Oxumaq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. Sergey Kirov.
  • Biliyi heç vaxt ali təhsil diplomu ilə məhdudlaşdırmayın. Daim oxumaq, öyrənmək lazımdır. Karl Veber
  • Bir insana oxumaq eşqi və onu təmin edəcək kitab verin, əmin olun ki, bu adam xoşbəxt olacaq. Con Herşel
  • Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər. Mustafa Kamal Atatürk

D[redaktə]

  • Dəfələrlə oxunmağa layiq olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz. Karl Veber
  • Dostlar, kitab oxumaq üçün heçdə gec deyil...Sadəcə, güclu olun. Corc Oruell

G[redaktə]

  • Gəzirsən, deyək ki, hamıya bildirmək istəyirsən ki, bunu və ya o biri kitabı oxumusan. Yanında, məsələn, “Hərb və sülh” adı çəkiləndə çoxbilmişcəsinə başını yırğalayırsan. Sənin kef gəlib-gəlmədiyini heç kim yoxlayası deyildi. Ümumi əhval-ruhiyyə belə idi. Unutmayın ki, köçdükdən sonra vaxtımızın çoxunu birlikdə keçirirdik, gizlincə “Hərb və sülh”ü oxumaq isə qeyri-mümkündür. Kazuo İşiquro

H[redaktə]

  • Heç kimə kitab verməyin. Çünki mən kitabxanamı oxumaq üçün alıb qaytarmadığım kitablardan qurmuşam. Anatol Frans

İ[redaktə]

  • İlk dəfə yeni bir kitab oxumaqdansa, oxunmuş bir kitabı təkrar oxumaq daha yararlıdır. Lord Dudley
  • İnsan olmaq üçün oxumaq gərəkdir! Veysəl Şatıroğlu

K[redaktə]

  • Keçmişi yaxşı oxumaq gələcəyi öyrənmək üçündür. Azərbaycan atalar sözləri/K
  • Kim ki, oxuyur, ancaq düşünmür, o, çaşqınlıqda qalacaq. Kim ki, düşünür, amma oxumaq istəmir, o, çətin vəziyyətə düşəcəkdir. Konfutsi
  • Kitab oxuyun, amma yadınızdan çıxarmayın ki, kitab oxumaq öz yerində, beyninizi də işə salmalısınız. Maksim Qorki
  • Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka

M[redaktə]

  • Mahnı oxumaq bir yerdə, danışmaq tək-tək yaxşıdır. Udmurt atalar sözləri
  • Mədəni bir insan olmağın yalnız bir yolu var - oxumaq. Andre Morua
  • Müəllim dedi: “On evdən ibarət istənilən kənddə fəzilətdə məndən üstün olan adam tapılar, amma oxumağa olan sevgimə bərabər adam tapılmaz”. Konfutsi

O[redaktə]

  • Oxudum, unutdum, gördüm, xatırladım, etdim, öyrəndim. Konfutsi
  • Oxumaq azadlıqdır. Aliya İzzetbeqoviç
  • Oxumaq gözəlliyi dərk etmək, zövq sahibi olmaq deməkdir. Fedin
  • Oxumaq hələ azdır, əsas iş nəyi oxumaq və oxuduğunu necə anlamaqdır. Konstantin Uşinski
  • Oxumaq ibadət etməyin məqamına bərabərdir , hətta ondan üstündür... Məhəmməd
  • Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. Frensis Bekon
  • Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır. Viktor Hüqo
  • Oxumaq müstəqilliyin açarıdır. Volter
  • Oxumaq, oxumaq, yenə də oxumaq! Vladimir İliç Lenin
  • Oxumaq sənətlərdən ən ağırı, fəqət ən faydalısıdır. Yohann Volfqanq Göte
  • Oxumaq təkcə işıq deyil, o, həm də azadlığın rəmzidir. İvan Turgenev
  • Oxumaq və vaxtı gələndə ondan istifadə etmək gözəl deyilmi! Uzaqdan gələn dostla söhbət etmək sevinc deyilmi! Ləyaqətinə görə qiymətləndirilməmək və inciməmək ucalıq deyilmi! Konfutsi
  • Oxumağa üç il sərf edib yüksək vəzifə tutmaq istəməyən adama rast gəlmək asan deyil. Konfutsi

V[redaktə]

Y[redaktə]

  • Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.[1]
  • Yaxşı kitabları oxumaq keçmiş dövrün ən yaxşı adamları ilə söhbət etmək kimidir. Bu, keşmiş adamların ən yaxşı fikirlərini çatdırdıqları bir söhbətdir.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar[redaktə]

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.