Məzmuna keç

Nizami Gəncəvi

Nizami Gəncəvi
Nizami Gəncəvinin xalça üzərində təmsili rəsmi.
Nizami Gəncəvinin xalça üzərində təmsili rəsmi.
Nizami Gəncəvinin xalça üzərində təmsili rəsmi.
Tam adı Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd
Doğum tarixi 1141
Doğum yeri Gəncə
Vəfat tarixi 1209
Vəfat yeri Gəncə
Dəfn yeri Gəncə
Vikipediya məqaləsi

Nizami Gəncəvi – Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acizlik ürəyi ağrıdır, bilsən,
    Bir alçaqlıq olar hər zülmə dözsən.
  • Adam yüksələndə əhdini pozmaz.
  • Axmağa nəsihət eyləyən hər kəs,
    Toxumu boş yerə səpir, bil, əbəs.
  • Ağıl-kamal bəsləməz, igidliyə ədavət,
    Hünər də, igidlik də ədalətdir, ədalət.
  • Ağıllı adamla dost olsan əgər,
    Elmi, mərifəti sənə də keçər.
  • Ağılsız adamla mey içmə zinhar,
    Çirkin işlər ilə qəlbini qırar.
  • Amandır ağlını unutma ki, sən
    Gülünü tikana deyişməyəsən.
  • Az sözün incitək mənası solmaz,
    Çox sözün kərpictək qiyməti olmaz.
  • Az yeməkdən kimsə qızdırmaz, ancaq,
    Çox yeməkdən gündə yüzü ölür, bax.
  • Bağlama qapını dostun üzünə.
  • Belə məsəl çəkmiş aqil bir insan:
    Qurd girməz sürüyə yatmasa çoban.
  • Bədən sağlam olsa, saf olar söz də,
    Süst adam süst olar bədənda, sözdə.
    Həkim xəstələrə eyləyir əlac,
    Xəstələnsə, olar özgəyə möhtac.
  • Bilik öyrənməyi ar bilən hər kəs,
    Dünyada mərifət qazana bilməz. [1]
  • Bir elm öyrənmək istədikdə sən,
    Çalış ki hər şeyi kamil biləsən.
    Kamil bir palançı olsa da, insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.
  • Bir neçə gün hicran dağıyla tək qalsan
    ayrılıqdan sonra xoş olar vüsal.. [2]
  • Bir ürəkdə olmaz iki sevgili,
    İki ürəklinin düz olmaz dili.
  • Budaqda vaxtında gülərsə çiçək,
    Ağacın meyvəsi bol olur, bişək.
    Hər əqlə sığışan hünər, bilikdən,
    Bir məna çıxarar mənanı bilən.
  • Bütün tarix boyu şahlara baxsan,
    Görərsən qazanmış daim cəld olan.
  • Cibi boş olandan bir bac alınmaz.
    Köhnə xarabadan xərac alınmaz.
  • Çalış ki, dünyada səhv eyləmə sən,
    Çox bizim kimilər yanmış səhvindən.
  • Çalış ki, kipriyin olsun almaz tək,
    Ayıq ol, ölkənin keşiyini çək!
  • Çalış öz xalqının işinə yara,
    Geysin əməlindən dünya zərxara.
  • Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır.
  • Çox gözəl olsa da eybi gizləmək,
    Dost dostun eybini örtməsin gərək.
  • Çox iti zehinlər yatan oldular
    Axırda saxsı qab satan oldular.
  • Darılma sənə üz verdikcə kədər,
    Ondan da böyük bir dərddən oıl həzər.
  • Deyilməyən sözü demə əğyara,
    Deyil tək əğyara, hətta dostlara.
    Sirrini bilməsin evdə divarlar,
    Divar dalında da çünki qulaq var.
  • Dənizə min çay axar, o yenə sakit durar,
    Arxa bir sel gələndə çalxanıb ləngər vurar.
  • Dilim lal ol, yerində yat, danışma,
    Məni salma oda, sən də alışma.
    Dil gülünc etməsin deyə insanı,
    Olmuş insan ağzı dilin zindanı.
  • Dilin bəlasıdır uzunçu olmaq,
