə görə özünə borclu olmasından gözəl hiss yoxdur.
- İnsanın kədəri gizli şirinliklə nəticələnəndə, o çox danışır.
K
[redaktə]- Kimliyindən asılı olmayaraq kiməsə qəzəblənmək və ya kiməsə narazılığını bildirmək, həmişə haqsız bir hərəkət sayılıb, yalnız bir hal istisna hal sayılır. Əgər narazılıq başqasına yox, özünə, öz iyrəncliyinə, öz vəzifə borcunu yerinə yetirməməyə yönəlibsə, o zaman narazılığımızı ədalətli hesab etmək olar.
Q
[redaktə]- Qadın elə bir məxluqdur ki!.. Onun gözləri elə bir sonsuz dövlətdir ki, oraya daxil olan insanın izi-tozu da qalmayacaq!
- Qadına kimisə gözəl adlandırmaqdan şeytanı öpmək asandır.
- Qəzəbin heç yerdə, xüsusi ilə də haqq işlərdə yeri yoxdur. Çünki, onu tündləşdirir və bulandırır.
M
[redaktə]- Memarlıq da həyatın bir xronikasıdır. O, mahnılar, əfsanələr susanda danışır.
N
[redaktə]- Nümunə qaydadan güclüdür.
O
[redaktə]- Ona baxmayın ki, digərləri sizi sevirmi, baxın ki, siz digərlərini sevirsinizmi.
- Orada yalnız prokuror saf adamdır. Düzünü desək, o da donuzun biridir.
Ö
[redaktə]- Öz keçmişini ciddi mühakimə etmək əvəzinə, indiki zamandakı işlərinə qarşı amansız olmaq daha yaxşıdır.
P
[redaktə]- Poeziya, incəsənətin törəməsi və ya insanın istəməsi deyil, ruhun etirafıdır. Poeziya, ruhun həqiqətidir, ona görə də hamı üçün əlçatan ola bilər.
- Poeziyanın bulağı gözəllikdir.
- Pul da kölgə və gözəl qadın kimidir. Sən onlardan qaçırsan, onlar da sənin arxanca qaçırlar. Kim ki, öz zəhməti ilə çalışırsa və sabah üçün pulu olmasa belə, pul haqqında fikirlər onu təşvişə sala bilməz.
R
[redaktə]- Rus xalqı güclü xarakterə malikdir. Əgər kimisə onu sözlə mükafatlandırsa, o, sözü nəslinə aid edib xidmətinə, istefasına, Peterburqa və dünyanın o başına qədər aparacaq.
- Rus insanı hər cür ifratçılığa qadirdir: o, aldığı az pulla əvvəlki kimi yaşamağın mümkün olmadığını görəndə, istifadə edilməsi üçün ona uzun müddətə verilmiş şeyləri bir anda xərcləyə bilər.
- Rus insanına ən azı məramına görə minnətdar olmaq lazımdır.
- Rus insanını hirsləndirməyincə, tamamilə səbirini tükəndirməyincə danışmağa məcbur edə bilməzsən.
- Rus insanının barışmaz, təhlükəli bir düşməni var. Bu düşmən olmasaydı, o çox əzəmətli bir insan olardı. Bu düşmənin adı tənbəllikdir.
S
[redaktə]- Soyuq gülüşün dərinliyində əbədi güclü sevginin qaynar qığılcımları tapıla bilər.
Ş
[redaktə]- Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir.
- Şöhrət, onu qazanmayıb oğurlayan adama bəs etməz və ona həzz gətirə bilməz. Şöhrət, yalnız ona layiq olanı şöhrətləndirir.
T
[redaktə]- Tarix ancaq arabir onların coğrafi dünyasını xatirələrlə işıqlandırmalıdır. Baş verənlər çox təəccüblü olmalıdır və insanı onu çağırmağa məcbur etmək üçün sırf coğrafi səbəblərə görə olmalıdır. Amma əgər şagird bu zamandan və tarixdən keçibsə, onda onun fəaliyyət dairəsini göstərmək lazımdır; sonra coğrafiya tarixlə birləşərək bir bədən təşkil edir.
- Teatr elə bir kafedradır ki, oradan dünyaya çox şey demək olar.
V
[redaktə]- Verilən suala "Müsbət cavab verə bilmərəm, ilk təəssürata görə mühakimə edə bilmərəm" kimi məhdud sözlərlə cavab verən insan yaxşı edir: əsl təvazökarlıq bu cür edir. Amma ilk dəqiqədən öz təəssüratını bildirən, nə öz etibarını itirməkdən, nə də dostunun həssas hisslərini təhqir etməkdən qorxmayan insan comərd insandır.
Y
[redaktə]- Yaratmaq həzzindən yüksək həzz yoxdur.
- Yaşamaq və öz varlığını heç nə ilə göstərməmək, bu mənim üçün dəhşətli görünür.
- Yazıçının üslubu yazdığı adamı yaxşı tanıyanda yaranır.
- Yazıçının vəzifəsi ağıla və zövqə yalnız xoş anlar yaşatmaqdan ibarət deyil. Əgər onun əsərlərindən insan ruhuna heç bir fayda yoxdursa və insanlar heç bir nəsihət qazanmırlarsa, belə yazıçı ciddi ittihama məruz qalacaq.
- Yazıçının yalnız bir müəllimi var: oxucu.
- Yoldaşlıqdan daha müqəddəs bağlılıq yoxdur! Ata öz uşağını sevir, ana öz uşağını sevir, uşaq atanı və ananı sevir. Amma bu o deyil, qardaşlar! Heyvan da öz balasını sevir. Amma qanla yox, ruhla bərabərləşməyi yalnız insan bacarar.
Xarici keçidlər
[redaktə]İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.156