    Ariflər işidir sükuta dalmaq.
  • Doğru yazmağa var, madam ki, imkan,
    Neçin gəlməlidir ortaya yalan?
    Sözün qiymətini saldı yalanlar,
    Doğrunu danışan hörmətli olar.
  • Doğruluq edən kəs doğru işlərindən ziyan görməz.[3]
  • Dost rahatlıq verən bir məlhəmdir.
  • Dostluq, mehribanlıq göstərsən ey yar,
    Gəlib qulun olar azad adamlar.[4]
  • Dovşanın hər bir yerin məsəl var,
    Yenə də o, yerin tazısı tutar.
  • Döyüşdən yaxşıdır barışıq, şəfqət,
    Biri dərd gətirir, biri səadət.
  • Dünya bir gəmidir, üzmək istəsən,
    Xeyirxah işlərdən gəmi düzəlt sən.
  • Dünyanın zövqləri qotur bir əlin qaşınması kimidir; əvvəlcə xoş gəlir, lakin son qaşınmada ələ atəş düşür..
  • Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
    Yer üzünün fatehi ədalətdir, ədalət!
  • Düşməninlə dost olana sən də bax bir düşmən kimi,
    İlan üstə qonan milçək zəhərlidir ilan kimi.
  • Elə söz var ki, yaramaz demək,
    Başqa bir dil ilə söyləmək gərək.
    Onu incə-incə söylərsən bir-bir,
    Ondan hər eşidən alar bir təsir.
  • Elm öyrənməyi ar bilən hər kəs,
    Dünyada mərifət qazana bilməz.
  • Eşşəyin qızıldan olsa da yükü,
    Yenə də eşşəkdir parıldar tükü.
  • Ədalət mülkündən kim üz çevirsə,
    Ona aqil deməz ağıllı kimsə.
  • Əlində yumşalsa dəmir, bunu bil,
    Tədbirlə yumşalar, hiddətlə deyil.
  • Gecəni, gündüzü çox vermə bada,
    Yaxşı ad uğrunda çalış dünyada.
  • Gənclikdir insana gözəllik verən,
    gözəllik sönərsə, qəlb olurmu şən?
  • Gül kimi yumşaqlıq göstərmə gerçək.
    Olma başıaşağı bənövşələr tək.
    Tikan olmağın da öz məqamı var,
    Yerli dəlilik də işə yarayar.
  • Günəşi örtsə də qara buludlar,
    Yenə günəş adlı bir qüdrəti var.
  • Hər çətin düyünün bir əlacı var,
    Səbirlə, tədriclə açılar onlar.
  • Hər sözün xüsusi bir ölçüsü var,
    Ölçüsüz söylənən söz qulaq yırtar.
    Bir söz ki, qaşlara düyün vuracaq,
    Gözəl söz olsa da, söyləmə, buraz.
  • Hər uca rütbədən biliniz,fəqət
    Alimin rütbəsi ucadır, əlbət!.
  • Hər ümidsiz işdə bir çox ümid var,
    Qaranlıq gecədən ağ səhər doğar.
  • Hünər ardınca qoş, xalqa hünər saç,
    Qapılar bağlama, ər ol, qapı aç.
  • Hər kim öyrənməyi bilməyirsə ar
    Sudan dürr, daşdan da gövhər çıxardar.
    Ancaq, öyrənməyi ar bilən insan
    Məhrumdur dünyada bilik almaqdan.
  • Həyalı söz danış, öyrənib səndən,
    Həyalı danışsın səni dinləyən.
    Əqilli bir işdir yumşaq danışmaq,
    Kobudluq axmağa yaraşar ancaq.
  • Xəzinə kəşf etmək istəsən əgər,
    Hər bir çətinliyə tab et, sinə gər.
  • İncitək sözlər seç, az danış, az din,
    Qoy az sözlərinlə dünya bəzənsin.
  • İnsafla yaşayan mərddir, kişidir,
    İnsaflı olmamaq namərd işidir.
  • İnsana arxadır onun kamalı,
    Ağıldır hər kəsin dövləti, malı.
  • İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. [5]
  • İnsanı dişləsə azğın bir quduz,
    Onun məlhəmi var, keçər qorxusuz.
    Lakin dil yarası ürəkdən getməz,
    Ona min məlhəm də bir əsər etməz. [6]
  • İnsanı sarsıdır göz yaşı, nalə,
    Ah çəkib, uf deyən yetməz kəmalə.
  • İnsanlardan başqa bütün canlılar,
    Qənaət evində tutmuşlar qərar.
  • İradəsiz olma, iradəsizlər
    Ayaqsız qurd kimi yerdə sürünər.
  • İstəyə gənclikdə mümkündür çatmaq,
    Qocalıq gəldimi, axtar bir bucaq.
  • Kim ki, ad qoymuşdur qoca dünyada,
    Onu öz dostları vermişdir bada.
    Ay üzlü Yusifi yad edin barı,
    Ona quyu qazdı öz qardaşları.
    Əzəldən dünyanın bir qaydası var:
    Bal tutan barmağı arılar sancar.
  • Kim ki, öz-özünü düşmüşdür başa,
    Ona ölüm yoxdur, o, ölməz haşa...
    Tanısan özünü, köçsən cahandan,
    Yenə bu dünyada yaşayacaqsan.
  • Kimin ki, alnının aynası bərkdir,
    Dünyada xoş günü o görəcəkdir.
  • Kimin ki, ixtiyarı sədaqətə bağlıdır,
    Taleyinin açarı səadətə bağlıdır.
  • Kin ilı, sülh ilə sınanmış cahan,
    Sülhündən xeyr olmuş, kinindən ziyan.
  • Kitab elə bir zəmidir ki, ondan hamı yesə də qurtarmaz.
  • Qarışqa birlikdə göstərər hünər,
    Özündən çox böyük şeylər sürüyər.
  • Quyuya salsan da yaxşılığı bil,
    Yenə qayıdacaq, o itən deyil.
  • Qəlbini çalmasın bu mal, bu dövlət,
    Azı bir zillətdir,çoxu fəlakət.
    Göydə ol, yerdə ol, fərqi yox bunun,
    Torpaqsan, yenə də torpaqdır sonun.
  • Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
    Hər uca rütbədən biliniz, fəqət,
    Alimin rütbəsi ucadır əlbət. [7]
  • Madam ki, sülh ilə göyərər dilək,
    Döyüşə at çapmaq daha nə gərək?
  • Meymun da yamsılar, bu deyil hünər,
    Bulanlıq suda da ulduz görünər.
  • Məhəbbət odur ki, odu sönməsin,
    İnsan yaşadıqca üzü dönməsin.
  • Məmləkətin dayağıədalətdir hər zaman,
    Ədalətlə nəsibin səadətdir hər zaman.
  • Mənimlə məzara qədərdi dostlar,
    Məzara girdinmi, səni lim arar. [8]
  • Misə qızıl vurmaq nəyə gərəkdir,
    Mis yenə özünü göstərəcəkdir.
  • Nə şəhvət, nə yuxu, nə də ki yemək,
    Həyatın mənası olmasın gərək.
    Yeməyi, yatmağı bu aləmdə sən.
    Eşşək, öküzdə də görə bilərsən...
  • Od kül içində saxlanar ancaq.
  • Onunçün oyrətdim ki əlimi bir sənətə,
    Bir gün sənə əl açıb düşməyim xəcalətə.
  • Ölüm yatağında olsa da bir şəxs,
    Ümidini əsla həyatdan üzməz.
  • Ömrünü ah-vayla vermə sən bada,
    Acizlər ah-vayla yaşar dünyada.
  • Öz adına layiq işlər gör ki, sən,
    Axırda utanma xəcalətindən
  • Öz qəbiləsinə asi olan şəxs
    Onunla bir yerdə yaşaya bilməz.
  • Öylə bir ixtiyar olsaydı məndə,
    Qoymazdım bəndəyə möhtac bir bəndə.
  • Özgə süfrəsinin buğda çörəyini yeyib, onun pişiyi olunca, öz süfrəsinin arpa çörəyini yeyib onun aslanı olaram.
  • Özündən hər kim ki, deyil xəbərdar,
    Bir qapıdan girər, birindən çıxar.
  • Özünə, özgəyə olmaz mehriban,
    Dilinə gələni söyləyən insan.
  • Pis,yaxşı nəyin var ,demək malındır,
    Lakin sənə vacib öz kamalındır.
  • Səadət qapını açmasa bu gün,
    Kəsmə ümidini ondan büsbütün.
  • Səadət kamalla yetişir başa,
    Xalqa hörmət elə, ədəblə yaşa.
  • Səbr etməklə kişi zindandan çıxar,
    Səbr ilə açılar bağlı qapılar.
  • Səbri, hövsələni unudan insan,
    Ağıldan, şüurdan açmasın dastan.
  • Sədaqət kəmərini öz belindən açma sən,
    Əhdinə sadiqlikdən ömrün boyu qaçma sən.
  • Sənə nə eyləsə övladın, inan,
    Onu görəcəkdir öz övladından.
  • Sirrini bilməsin evdə divarlar,
    Divar dalında da çünki qulaq var.
  • Sözün qanadları var, quş kimi incə-incə,
    Dünyada söz olmasa, nəyə gərək düşüncə.
  • Sözündə çoxluğa qoyma yer olsun,
    Birin yüz olmasın, yüzün bir olsun.
    Çox söyləmək sənə bəlkə asandır,
    Çox oldu desələr böyük nöqsandır.
  • Sükut çox yaxşıdır pis danışmaqdan,
    Sükutdan olmayıb heç kəs peşiman.
  • Süleyman mülkünü axtarma ki, o, hardadır,
    Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır?
  • Şah dediyin ki, var, tənəkdir, tənək,
    Ondan uzaq gəzən ilişməyəcək.
  • Tamahla ağıl bir-birinə düşməndir. Tamahkar adamdan ağıllı uzaq qaçar. İnsan ağlın tərəfində durmalı, tamahını əzməlidir. Çox yeyənlər çox yaşamır, ağıllılar çox yaşayırlar. Bütün alçaq, misgin hiss və hərəkətlər adamı fəlakətə sürükləyir. Halbuki, onlardan uzaq olmaq insanı əxlaqi cəhətdən təmkinli, xeyirxah və alicənab edir. Adam zəngin xəzinə olan ürəyini fəsad yuvasına çevirməməlidir.
  • Təmkinli oturmağı etdiyiçin dağ peşə,
    Mötəbərdir yerində varlığı ilə həmişə.
  • Toxum olmasa, dirilməz.
  • Torpağa mərhəmət xeyirdir inan,
    Lütf etsən gül verər, zülm etsən tikan
  • Tutar qarınqulu çox əziz hər an,
    Xingal yarpağını gül yarpağından.
  • Uşaqkən əslini sorsalar bir az,
    Ağac bar verəndə cinsi sorulmaz!
    Elə ki, böyüdün belədir qayda,
    Atanın adından sənə nə fayda.
  • Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar.
  • Yamanlıq etməkdən uzaq ol, uzaq,
    Pisliyin əvəzi pislik olacaq.
  • Yalnız həqiqətdə ölməz qüvvə var.
  • Yaşa ki, dünyaya işıq verəsən,
    Torpağa göz dikmə ilan kimi sən.
  • Yaxşılıq etməsən əgər insana,,
    Böyüklük şərəfi verilməz sana.
  • Yer üzündə iki qüvvət vardır: biri qılınc, digəri zəka.
    Çox zaman qılınc zəkaya məğlub olmuşdur.
  • Yüksəklik yaşla deyil, elmlə, ağılla, şərəflədir.
  • Yeri yaradanın öz yeri olmaz.
  • Zatı pis olanı heç yüksəltmə sən,
    Qurdu bəsləməkdən ziyan çəkərsən.
  • Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
    Ancaq ədalət ilə alarsan dünya mülkün.
  • Zülmün toxumundan göyərməz nəbat.

Mənbə

[redaktə]
  • S.Vəhdət, Az.EA nəşriyyatı, Bakı, 1966 il.
  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005.

Həmçinin bax

[redaktə]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.43
  2. Aforizmlər. Bakı, 2013. səh.18
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 86
  5. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  6. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
  7. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  8. Hikmət xəzinəsindən incilər. Bakı, 2009